Author: Aynure Gdp

İngiltərə Bankı, gözlənildiyi kimi, 2020-ci ildən bəri ilk dəfə faiz dərəcələrini endirdi GDP xəbər verir ki,İngiltərə Mərkəzi Bankının bəyanatında deyilir ki, İngiltərə Bankı avqust iclasından sonra baza faiz dərəcəsini 25 baza bəndi azaldıb, illik 5%-ə endirib. Qərar analitiklərin konsensus proqnozları ilə üst-üstə düşdü, bazar iştirakçıları isə qərardan əvvəl belə bir qərarın mümkünlüyünü təxminən 60% qiymətləndirirdilər. İngiltərə Bankı 2020-ci ildən bəri ilk dəfə faiz dərəcəsini aşağı saldı, bundan əvvəl bu, son 16 ilin ən yüksək həddi idi.

Read More

Dövlət Neft Şirkəti (SOCAR) 1 noyabr 2021-ci ildə dövriyyəyə buraxdığı 100 milyon ABŞ dolları dəyərində yeni isitqrazlara görə sayca 11-ci dəfə faiz ödənişi həyata keçirib. Bu barədə şirkətin törəməsi – “SOCAR Capital” MMC-nin məlumatında bildirilir. Qeyd: “Nomnal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd istiqraz 5 il müddətinə tədavülə buraxılıb. Onların illik gəlirliliyi 4.5%-dir. Faizlər rüblük ödənilir və hər dəfə istiqraz sahibləri 1,125 milyon ABŞ dolları faiz alır. Bu gün növbəti faizlər istiqraz sahiblərinin hesablarına köçürülüb, investorların ümumi qazancı 12,375 milyon ABŞ dollarına yüksəlib. Bu rəqəm müddətin sonunda 22,5 milyon ABŞ dollarə təşkil edəcək.” İndiyə qədər SOCAR-ın yeni…

Read More

Biləsuvar rayonunda cari ilin taxıl biçini başa çatıb. GDP xəbər verir ki, bu il rayonda payızlıq və yazlıq olmaqla 33 936,5 hektar sahədə taxıl əkilib. Bunun 9 698,9 hektarı buğda, 24 237,6 hektarı arpa sahəsidir. Zəmilərdə yetişən məhsul biçilib, 95 532,2 ton məhsul götürülüb və orta məhsuldarlıq 28,55 sentner olub. O cümlədən, 28 572,2 ton buğda toplanıb ki, burada da orta məhsuldarlıq 29,5 sentner, 66 960 ton arpa götürülüb ki, burada da orta məhsuldarlıq 27,6 sentner təşkil edib. Taxıl biçininə 80 ədəd kombayn cəlb edilib. Onlardan 7 ədədi Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Biləsuvar bölməsinə, 36 ədədi digər rayon…

Read More

Nazirlər Kabineti “Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları”nı təsdiq edib. GDP xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Qaydalar Vergi Məcəlləsinə əsasən hazırlanıb və təsərrüfat əməliyyatları aparılan zaman vergi ödəyicisi tərəfindən malları (işləri, xidmətləri) ona təqdim edən digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi qaydasını, təqdim edilən məlumatların dairəsi və hədlərini, habelə məlumatların təqdim edilməsi üzrə verilən sorğuların uçotunun aparılması qaydasını müəyyən edir. Qaydalarda istifadə olunan anlayışlar Vergi Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir. Məlumatlar dövlət hakimiyyəti orqanları,…

Read More

 Mərkəzi Bank yeni nəsil milli pul nişanlarının konsepsiya mövzusunu və nominallar üzrə alt mövzuları müəyyənləşdirmək üçün ictimai sorğu keçirir. GDP xəbər verir ki, onlayn surətdə keçirilən sorğuda iştirak edən vətəndaşlar mövzular üzrə təkliflərini Mərkəzi Bank ilə bölüşmək imkanı əldə edir. Mövzular üzrə təkliflərin ölkəmizin gələcəyə baxışını, tarixini və strateji hədəflərini cəmləyərək milli mənsubiyyətimizi əks etdirəcəyi gözlənilir. Beynəlxalq təcrübədə hər 10-15 ildən bir pul nişanlarının yenilənməsi, o cümlədən yeni nəsil milli pul nişanlarının yaradılması həyata keçirilən bir təcrübədir. Bu zaman dövrün tələblərinin, cəmiyyətin gələcək inkişaf strategiyasının, yeni iqtisadi və siyasi reallıqlardan meydana gələn çağırışların cəmiyyətə çatdırılması kimi mühüm faktorlar nəzərə alınır.…

