- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
- Azərbaycan neftinin qiymətində rekord artım qeydə alındı
- “Kapital Bank”ın səhmdarlara dividend ödənilməsi və mühüm iştirak payı ilə bağlı müzakirələr aparılacaq
- S&P Global Ratings:”Kredit–depozit balansı regional müqayisədə əlverişli səviyyədədir”
- 2025-ci ilin 4-cü rübündə ödəniş kartları ilə fırıldaqçılıq artıb
- “Numia” və “Bancomat” nümayəndələri ilə rəqəmsal maliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
- Qətərdə LNG istehsalı dayandı, Avropada qaz qiymətləri kəskin bahalaşdı
- 2026-cı il üzrə ipoteka kreditlərinə müraciət tarixləri açıqlanıb
Author: Aynure Gdp
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin buraxılış həcmi 30,000,000 (otuz milyon) ABŞ dolları olan istiqrazları premium bazar seqmentində listinqə daxil edilib. GDP xəbər verir ki,istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. 12 iyun 2024-cü il tarixindən başlayaraq 21 iyun 2024-cü il tarixinə kimi 5 iş günü ərzində “Kapital Bank” ASC-nin istiqrazları üzrə abunə yazılışı baş tutacaqdır. İstiqrazlar üzrə yerləşdirmə 24 iyun 2024-cü il tarixində baş tutacaqdır. İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir: Emitentin adı”Kapital Bank” ASCDövlət qeydiyyat nömrəsi –…
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətin inzibati binasında Xidmətin rəis müavini Elnur Bağırov, Antiinhisar nəzarəti və İstehlak bazarına nəzarət şöbələrinin rəhbərləri Fuad Yadigarov və Yusif Tapdıqlının iştirakı ilə dövlət-özəl dialoqu çərçivəsində müvafiq sahədə fəaliyyət göstərən iri sahibkarlıq subyektləri (“Karat Holdinq” MMC, “Karmen” MMC, fiziki şəxs Mirzəyev İskəndər, “ATS Mill” MMC, “Dəvəçi Dəyirman” MMC və s.) və onları təmsil edən assosiasiyalarla görüş keçirilib. Görüşdə mövcud qiymət dinamikası, Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın mövcud qiymətləri və bu qiymətlərin daxili bazarda un qiymətləri ilə mütənasibliyi müzakirə edilib. Tədbirdə qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasının vacibliyi…
Azərbaycanla İspanyanın “İndra Sistemas” şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib. GDP xəbər verir ki, nazir Mikayıl Cabbarov şirkətin vitse-prezidenti Luis Permuy ilə görüş keçirib. Görüşdə “Indra Sistemas” şirkətinin ölkəmizdə həyata keçirdiyi layihələr və Azərbaycanda istehsalın lokallaşdırılması üçün potensial imkanlar ətrafında fikir mübadiləsi aparılıb, qarşıdakı dövrdə əməkdaşlıq planları müzakirə edilib. İT və kommunikasiya xidmətləri, İT konsaltinq, avtomatlaşdırılmış sınaq avadanlıqları və digər sahələrdə ixtisaslaşmış İspaniyanın “Indra Sistemas” 46 ölkədə fəaliyyət göstərməklə 140-dan çox ölkə ilə biznes tərəfdaşlığı qurub.
2024-cü ilin əvvəlindən bu günə qədər Radiotezliklər üzrə Dövlət Komissiyasına 25 müraciət daxil olub. GDP xəbər verir ki, onlardan 11-i radiorabitənin təşkili məqsədilə istifadə olunan radiostansiyalar, 4-ü simsiz giriş şəbəkələri, 4-ü gəmilərdə istifadə edilən radio avadanlıqlar, 5-i GNSS (Global Navigation Satellite System) məlumatlarının ötürülməsi üçün radiotezliklərin ayrılması ilə bağlı olub. 1 müraciət isə hüquqi şəxsin adında dəyişikliklə əlaqədar edilib. Dövlət Komissiyasının iclasında 19 müraciət müsbət cavablandırılıb və müvafiq icazələr verilib. 5 müraciətçiyə isə alternativ tezlik resurslarından istifadə etmək təklif edilib.
