- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
- Yaxın Şərqdəki gərginlik Asiya bazarını çökdürdü
- Qızıl bazarında yeni dövr: 22% artım və 5500 dollar gözləntisi
- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
Author: Aynure Gdp
Azərbaycan Sənaye Sığorta ASC-nin Müşahidə Şurasına yeni sədr təyin olunub. GDP xəbər verir ki, İcbari Sığorta Bürosunun keçmiş rəhbəri Rəşad Əhmədov bu vəzifəyə təyinat alıb. Qeyd edək ki, Rəşad Əhmədov Türkiyənin Anadolu Universitetinin məzunudur. Beynəlxalq iqtisadiyyat üzrə fəlsəfə doktorudur (PhD). O, 2007-ci ilin oktyabr ayından 2016-cı ilin may ayına qədər “Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinin sədri, 2016-2018-cillərdə isə “Alliance Capital AŞ” şirkətində İdarə Heyətinin sədri olub. Yeni təyinatına qədər R.Əhmədov “Azərbaycan Sənaye Sığorta” şirkətində Direktorlar Şurasının üzvü olub.
“17 Avropa bankının 1952-ci ildə qurduğu, idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi üzrə ixtisaslaşmış AKA Bankla (Avropa İxrac-Ticarət Bankı) Çərçivə Müqaviləsi imzaladıq.” GDP Xəbər verir ki, bunu ABB-nin İdarə heyətinin sədri Abbas İbrahimov AKA Bankla imzalanan müqavilə barəsində deyib. O bildirib, “Bu anlaşma sahibkarlarımızı beynəlxalq ticarətin maliyyələşdirilməsi əqdləri üzrə dəstəkləmək imkanlarımızı daha da genişləndirir. Müqavilə əsasında artıq ilk müştərimizə 4,3 milyon Avro məbləğində uzunmüddətli maliyyələşmə xəttinin açılmasına qərar verilib və prosesə başlanıb.”Abbas İbrahimov qeyd edib ki, ABB olaraq korporativ müştərilərimizin beynəlxalq əqdlərini üzünmüddətli maliyyələşdirmək üçün yeni xarici partnyorların axtarışını bundan sonra da davam etdirəcəyik.
2024-cü ilin 1-ci rübündə Türk dövlətlərinin ÜDM-i 518,4 milyard ABŞ dolları, ticarət dövriyyəsi 285,7 milyard ABŞ təşkil edib GDP xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi ölkələrinə ümumi baxış statistikasında məlumat verilib. Bildirilir: ” 2024-cü ilin 1-ci rübündə Türk dövlətlərinin ÜDM-i 518,4 milyard ABŞ dolları, ticarət dövriyyəsi 285,7 milyard ABŞ təşkil edib. 2024-cü ilin ilk rübündə iqtisadi artım Türkiyədə 5,7%, Azərbaycanda 4%, Özbəkistanda 6,2%, Qırğızıstanda 8,8%, Qazaxıstanda 3,7%, Macarıstanda 1,1%, Şimali Kipr Türk Respublikasında 3,5% və Türkmənistanda 6,3% olub” Bununla da Türk dövlətlərinin iqtisadi artımı orta hesabla 4,9% qeydə alınıb
İtaliyada səfərdə olan energetika naziri Pərviz Şahbazov “Baker Hughes” şirkətinin iqlim texnologiyaları həlləri üzrə baş vitse-prezidenti Alessandro Bresciani ilə görüşüb. Energetika Nazirliyinin yaydığı məlumatda bildirilir ki, görüşdə enerji texnologiyası şirkətinin enerji keçidində iştirakını gücləndirən fəaliyyəti, ölkəmizlə yeni texnologiyaların tətbiqi ilə hasilatda məhsuldarlıq və səmərəliliyin artırılması üzrə əməkdaşlığı nəzərdən keçirilib. Dayanıqlı enerji həlləri və dekarbonizasiya istiqamətində əməkdaşlıq məsələlərinə toxunulub. Həmçinin COP29 vasitəsilə enerji keçidinin təşviqi və bu xüsusda, “Baker Hughes” şirkəti ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Energetika nazirinin “Zhero” şirkətinin həmtəsisçisi və “Zhero Europe” üzrə baş icraçı direktor Alessandra Pasini ilə görüşündə isə “yaşıl hidrogen”dən əldə edilən elektrik təbii qazı (e-NG) üzrə…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Çin Xalq Bankının investorların əhval-ruhiyyəsinə təsir edən yuan bir dollar üçün 7,30-u keçib və yeddi ay ərzində ən aşağı səviyyədə qalıb. GDP xəbər verir ki, Çin Xalq Bankı, orta nöqtə dərəcəsini 1 dollar üçün 7,1291 səviyyəsində təyin edərək, 21 noyabrdan bəri ən zəif səviyyəsini qeyd edərək, yuanın daha da ucuzlaşmasına icazə verməyə hazır olduğunu göstərir. Yuanın ucuzlaşması həm də ABŞ-da gəlirlilik artımı və Donald Trampın prezidentliyə potensial qayıdışı ilə bağlı spekulyasiyalar nəticəsində güclü ABŞ dolları ilə əlaqədardır.
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ötən günə nisbətən ucuşlaşıb. GDP xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,41 ABŞ dolları, yaxud 1,59 % artaraq 90,06 ABŞ dolları təşkil edib Qeyd: Ötən gün “Azeri Light” 88.65 dollara ticarət edilib.
Tarixin ən uğurlu investorlarından biri Warren Buffett Occidental Petroleum neft şirkətindəki payını 29%-ə çatdırıb.GDP xəbər verir ki, Berkshire Hathaway neft hasilatı korporasiyasındakı payını 15,37 milyard dollara çatdırıb. Və Bill Gates Vayominqdəki atom elektrik stansiyalarına milyardlarla sərmayə qoyur.Bundan əlavə, Buffett Çinin ən böyük elektrik avtomobil istehsalçısı BYD-dəki payını azaltmağa davam edib.
Neftin qiymətləri artmaqda davam edir.GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçersləri 0,49 dollar və ya 0,58%bahalaşaraq 85,49 dollar/barelə çatıb.Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda avqust ayı üçün WTI fyuçerslərinin qiyməti bu vaxta qədər 0,43 dollar və ya 0,53% artaraq 1 barelə görə 81,97 dollar təşkil edib.İyunun əvvəlindən etibarən hər iki brend bir ay əvvəlki enişdən bərpa olunaraq təxminən 6% bahalaşıb.Neft qiymətləri Yaxın Şərqdə davam edən gərginlik, həmçinin OPEC+ ölkələrinin nümayəndələrinin bazar konyukturasından asılı olaraq hasilat planlarını düzəltməyə hazır olduqları barədə bəyanatları ilə dəstəklənir.
Azərbaycan və Bolqarıstan arasında energetika, ticarət və sənaye sahələrində əməkdaşlıq potensialı müzakirə edilib. GDP xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. “Bolqarıstanın energetika naziri Vladimir Malinov ilə Azərbaycan və Bolqarıstanın iqtisadi əlaqələrinin inkişaf istiqamətlərini nəzərdən keçirdik. Energetika, ticarət və sənaye sahələrində sıx əməkdaşlıq potensialının reallaşdırılması məsələlərini müzakirə etdik”, – deyə o qeyd edib.