Read More

“Bank of Baku”nun rəhbərliyinə yeni təyinatlar olub. Quliyev Rasim Mithət oğlu, Əliyev Mayis Nəbi oğlu və Nurməmmədov Elkin Abdul Qəni oğlu bankın Müşahidə Şurasının yeni üzvləri seçilib. Bununla da, “Bank of Baku”nun Müşahidə Şurasının tərkibi 8 nəfərdən ibarət olub. Qeyd: “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i “NAB Holdinq”ə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova, 28,9%-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Read More

Meta ikinci rübdə xalis mənfəətini 1,7 dəfə artırıb – proqnozlaşdırılandan daha yaxşıdır GDP xəbər verir ki, American Meta Platforms (Rusiya Federasiyasında ekstremist təşkilat kimi tanınır, ölkədə fəaliyyəti qadağandır) 2024-cü ilin ikinci rübündə xalis mənfəətini 1,7 dəfə, gəlirini isə 22% artırıb. Meta mətbuata açıqlamasında aprel-iyun aylarında xalis gəlirinin keçən ilin eyni dövründəki 7,79 milyard dollar və ya hər bir səhm üçün 2,98 dollar olduğu ilə müqayisədə 13,47 milyard dollar və ya hər səhm üçün 5,16 dollar olduğunu söylədi. FactSet-in sorğusuna qatılan ekspertlər orta hesabla bu rəqəmin hər səhm üçün 4,8 dollar olacağını gözləyirdilər. Gəlir bir il əvvəlki 32 milyard dollardan 39,07…

Read More

Zelenski Ukraynanın xarici borclarının ödənilməsini dayandıran qanunu imzalayıb. GDP xəbər verir ki, Ukrayna prezidenti Zelenski bu barədə açıqlama verib. O bildirib: “Jurnalistlər və liberallar bunu istədikləri kimi adlandıra bilərlər, lakin defoltun tərifi çox aydındır. Defolt, borcun və ya borcun faizinin vaxtı çatdıqda ödənilməməsidir.” Zelenski əılavə edib: “Ukrayna borcunu və faizlərini vaxtında ödəməkdən imtina edir – bu, defoltdur. Borcun restrukturizasiyası ilə bağlı kreditorlarla danışıqlar davam edir və şübhəsiz ki, yükü indiki ukraynalıların nəvələrinin üzərinə atacaq nəsə işlənib hazırlanacaq. Ancaq fakt faktlığında qalır – Ukraynanın iqtisadiyyatı rəsmən çöküb.”

Read More

Mərkəzi Bank sədri Taleh Kazımov ilk dəfə inflasiyanın dekompazisiyasını açıqlayıb. GDP xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri ölkədə inflyasiyaya artırıcı təsir göstərən amilləri sadalayıb. O bildirib: “2024 cü ildə inflyasiyanı dekompozisiya etdikdə yəni komponetlərə böldükdə inflasiyanı artırıcı amillərdə tənzimlənən qiymətlərin 1% bəndi artırıcı təsirini görürük, dövlət istehlakı 0.39%, ev təsərüfatlarının istehlakı 0.94%, kənd təsərüfatı istehsalçılarının 1.93% və ticarət tərəfdaşlarının inflaysiyası 4.02% artırıcı təsir göstərən amillərdir. “

Read More

“Card to card” əməliyyatlarının biznes subyektləri tərəfindən vergidən yayınma aləti kimi istifadə olunması bizi də narahat edir. GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi bankının İdarə Heyətinin sədri Taleh Kazımov deyib. O bildirim: “Bu istiqamətdə banklarla birgə sıx çalışırıq və Dövlət Vergi Xidməti ilə də müzakirələrimiz gedir. Bu tək Azərbaycanda deyil misal üçün qonşu ölkələrdə də bu çox geniş yayılmış praktikadır. “Card to card” əməliyyatlarının biznes subyektləri tərəfindən vergidən yayınma aləti kimi istifadə olunmasının qarşısının alınması üçün həll yolları üzərində çalışıq.”

Read More