Author: Aynure Gdp

2024-cü ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə vergi daxilolmaları 8 milyard 282 milyon 38,9 min manat təşkil edib. Xidmətdən GDP-yə verilən məlumatda bildirilir ki, dövlət büdcəsinə proqnozdan əlavə 1 milyard 53,4 milyon manat vəsait daxil olub. Qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 874,7 milyon manat təşkil edib. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 675,3 milyon manat və ya 13 faiz artıb. Ödənilən vergilərin 70.9 faizi qeyri-neft-qaz sektorunun, 29,1 faizi isə neft-qaz sektorunun payına düşüb. Naxçıvanda vergi daxilolmaları 27,9 % artıb 2024-cü ilin yanvar – iyun aylarında Naxçıvan MR İqtisadiyyat Nazirliyi…

Read More

“Su şəbəkəsinə qoşulma” işçi qrupunun növbəti iclası keçirildi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Su şəbəkəsinə qoşulma” işçi qrupunun Bakı Biznes Mərkəzində növbəti iclası keçirilib. GDP xəbər verir ki, komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış nitqi ilə çıxış edərək iclasın gündəliyi haqqında məlumat verib, su şəbəkələrinə qoşulması sahəsində işçi qrupunun il ərzində həyata keçirdiyi fəaliyyətləri yüksək qiymətləndirərək, beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətlərə diqqət çəkib. İşçi qrupunun rəhbəri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri, Etibar Məmmədov ötən müddət ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə danışıb. Gündəliyə uyğun olaraq “Tikinti obyektlərinin su…

Read More

Ölkənin hər yerini əhatə edən “Milliön” ödəmə terminallarının xidmət keyfiyyətinin artırılması və təhlükəsizliyin gücləndirilməsi məqsədilə Yevlaxda Xidmət Mərkəzi fəaliyyətə başlayıb. Yevlaxdakı xidmət mərkəzi Goranboy, Naftalan, Tərtər, Bərdə, Mingəçevir, Göyçay, Ucar və Ağdaşdakı ödəmə terminallarına xidməti həyata keçirəcək. “PashaPay” məhsulu olan “Milliön” yeni mərkəzi istifadəyə verməklə regionda yaşayan 15 nəfərin daimi məşğulluğuna da töhvə verib. Hazırda sözügedən ərazilərdə ümumilikdə 435 ödəmə terminalı xidmət göstərir.

Read More

Oğuz rayonuna yeni icra başçısı təyin edilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən, Eyvaz Daşdəmir oğlu Qurbanov Oğuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və digər sərəncamla bu vəzifəyə Cavid Teyrun oğlu Əbdul-Qədirov təyin edilib. Qeyd edək ki, bundan əvvəl Cavid Teyrun oğlu Əbdul-Qədirov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbərinin müavini vəzifəsində çalışıb.

Read More

Azərbaycanda fəaliyyət göstərən 22 bank 2024-cü ilin yanvar -iyun ayları üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabatlara görə ölkədə ən çox mənfəət əldə edən bank ABB -dir belə ki, bu bank ABB 2024-cü ilin ilk 6 ayını 172.39 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da 2023-ci ilin ilk yarısı ilə müqayisədə 8.35 milyon manat artım deməkdir. Hesabat dövründə Bank “BTB” ASC, “Bank VTB (Azərbaycan)” ASC,”Bank of Baku” ASC,”AFB Bank” ASC, “Xalq” Bank” ASC-nin xalis mənfəəti azalıb. GDP bankların 2024-cü ilin yanvar iyun ayları ərzində əldə etdiyi xalis mənfəətin həcmini və dinamikasını təqdim edir. “Bank VTB (Azərbaycan)” ASC “Bank VTB (Azərbaycan)”…

Read More

Bədəlova Elnarə Hicran qızı Bank of Baku-nun İT sahəsi, Planlaşdırma və Koordinasiya departamentinin direktoru vəzifəsinə təyin olunub.  Bu barədə GDP-ə Bankdan bildirilib. Qeyd edilib ki, Elnarə Bədəlova Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) mühasibat uçotu və audit istiqaməti üzrə bakalavr təhsili alıb. Daha sonra təhsilini UNEC-də eyni istiqamət üzrə magistr dərəcəsi ilə davam etdirib. Elnarə Bədəlova 15 illik peşəkar iş təcrübəsinə sahibdir. O iş fəaliyyətinə 2009-cu ildə “FİNCA Azərbaycan”da başlayıb və 2012-ci ilə qədər Maliyyə xidmətləri eskperti olaraq çalışıb. Daha sonra 2012-2016-cı illərdə “Amrahbank”da Nəzarət şöbəsi rəisi vəzifəsini yerinə yetirib. 2016-cı ildən isə “Kapital Bank”da fəaliyyət göstərməyə başlayıb. Texniki dəstək üzrə…

Read More

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 18 milyard 842,9 milyon manat, xərcləri isə 16 milyard 52,1 milyon manat təşkil edib.  GDP xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayımlayıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 21,7 % və 14,1 % çoxdur. Beləliklə 6 ayda büdcədə 2 milyard 790,8 milyon manat profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 97 % çoxdur.

Read More

Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev və Assosiasiyanın icraçı direktoru Yunus Abdulov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri Alpaslan Çakarın dəvəti ilə Türkiyə Banklar Birliyinin (TBB) 67-ci Ümumi Yığıncağında iştirak ediblər. GDP xəbər verir ki,tədbirdə Türkdilli Dövlətlərin Banklar Assosiasiyaları Şurasının üzvü qismidə dəvət almış ABA-nın rəhbərləri ilə yanaşı Özbəkistan Banklar Assosiasiyasının Baş Direktoru (CEO) Bəxtiyar Həmidov iştirak edib. Ümumi Yığıncaq Türkiyənin Xəzinə və Maliyyə Naziri cənab Mehmet Şimşəkin iştirakı ilə keçirilib. İclasın açılış hissəsində TBB İdarə Heyətinin sədri Alpaslan Çakar və Bank Tənzimləmə və Nəzarət Təşkilatının sədri Prof. Dr. Şahap Kavcıoğlu və nazir Mehmet Şimşək çıxış etdilər. Üzv bankların…

Read More

“AccessBank” QSC 2024-cü 2-ci rübündə 27 milyon 197 min manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqaisədə 7 milyon 728 min manat və ya 39,7% daha çoxdur.` Bankın aktivləri son 1 ildə 0.086379 manat yaxud 5.8% artaraq 4 milyard 478.666 milyon manat olub. Bankın hesabat dövründə yalnız 1 milyarad 144,296 milyon manat lıq aktivlərinin risk dərəcəsi ölçülüb . Aktivlərin strukturunda ticarət və investisiya qiymətli kağızları azalıb. Belə ki, sözügedən qiymətli kağızlar ötən ilin müvafiq dövrü ilə müqaisədə 36.355 milyon manat yaxud 34.7% azalıb. Kredit portfeli artıb “AccessBank” QSC-nin kredit portfeli 67.194 milyon manat yaxud…

Read More