Author: Aynure Gdp

Azərbaycan Mərkəzi Bankının sədrinə yeni məsləhətçi təyin edilib. GDP xəbər verir ki, 2024-cü ilin iyul ayından etibarən Bəhruz Balayev Mərkəzi Bankın sədrinin müşaviri təyin edilib. O, 2023-cü ilin iyun ayından 2024-cü ilin may ayına qədər Birləşmiş Millətlər Təşkilatında məsləhətçi kimi çalışıb. Bəhruz Balayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 2001 – 2005-ci illərdə “Siyasi Elm və Dövlət İdarəçiliyi” üzrə bakalavr təhsili alıb. 2013-2014-cü illərdə Harvard Kennedi Məktəbində “Dövlət İdarəçiliyi” üzrə magistr dərəcəsini bitirib . Mənbə:Banker.az

Read More

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib. SOCAR-dan GDP-a verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda ilk öncə “Hasilat və İşlənmə” biznes seqmenti üzrə görülmüş işlərə, əldə olunan nəticələrə və bu istiqamətdə atılacaq addımlara dair təqdimat edilib. Daha sonra iclasda SOCAR-ın “Yeni Əməliyyat Modeli”nin icrasının hazırkı vəziyyətinə dair təqdimat dinlənilib. SOCAR-ın idarəetmə strukturunun təkmilləşdirilməsi və insan kapitalının inkişaf etdirilməsi istiqamətlərində görülən işlərin önəmi qeyd olunub. Görüşdə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 51%-nin əldə edilməsi və bununla bağlı növbəti addımlara dair təqdimat edilib, həmçinin gündəlikdə…

Read More

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu əməkdaşlarının könüllü tibbi sığortası və balansındakı avtonəqliyyat vasitələrinin KASKO sığortası üzrə elan etdiyi açıq tenderlərə yekun vurub.  GDP xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında yerləşdirilmiş məlumata əsasən hər iki tenderin qalibi “Meqa Sığorta” şirkəti olub. Tenderin nəticələrinə əsasən “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” Publik Hüquqi Şəxs ilə “Meqa Sığorta” ASC arasında müvafiq sığorta müqavilələrinin bağlanması nəzərədə tutulur.

Read More

Yaponiyanın Xarici Ticarət Təşkilatının (JETRO) İstanbul ofisinin idarəedici direktoru Mutsuaki Sano İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da olub. GDP xəbər verir ki, görüşdə qeyd edilib ki, bu ilin mart ayında AZPROMO-nun təşkilatçılığı ilə 11 Azərbaycan şirkəti “FOODEX Japan 2024” sərgisində “Made in Azerbaijan” vahid ölkə stendi altında yerli məhsulları təqdim edib. Yaponiya bazarına ixracın təşviqi tədbirləri çərçivəsində Agentlik tərəfindən Yaponiya üzrə “İxrac bələdçisi”nin hazırlandığı da qarşı tərəfin diqqətinə çatdırılıb. Bununla yanaşı, Azərbaycanın ixrac və investisiya potensialı haqqında geniş məlumat verilib, ölkəmizin xüsusi iqtisadi zonalarının birgə müəssisələrin yaradılması və daha sonra ixrac edilməsi baxımından geniş imkanlar vəd etdiyi vurğulanıb.

Read More

Dövlət büdcəsinin xərcləri. Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilib. 2024-cü ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri 16052,1 milyon manat və ya təsdiq olunmuş proqnoza qarşı 2297,8 milyon manat (16,7 faiz) çox icra edilmişdir. Hesabat dövründə icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 43,7 faizini təşkil edir ki, bu da…

Read More

Maliyyə Nazirliyi 2024-cü ilin yanvar-iyun ayları üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat yayıb. GDP xəbər verir ki, məlumatda deyilir:  Dövlət büdcəsi 2024-cü ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 18842,9 milyon manat, xərcləri 16052,1 milyon manat olmuş, 2790,8 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır. Dövlət büdcəsinin gəlirləri. 2024-cü ilin ilk altı ayı ərzində dövlət büdcəsinin gəlirləri 16940,6 milyon manat proqnoza qarşı 18842,9 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 1902,3 milyon manat və ya 11,2 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 21,7 faiz və ya 3363,0 milyon manat çoxdur. Azərbaycan Respublikasının…

Read More

2024-cü ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə vergi daxilolmaları 8 milyard 282 milyon 38,9 min manat təşkil edib. Xidmətdən GDP-yə verilən məlumatda bildirilir ki, dövlət büdcəsinə proqnozdan əlavə 1 milyard 53,4 milyon manat vəsait daxil olub. Qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 874,7 milyon manat təşkil edib. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 675,3 milyon manat və ya 13 faiz artıb. Ödənilən vergilərin 70.9 faizi qeyri-neft-qaz sektorunun, 29,1 faizi isə neft-qaz sektorunun payına düşüb. Naxçıvanda vergi daxilolmaları 27,9 % artıb 2024-cü ilin yanvar – iyun aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi…

Read More

“Su şəbəkəsinə qoşulma” işçi qrupunun növbəti iclası keçirildi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Su şəbəkəsinə qoşulma” işçi qrupunun Bakı Biznes Mərkəzində növbəti iclası keçirilib. GDP xəbər verir ki, komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış nitqi ilə çıxış edərək iclasın gündəliyi haqqında məlumat verib, su şəbəkələrinə qoşulması sahəsində işçi qrupunun il ərzində həyata keçirdiyi fəaliyyətləri yüksək qiymətləndirərək, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətlərə diqqət çəkib. İşçi qrupunun rəhbəri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri, Etibar Məmmədov ötən müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə danışıb. Gündəliyə uyğun olaraq “Tikinti obyektlərinin su…

Read More

Ölkənin hər yerini əhatə edən “Milliön” ödəmə terminallarının xidmət keyfiyyətinin artırılması və təhlükəsizliyin gücləndirilməsi məqsədilə Yevlaxda Xidmət Mərkəzi fəaliyyətə başlayıb. Yevlaxdakı xidmət mərkəzi Goranboy, Naftalan, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Ucar və Ağdaşdakı ödəmə terminallarına xidməti həyata keçirəcək. “PashaPay” məhsulu olan “Milliön” yeni mərkəzi istifadəyə verməklə regionda yaşayan 15 nəfərin daimi məşğulluğuna da töhvə verib. Hazırda sözügedən ərazilərdə ümumilikdə 435 ödəmə terminalı xidmət göstərir.

Read More