Author: Aynure Gdp

“Bank of Baku”nun rəhbərliyinə yeni təyinatlar olub. Quliyev Rasim Mithət oğlu, Əliyev Mayis Nəbi oğlu və Nurməmmədov Elkin Abdul Qəni oğlu bankın Müşahidə Şurasının yeni üzvləri seçilib. Bununla da, “Bank of Baku”nun Müşahidə Şurasının tərkibi 8 nəfərdən ibarət olub. Qeyd: “Bank of Baku” 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 milyon manatdır. Bankın səhmlərinin 35 %-i “NAB Holdinq”ə, 31,1%-i Hikmət Abuzər oğlu İsmayılova, 28,9%-i “Azpetrol Neft Şirkəti” MMC-yə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.

Read More

Meta ikinci rübdə xalis mənfəətini 1,7 dəfə artırıb – proqnozlaşdırılandan daha yaxşıdır GDP xəbər verir ki, American Meta Platforms (Rusiya Federasiyasında ekstremist təşkilat kimi tanınır, ölkədə fəaliyyəti qadağandır) 2024-cü ilin ikinci rübündə xalis mənfəətini 1,7 dəfə, gəlirini isə 22% artırıb. Meta mətbuata açıqlamasında aprel-iyun aylarında xalis gəlirinin keçən ilin eyni dövründəki 7,79 milyard dollar və ya hər bir səhm üçün 2,98 dollar olduğu ilə müqayisədə 13,47 milyard dollar və ya hər səhm üçün 5,16 dollar olduğunu söylədi. FactSet-in sorğusuna qatılan ekspertlər orta hesabla bu rəqəmin hər səhm üçün 4,8 dollar olacağını gözləyirdilər. Gəlir bir il əvvəlki 32 milyard dollardan 39,07…

Read More

Zelenski Ukraynanın xarici borclarının ödənilməsini dayandıran qanunu imzalayıb. GDP xəbər verir ki, Ukrayna prezidenti Zelenski bu barədə açıqlama verib. O bildirib: “Jurnalistlər və liberallar bunu istədikləri kimi adlandıra bilərlər, lakin defoltun tərifi çox aydındır. Defolt, borcun və ya borcun faizinin vaxtı çatdıqda ödənilməməsidir.” Zelenski əılavə edib: “Ukrayna borcunu və faizlərini vaxtında ödəməkdən imtina edir – bu, defoltdur. Borcun restrukturizasiyası ilə bağlı kreditorlarla danışıqlar davam edir və şübhəsiz ki, yükü indiki ukraynalıların nəvələrinin üzərinə atacaq nəsə işlənib hazırlanacaq. Ancaq fakt faktlığında qalır – Ukraynanın iqtisadiyyatı rəsmən çöküb.”

Read More

Mərkəzi Bank sədri Taleh Kazımov ilk dəfə inflasiyanın dekompazisiyasını açıqlayıb. GDP xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sədri ölkədə inflyasiyaya artırıcı təsir göstərən amilləri sadalayıb. O bildirib: “2024 cü ildə inflyasiyanı dekompozisiya etdikdə yəni komponetlərə böldükdə inflasiyanı artırıcı amillərdə tənzimlənən qiymətlərin 1% bəndi artırıcı təsirini görürük, dövlət istehlakı 0.39%, ev təsərüfatlarının istehlakı 0.94%, kənd təsərüfatı istehsalçılarının 1.93% və ticarət tərəfdaşlarının inflaysiyası 4.02% artırıcı təsir göstərən amillərdir. “

Read More

“Card to card” əməliyyatlarının biznes subyektləri tərəfindən vergidən yayınma aləti kimi istifadə olunması bizi də narahat edir. GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi bankının İdarə Heyətinin sədri Taleh Kazımov deyib. O bildirim: “Bu istiqamətdə banklarla birgə sıx çalışırıq və Dövlət Vergi Xidməti ilə də müzakirələrimiz gedir. Bu tək Azərbaycanda deyil misal üçün qonşu ölkələrdə də bu çox geniş yayılmış praktikadır. “Card to card” əməliyyatlarının biznes subyektləri tərəfindən vergidən yayınma aləti kimi istifadə olunmasının qarşısının alınması üçün həll yolları üzərində çalışıq.”

