- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Azərbaycan Mərkəzi Bankı “City Finance BOKT” MMC-nin, “Kəpəz BOKT” MMC-nin vəzifəli şəxslərinin və BOKT “İnkişaf üçün Maliyyə” MMC-nin və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunması barədə məlumat yayıb. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “City Finance Bank olmayan kredit təşkilatı” MMC-nin vəzifəli şəxsi 1 500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində…
Vergi Məcəlləsinin 3.5-ci maddəsinə əsasən heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Bəs gəlirdən tutulmayan vergini (əmlak, torpaq, mədən, ƏDV və s.) 2 dəfə və ya daha artıq ödəmək məcburiyyətimiz ola bilərmi ? Aydındır məsələdir ki, yox, amma gördüyümüz kimi mövcud maddə 9 dövlət vergisi və eləcə də onların hesablanmasına əsas vermiş bütün halları əhatə etmir. İndi isə yuxarıdakı maddənin fonunda dövlətimizin vergiqoyma və vergitutma siyasəti ilə bağlı bir hüquqi məsələni qələmə alaq. Məsələ isə yol vergisi olacaqdır. Beynəlxalq tətbiqata baxdığımız zaman yol vergisinin müxtəlif ölkələrdə müxtəlif məqsədlər üçün tutulduğunu…
Azərbaycan Mərkəzi Bankı (AMB) “Kredit reytinq agentlikləri haqqında” qanun layihəsi hazırlayıb. Bu barədə qurumdan bildirilib. Məlumata görə, ölkədə daxili kredit reytinqi mexanizminin yaradılması AMB-nin əsas prioritetlərindən biridir. Bu mexanizmin yaradılması real sektor müəssissələri üzrə informasiya asimmetriyasının azalması, maliyyəyə çıxış imkanlarının artırılması və maliyyə bazarlarının inkişafı baxımından önəmlidir. Qeyd edilənləri nəzərə alaraq, AMB daxili kredit reytinqi layihəsinin icrasına start verib və beynəlxalq təşkilatların kənar ekspertlərini cəlb etməklə texniki iqtisadi əsaslandırma işləri aparıb. Qiymətləndirmə nəticələri əsasında strateji yanaşma və fəaliyyət planı tərtib edilərək icrasına başlanılıb. “Hazırda “Kredit reytinq agentlikləri haqqında” qanun layihəsinin hazırlanması işləri tamamlanmaq üzrədir. Həmçinin daxili kredit reytinqi ekosisteminin formalaşdırılması…
Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv edilmiş “Naxçıvan Bank” ASC-ni üzv bankların reyestrindən çıxarıb, banka verdiyi şəhadətnaməni ləğv edib. GDP xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalası Fondu məlumat yayımlayıb Məlumata görə, bununla bağlı qərar “Əmanətlərin sığortalanması haqqında” qanunun 22.3.1-ci maddəsinə uyğun olaraq qəbul edilib. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 24 iyul 2024-cü il tarixli qərarı ilə “Naxçıvan Bank”ın lisenziyası onun öz müraciəti əsasında, “Banklar haqqında” qanunun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də “Bankların yenidən təşkili haqqında Qaydalar”a (Qaydalar) müvafiq olaraq ləğv edilib. Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin sığortalanması haqqında” qanunun 30.1-ci maddəsinə əsasən iştirakçı bankların 30 iyul 2024-cü il tarixinə olan…
SOCAR və Eni S.p.A enerji keçidi təşəbbüslərini həyata keçirmək barədə razılığa gəliblər GDP xəbər veri ki, şirkətlər tərəfindən imzalanmış anlaşma memorandumu Azərbaycanın enerji sektorunda enerji təhlükəsizliyini gücləndirmək və innovativ həlləri təşviq etmək məqsədi daşıyır.
2024-cü ilin ilk 6 ayı ərzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlar 22 layihə üzrə Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditlərindən yararlanıblar. GDP xəbər verir ki, sahibkarların layihələrinin maliyyələşdirilməsinə SİF tərəfindən ümumilikdə 1 milyon 77 min manat güzəştli kredit ayrılıb. Kreditdən yararlanmış sahibkarlıq subyektləri muxtar respublika ərazisində sənaye, turizm, kənd təsərrüfatı, akvakultura, ictimai iaşə kimi iqtisadiyyatın müxtəlif sahələri üzrə fəaliyyət göstərirlər. Layihələrin icrası nəticəsində 40 yeni iş yerinin yaradılması nəzərdə tutulub.Qeyd edək ki, 2023-cü ilin fevral ayından etibarən İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi Naxçıvanda fəaliyyət göstərən sahibkarlıq subyektlərini də əhatə edir.
Mərkəzi Bankın sədrinin birinci müavini Rəşad Orucov Azərbaycan Fintex Assosiasiyasının nümayəndələri ilə görüşüb.GDP Mərkəzi Banka istinadla xəbər verir ki, görüş zamanı rəqəmsal ödəniş sahəsində təhlükəsizliyin və inklüzivliyin təmin olunması, çağırışların effektiv şəkildə aradan qaldırılması, eləcə də infrastrukturun daha da təkmilləşdirilməsi kimi mühüm məsələlər müzakirə olunub.Həmçinin fintex ekosisteminin inkişafı ilə rəqəmsal ödəniş sistemlərinin genişləndirilməsini şərtləndirəcək strateji təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.
2024-cü ilin birinci yarısını 123.9 milyon manat xalis mənfəətlə başa vurduq və aktivlərimiz artıq 10 milyard manatı keçib. GDP xəbər verir ki, bunu Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov müsahibəsində deyib. O bildirib: “Xüsusilə vurğulamaq istəyirəm ki, gəlirimizin böyük bir hissəsini loyallıq proqramı çərçivəsində müştərilərilərimizə bonus olaraq geri qaytarmışıq. Ötən ildən indiyədək bu bonusların (keşbek, mil, 2 qat ƏDV) ümumi məbləği 141 milyon manat təşkil edib.” Fərid Hüseynov əlavə edib bu investisiyalar strateji yanaşmamıza uyğun olaraq daha dayanıqlı gələcəyi təmin etmək üçün nəzərdə tutulub. “Bu gün əminliklə deyə bilərəm ki, Kapital Bank olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına…
“İtaliyanın “Eni S.p.A.” şirkətinin baş icraçı direktoru Klaudio Deskalsi ilə görüşümüzdə qlobal enerji keçidi ilə bağlı fikirlərimizi bölüşdük.” GDP xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi Tvitter hesabında yazıb. O bildirib : “Beynəlxalq tərəfdaşlarla əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq əməkdaşlıq məsələlərini nəzərdən keçirdik.”
Birja sahəsində sərvət qazanmaq yalnız kişilərin işi olduğuna dair stereotiplər artıq köhnəlib. Budur, bütün çətinlikləri aşan, məqsədlərinə qətiyyətlə çatan və fond bazarında böyük sərvət əldə edən qadınlardan altı hekayəsi. Getty Green: “Maliyyə üçün kişi instinkti” ilə “Wall Street cadugarı” XIX əsrin sonu və XX əsrin əvvəllərində qadınların səs vermə hüququ belə yox idi, fond bazarı isə onlar üçün uyğun yer hesab olunmurdu. Lakin amerikalı Getty Green maliyyə sahəsindəki “kişi instinkti” ilə taninirdi. Onun müvəffəqiyyətli investisiyaları və daim geydiyi qara paltarla ona “Vall-Strit Cadugarı” adı verilmişdi. ABŞ-ın və hətta dünyanın ən zəngin qadını sayılırdı. Əri milyonlarla borc içində olsa da, Getty…