Yeni emissiya olunan 322 milyon səhm tam yerləşdirildikdən sonra özəl investorların ABB-nin nizamnamə kapitalındakı payı 10%-ə çatacaq, dövlətin payı 90%-ə enəcək. GDP xəbər veir ki, bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib. O bildirib: “Əsas məqsəd ABB-yə özəl investisiyaların, kiçik səhmdarların cəlb edilməsidir. Maksimal sifariş limitinin bir investor üzrə 20 min manat dəyərində 75 min ədəd səhm müəyyən edilməsi də bununla bağlıdır.” Abbas İbrahimov qeyd edib: “ABB 6 ildir ki, səhmdarlarına dividend ödəyir. Bu, hər il artıb. Bank daha da inkişaf etdikcə, gəlirlilik artıqda dividend gəlirliliyi hədəfi 15%-dən yuxarı tutulacaq.” ABB sədri deyib: “Hazırda səhmdarlarının qərarı sözügedən səhm buraxılışından…
Azərbaycan Mərkəzi Bankı (AMB) “E-manat” ödəniş terminallarının sahibi olan “Modenis” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verib. GDP xəbər verir ki, lisenziya “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib. “Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir”, – deyə AMB bəyan edib.
Azərbaycan Mərkəzi Bankı “Premium Bank” ASC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunmasına dair açıqlama verib. GDP xəbər verir ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 40.1-ci maddəsinin, habelə “Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası”nın (Qayda) 3.3.2-ci bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 438.1-ci maddəsinə müvafiq olaraq, “Premium Bank” ASC-nin vəzifəli şəxsi 2 000 manat məbləğində cərimə edilib. Qeyd edilir ki, müvafiq pozuntu aradan qaldırılıb.
İnvestisiyaların da sığortalanmasını nəzərdə tutan dəyişikliyin edilməsi gözlənilir. GDP xəbər verir ki, bunu “PAŞA Kapital” İnvestisiya şirkətinin İdarə Heyətinin sədri Ceyhun Hacıyev şirkətin maliyyə göstəricilərinə həsr olunmuş mətbuat konfrasında deyib. O bildirib: “Hazırda bildiyiniz kimi depozitlərin sığortalanması ilə bağlı bir qanun var. İnvestisiyaların da sığortalanmasını nəzərdə tutan dəyişikliyin edilməsi gözlənilir. İnvestisiyaların sığortalanması nə deməkdir? Hərhansı bir investisiya şirkətinin defolt olduğu, yəni ödəniş qabiliyyətini itirdiyi halda Mərkəzi Bankın həmin investisiya şirkəti vasitəsi ilə investisiya etmiş vətəndaşların aktivlərin bərpası ilə bağlı prosedurları özündə ehtiva edir.” Ceyhun Hacıyev fikirlərini milsallarla izah edib “Bu nədən ibarətdir? Əgər müştəri yerli dövlət istiqrazlarını, korparativ istiqrazları alıbsa…
“Xarici investorlar tərəfindən Azərbaycanın dövlətinin öz istiqrazlarına maraq var” GDP xəbər verir ki, bunu “PAŞA Kapital” İnvestisiya şirkətinin İdarə Heyətinin sədri Ceyhun Hacıyev şirkətin maliyyə göstəricilərinə həsr olunmuş mətbuat konfrasında deyib. O bildirib: “Əgər bizim bazarımızın infrastrukturu Mərkəzi Bankın strategiyasının sonuna kimi təkminləşdirilsə burada investorların sayı artacaq. Xarici investorlar bu riskə pozitiv baxır. “AzerGold” QSC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) isrtiqrazlarına xarici investorlar maraq göstərir. Ona görə ki, bu dövlət təşkilat şirkətləridir. Həmin şirkətlərin müflis olmağının riski sıfırdır. Bu onlar üçün marağa səbəb ola bilər.”
Ölkələr üzrə iqtisadi prioritetləri göstərmək və hansı sektorların inkişaf etdiyini və iqtisadiyyatların sadə əmtəə ixracından kənarda necə dəyər yarada biləcəyini müəyyən etmək üçün aşağıdakı diaqramda real göstəricilər əks olunub. GDP xəbər verir ki, 2022-ci ildə yarımkeçirici cihazların idxalı ilə bağlı olan məlumatlar göstərir ki, reagionumuzda bu sahədə əhəmiyyətli boşluq mövcuddur. Bu boşluq gələcəkdə əhəmiyyətli iqtisadi inkişafdan geridə qalmağa gətirib çıxaracaqçevriləcək. Təəccüblü və eyni zamanda təəccüblü olmayan odur ki, Özbəkistanın Rusiya idxalına yaxın olan idxalı orada startap ekosisteminin son yüksəlişini bir daha təsdiqləyir. Bölgədəki hər kəs 1,6 milyard dollarlıq yarımkeçirici cihaz idxal edən (1,1 milyard dollar xalis, 550 milyon dollar ixraca…