Read More

“Azərbaycanın “AzeriCard” və “MilliKart” prosessinq mərkəzləri Rusiyanın “Mir” kartını qəbul etmir.” GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov jurnalistlərə açıqlamasında deyib. Eyni zamanda, Taleh Kazımov tənzimləyicinin bu kartı qəbul etməyə təşviq etmədiyini, lakin heç kimə qadağa qoymadığını vurğulayıb. “Bu, ölkədəki hər bir maliyyə qurumunun sırf kommersiya biznesi ilə bağlı qərarıdır, amma əminliklə deyə bilərəm ki, “Mir” kartı “AzeriCard” və “MilliKart” ekvayrinq şəbəkəsində qəbul edilmir”. Qeyd: Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin daha əvvəl bildirmişdi ki, Azərbaycanda “Mir” kartları tədricən dövriyyəyə buraxılmağa başlayıb.

Read More

ABŞ Federal Ehtiyat Sistemi (FED) iyul iclasında uçot dərəcəsini dəyişməyərək 5,25-5,50 faiz səviyyəsində saxlayıb. GDP Faiz qərarı yekdilliklə qəbul edilib.FED 2023-cü ilin iyul ayından etibarən faiz dərəcələrini bu səviyyədə saxlayıb. Səlahiyyətlilər inflyasiyanın zəifləməsi və əmək bazarındakı azalma dinamikası ilə borclanma xərclərini azaltmağa yaxın olduqlarının siqnalını verib. Vaşinqtonda 2 günlük görüşdən sonra rəsmilər çıxışlarında bəzi dəyişikliklər edərək, “inflyasiya riskləri”nə diqqət yetirmək əvəzinə, “ikili vəzifə”lərindəki risklərə qarşı ehtiyatlı olduqları mesajını verdilər. Mətndə inflyasiyanın son aylarda 2 faizlik hədəfə doğru daha da irəlilədiyi, məşğulluq və inflyasiya hədəflərinə qarşı risklərin daha tarazlı olmağa davam etdiyi bildirilib. Mətndə məşğulluğun yavaşladığı, lakin işsizlik səviyyəsinin hələ də…

Read More

Qızıl qiymətləri bütün zamanların ən yüksək həddinə çatıb və qızılın neftə nisbəti 1-dən 30-a qalxıb- bu rəsmi olaraq dünyanın böhran içində olduğuna işarədir İndi bir troya unsiyası qızılla 30 bareldən çox neft almaq olar. Bu, iqtisadi böhranı simvolizə edən tarixi işarədir. Qrafikdən göründüyü kimi, qızıl-neft nisbəti İkinci Dünya Müharibəsi, 1970-80-ci illərin neft böhranları, Krımın ilhaqı və təbii ki, Covid pandemiyası kimi mühüm hadisələr zamanı 1/30-dan yuxarı qalxıb Görünən odur ki, ABŞ sanksiyalar vasitəsilə dolları devalvasiya etdiyi üçün dünyanın hər yerində mərkəzi banklar qızıl almağa davam edir.

Read More

Azərbaycanın BRİCS-ə qoşulması və BRİCS ölkələrinin SWIFT-ə analoq hesablaşma sistemi yaratmaq istəkləri ilə bağlı xəbərləri mən də mediadan oxumuşam.Bu sadəcə bir xəbərdir. GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov mətbuat konfrasında deyib. O bildirib: “Hər hansı bir məlumatımız yoxdur. Sözsüz ki, olduğu halda hökümətlə birgə ölkəmizin maraqlarına uyğun qərarlar verəcəyik.”

Read More

Hazırda lombardlarla bağlı qanunvericiliyin üzrərində işlənilir. GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov mətbuat konfrasında deyib. O bildirib: “Qanun nə desə Mərkəzi Bank da onu etməyə hazırdır. Lombardlarla bağlı qanunun üzərində hazırda müzakirələr gedir demək olar ki,ilin sonuna kimi lombardlarla bağlı həm mövqe həm qanun formalaşdırılacaq.”

Read More