- Nazir “BlackRock” şirkətinin qlobal rəhbəri ilə görüşüb, imzalanmış Memorandum üzrə müzakirə aparılıb
- Kart ödənişlərində ƏDV avtomatik geri gələcək
- Yaxın Şərqdə münaqişənin gərginləşməsi fonunda qızıl bahalaşır
- Mərkəzi Bank sədri Bakı Fond Birjasının kollektivi ilə görüşüb
- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
- Yaxın Şərqdəki gərginlik Asiya bazarını çökdürdü
- Qızıl bazarında yeni dövr: 22% artım və 5500 dollar gözləntisi
- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
Author: Aynure Gdp
Oğuz rayonuna yeni icra başçısı təyin edilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən, Eyvaz Daşdəmir oğlu Qurbanov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və digər sərəncamla bu vəzifəyə Cavid Teyrun oğlu Əbdul-Qədirov təyin edilib. Qeyd edək ki, bundan əvvəl Cavid Teyrun oğlu Əbdul-Qədirov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıb.
Azərbaycanda fəaliyyət göstərən 22 bank 2024-cü ilin yanvar -iyun ayları üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabatlara görə ölkədə ən çox mənfəət əldə edən bank ABB -dir belə ki, bu bank ABB 2024-cü ilin ilk 6 ayını 172.39 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da 2023-ci ilin ilk yarısı ilə müqayisədə 8.35 milyon manat artım deməkdir. Hesabat dövründə Bank “BTB” ASC, “Bank VTB (Azərbaycan)” ASC,”Bank of Baku” ASC,”AFB Bank” ASC, “Xalq” Bank” ASC-nin xalis mənfəəti azalıb. GDP bankların 2024-cü ilin yanvar iyun ayları ərzində əldə etdiyi xalis mənfəətin həcmini və dinamikasını təqdim edir. “Bank VTB (Azərbaycan)” ASC “Bank VTB (Azərbaycan)”…
Bədəlova Elnarə Hicran qızı Bank of Baku-nun İT sahəsi, Planlaşdırma və Koordinasiya departamentinin direktoru vəzifəsinə təyin olunub. Bu barədə GDP-ə Bankdan bildirilib. Qeyd edilib ki, Elnarə Bədəlova Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) mühasibat uçotu və audit istiqaməti üzrə bakalavr təhsili alıb. Daha sonra təhsilini UNEC-də eyni istiqamət üzrə magistr dərəcəsi ilə davam etdirib. Elnarə Bədəlova 15 illik peşəkar iş təcrübəsinə sahibdir. O iş fəaliyyətinə 2009-cu ildə “FİNCA Azərbaycan”da başlayıb və 2012-ci ilə qədər Maliyyə xidmətləri eskperti olaraq çalışıb. Daha sonra 2012-2016-cı illərdə “Amrahbank”da Nəzarət şöbəsi rəisi vəzifəsini yerinə yetirib. 2016-cı ildən isə “Kapital Bank”da fəaliyyət göstərməyə başlayıb. Texniki dəstək üzrə…
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 18 milyard 842,9 milyon manat, xərcləri isə 16 milyard 52,1 milyon manat təşkil edib. GDP xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 21,7 % və 14,1 % çoxdur. Beləliklə 6 ayda büdcədə 2 milyard 790,8 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 97 % çoxdur.
Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və Assosiasiyanın icraçı direktoru Yunus Abdulov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakarın dəvəti ilə Türkiyə Banklar Birliyinin (TBB) 67-ci Ümumi Yığıncağında iştirak ediblər. GDP xəbər verir ki,tədbirdə Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının üzvü qismidə dəvət almış ABA-nın rəhbərləri ilə yanaşı Özbəkistan Banklar Assosiasiyasının Baş Direktoru (CEO) Bəxtiyar Həmidov iştirak edib. Ümumi Yığıncaq Türkiyənin Xəzinə və Maliyyə Naziri cənab Mehmet Şimşəkin iştirakı ilə keçirilib. İclasın açılış hissəsində TBB İdarə Heyətinin sədri Alpaslan Çakar və Bank Tənzimləmə və Nəzarət Təşkilatının sədri Prof. Dr. Şahap Kavcıoğlu və nazir Mehmet Şimşək çıxış etdilər. Üzv bankların…
“AccessBank” QSC 2024-cü 2-ci rübündə 27 milyon 197 min manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 7 milyon 728 min manat və ya 39,7% daha çoxdur.` Bankın aktivləri son 1 ildə 0.086379 manat yaxud 5.8% artaraq 4 milyard 478.666 milyon manat olub. Bankın hesabat dövründə yalnız 1 milyarad 144,296 milyon manat lıq aktivlərinin risk dərəcəsi ölçülüb . Aktivlərin strukturunda ticarət və investisiya qiymətli kağızları azalıb. Belə ki, sözügedən qiymətli kağızlar ötən ilin müvafiq dövrü ilə müqaisədə 36.355 milyon manat yaxud 34.7% azalıb. Kredit portfeli artıb “AccessBank” QSC-nin kredit portfeli 67.194 milyon manat yaxud…
ABŞ-ın üç ən böyük bankından biri olan Citigroup Inc. 2024-cü ilin ikinci rübündə xalis mənfəətini 10,4%, gəlirini isə 3,6% artırıb ki, bu da gözləniləndən daha yaxşı olub. Aprel-iyun dövründə xalis gəlir 3,217 milyard dollar və ya hər bir səhm üçün 1,52 dollar olub, keçən ilin eyni dövründəki 2,915 milyard dollar və ya hər səhm üçün 1,33 dollar olub. Aktivlərinə görə ABŞ-ın ən böyük bankı olan JPMorgan Chase & Co. ikinci rübdə xalis mənfəətini 25%, gəlirini isə 22% artırıb.Dünyanın ən böyük kastodian bankı olan Bank of New York Mellon ikinci rübdə xalis gəlirini 9%, gəlirini isə 2,1% artırıb. Amerikanın ən böyük…
2024-cü ilin ikinci rübü ərzində maliyyə axınlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18.8% və ya 4.2 mlrd. manat artaraq 26.5 mlrd. manat təşkil edib. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi “Sahələrarası maliyyə axınlarının təhlilinə dair hesabtın”da məlumat verilib. Bildirilir ki, 2024-cü ilin ikinci rübünün əvvəllərində maliyyə axınları ötən illərin (2018-2023) səviyyələrindən yuxarıda qərarlaşıb. (Şəkil 2). İkinci rübün ilk ayı ərzində sahələrarası maliyyə axınları üzrə daxilolmalarda artım müşahidə edilmişdir. May ayının ortalarından başlayan sabitləşmə ayın sonunda azalma ilə əvəzlənmişdir. İyun ayının əvvəllərindən dinamika yuxarı doğru istiqamət alıb.
Azərbaycan Mərkəzi Bankı ödəniş daxilolmaları əsasında aktivlik indeksi hazırlayıb.İndeksin qeyri-neft-qaz ÜDM-in artım tempi ilə korrelyasiyası 45% təşkil etsə də, korrelyasiya əmsalı 2020-ci ilin yanvar ayından etibarən 66%-ə yüksəlir. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi “Sahələrarası maliyyə axınlarının təhlilinə dair hesabatın”da məlumat verilib. Bildirilir ki, hesabatda qeyri-neft-qaz ÜDM-in yüksək tezlikdə izlənilməsi məqsədilə ödəniş daxilolmaları əsasında aktivlik indeks hazırlanmış və qeyri-neft-qaz ÜDM-in rüblük artım tempi ilə əlaqəsi Şəkil 1-də göstərilib. Qeyd olunur ki, indeksin hesablanması məqsədilə iqtisadi fəaliyyət sahələri üzrə mövsümi təmizlənmiş ödəniş daxilolmaları “Əsas komponentlərin təhlili” (Principal component analysis) metodu vasitəsilə vahid indeksdə aqreqatlaşdırılmışdır. İndeksin qeyri-neft-qaz…
İqtisadi Zonaların İnkişafı Agentliyinin və İmişli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun Heydər Əliyev Mərkəzində Özbəkistanın “TST Textile Group” MMC-nin təsisçiləri ilə görüş keçirilib. Bu barədə GDP-yə İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib. Qeyd edilib ki, görüşdə iyulun 5-də İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan İmişli rayonunda yerləşən aqroparkın 5826 hektarlıq təsərrüfat sahəsinin Özbəkistan şirkətinin uzunmüddətli istifadəsinə verilməsinə dair imzalanmış müqavilənin icrası ilə bağlı fikir mübadiləsi aparılıb. “TST Textile Group” MMC tərəfindən 5826 hektarlıq ərazidə pambıq sahəsi salınacaq ki, bu da ölkəmizdə sözügedən sahənin inkişafında mühüm rol oynayacaq. İlkin mərhələdə pambıq sahəsinin yaradılmasına 28.7 milyon manat investisiya yatırılacaq. Bundan başqa…
