Author: Aynure Gdp

“BakuBus” 121 E nömrəli müntəzəm marşrut xəttini istifadəyə verib. Avtobuslar 12 dəqiqə intervalla “Əhmədli” metrostansiyası ilə Hövsan Yaşayış Kompleksi arasında hərəkət edəcək. Gedişhaqqı 70 qəpikdir.

Read More

“Naxçıvan Bank” ASC-nin “E-Kredit” MMC bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi ilə əlaqədar Bankın səhmləri dövriyyədən çıxarılır və ləğv edilir. Bankın bildirişində deyilir: “Naxçıvanbank” ASC-nin yenidən təşkili yolu ilə “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrilməsi ilə əlaqədar olaraq 468085 (dörd yüz altmış səkkiz min səksən beş) ədəd və Bankın səhmdarlarının ümumi yığıncağının 05.12.2023-cü il tarixli qərarına əsasən səhmdarlardan geri satın alınmış 531915 (beş yüz otuz bir min doqquz yüz on beş) ədəd səhm də daxil olmaqla, dövlət qeydiyyat nömrəsi AZ1007200384, nominal dəyəri 94 (doxsan dörd) manat olan ümumilikdə 1 000 000 (bir milyon) ədəd (ümumi dəyəri 94 000 000…

Read More

Avropa İttifaqı (Aİ) iyulun 4-dən Çindən gələn elektrik avtomobillərinə ilkin müvəqqəti rüsumlar tətbiq edəcək, GDP xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat açıqlayıb. Rüsumların məbləği 17,4%-dən 37,6%-ə qədərdir (konkret istehsalçıdan asılı olaraq), onlar uzun illər qüvvədə olan 10 %-lik rüsumlara əlavə olunacaqlar.Aİ Pekinin öz istehsalçılarına verdiyi dövlət dəstəyindən narazıdır Brüssel bu sahədə dövlət subsidiyalarının Avropa sənayesinə zərər verə biləcəyinə inanır.

Read More

Azərbaycana idxal olunan əkin üçün noxud oktyabr, noyabr, dekabr və yanvar aylarında da gömrük rüsumundan azad olunub. GDP xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. Bu qərar dərc edildiyi tarixdən 30 gün sonra qüvvəyə minir. Qeyd edək ki, bundan əvvəl əkin üçün noxud fevral, mart, aprel və may ayları üzrə idxal gömrük rüsumundan azad idi.

Read More

Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Düşənbəyə işgüzar səfəri çərçivəsində Özbəkistan Respublikasının Mərkəzi Bankının sədri Mamarizo Nurmuratovla görüşü keçirilib. GDP xəbər verir ki, görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və Azərbaycan Mərkəzi Bankı ilə Özbəkistan Respublikasının Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.Mərkəzi Bankın sədri Taleh Kazımov Memorandumun hər iki mərkəzi bank arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyi ilə bağlı əminliyini ifadə edib.

Read More

Azərbaycan BRICS-ə daxil olmaq istəyini ifadə edibGDP xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də deyilir. Birgə Bəyannamədə bildirilib ki, Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır.

Read More

Dünya birjalarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb. GDP xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,73 ABŞ dolları və ya 0,8% azalaraq 90,05 ABŞ dollarına bərabər olub.

Read More

Dow Jones dəyər itirib, S&P 500 və Nasdaq yeni rekord həddə çatıbGDP xəbər verir ki, ticarət gününün sonunda Amerika fond indeksləri vahid dinamika göstərmədi: Dow Jones Industrial Average ticarəti cüzi mənfi ilə başa vurub. S&P 500 və Nasdaq Composite isə rekord səviyyələri yeniləyərək yüksəlib.İyulun 3-də keçirilən ticarət sessiyası cümə axşamı qısaldılıb, ABŞ birjaları bayram (Müstəqillik Günü) ilə əlaqədar bağlanıb.ABŞ fond bazarı məşğulluq fəallığının azalması siqnalları ilə dəstəklənib və bu, treyderlərin Federal Ehtiyat Sisteminin (FED) tezliklə pul siyasətini yumşaltmağa başlayacağına dair ümidlərini artırıb.

Read More

İtalyan UniCredit Bankı Avropa Məhkəməsindən Avropa Mərkəzi Bankının (AMB) Rusiyadan çıxma tələblərini dondurmağı xahiş edirGDP xəbər verir ki, AMB UniCredit-i çətin vəziyyətə salıb – ya Rusiyadakı biznesini cüzi qiymətə satsın, ya da AB tərəfindən cərimələrlə üzləşsin. İtalyan bankı Raiffeisenbank-a qoşularaq, AMB-nin tələblərinin onun səlahiyyətlərini aşdığını və bizneslərə bu cür təzyiqlərin demokratik ölkələrdə qəbuledilməz olduğunu əsas gətirərək məhkəməyə müraciət edib.2023-cü ildə Rusiyada qalan Avropa bankları 800 milyon dollar vergi ödəyiblər ki, bu da 2021-ci ildəkindən 4 dəfə çoxdur. Nəticədə AMB onlara bazarı tərk etməyə təzyiq edir. Lakin buna əməl etmək üçün banklar xeyli xərc çəkməli və öz bizneslərini demək olar ki,…

Read More

ABŞ-ın neft ehtiyatları həftə ərzində 12,16 milyon barel azalıb. GDP xəbər verir ki, ABŞ-ın kommersiya neft ehtiyatları ötən həftə 12,16 milyon barel azalaraq 448,54 milyon barrelə düşüb, ölkənin Energetika Departamenti bildirib. Bildirilir ki, benzin ehtiyatları 2,21 milyon barel azalaraq 231,67 milyon barel təşkil edib.Kommersiya distillat ehtiyatları 1,54 milyon barel azalaraq 119,73 milyon barrelə düşüb.

Read More