Kakao paxlasının qiyməti mart ayından bəri ən aşağı səviyyəyə düşüb.
GDP xəbər verir ki, kakao fyuçersləri artan təklif və aşağı tələb gözləntiləri ilə son 4 ayın minimumuna enib.
Nyu-Yorkda ən aktiv şəkildə satılan kakao paxlası fyuçers müqaviləsi bazar ertəsi sessiyasında 4,4% ucuzlaşaraq 1 ton üçün 6,650 dollar olub.
Fitch Solutions-ın bölməsi olan BMI-nin analitikləri eyni zamanda kakaonun qiymətlərinin tarixi orta göstəricilərdən yüksək olaraq qaldığını və bu xammala tələbatın azalacağına inanırlar. Bəzi şokolad istehsalçıları artıq ilin ikinci yarısında gəlirliliklərinin təzyiq altında qalacağı barədə xəbərdarlıq ediblər.