- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
2024-cü ilin iyul ayında Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 28,1 milyon dollar artaraq 31 İyul 2024-cüil tarixində 11 milyard 765,7 milyon dollara çatıb. GDP xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb. 28 İyun 2024-cü il tarixində Mərkəzi bankı valyuta ehtiyatları 11 milyard 737.6 milyon dollar təşkil edib. 2024-cü ilin 7 ayı ərzində isə (yanvar-iyul) Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 152,7 milyon dollar artıb.
31 iyul 2024-cü il tarixinə Azərbaycanda pul bazasının həcmi 20 milyard 731.5 milyon manat təşkil edib. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb. 31.12.2023-cü il tarixində Azərbaycanda pul bazası 20 milyard 875.2 milyon manat olub ki, bu da ilin əvvəlinə nisbətən 0.7% azalmadır.
Britaniyanın neft nəhəngi Shell daha aşağı emal marjalarına və mayeləşdirilmiş təbii qaz ticarətinin zəifləməsinə baxmayaraq, gözləniləndən daha güclü gəlir əldə edib. LSEG tərəfindən tərtib edilən hesablamalara görə, neft və qaz əsası üç aylıq dövr üçün iyunun sonuna qədər 6,3 milyard dollar düzəliş edilmiş mənfəətini bildirdi və analitiklərin 5,9 milyard dollarlıq gözləntilərini üstələdi. Shell-in ikinci rübdə mənfəəti ilin ilk üç ayı ilə müqayisədə 19% azalıb. Şirkət 2024-cü ilin birinci rübündə 7,7 milyard dollar düzəliş edilmiş mənfəət açıqlamışdı. Shell, növbəti üç ay ərzində əvvəlki rübdə olduğu kimi eyni nisbətdə 3,5 milyard dollarlıq səhmlərin geri alınması proqramına başlayacağını bildirib. Şirkətin dividendləri dəyişməz olaraq…
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “AZ.Arxitektura” MMC ilə müqavilə imzalayıb. Bu müqavilədə Bakı şəhəri, Yasamal rayonu, Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) üçün layihə-smeta sənədlərinin hazırlanmasının satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 1 429 000 manatdır. Mənbə: Banker
Bu ilin birinci yarısında BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı – 337 müəssisə) xərcləri 758,7 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 5,6% artım deməkdir. GDP xəbər verir ki, bu barədə BP şirkətinin Azərbaycanda fəaliyyətinə dair cari ilin birinci yarısının nəticələrinə həsr olunmuş hesabatında bildirilir. Sənədə əsasən, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (14 müəssisə üzrə) çərçivəsində 332,5 mln. dollar xərcləyib. Hesabata görə, şirkət hesabat dövründə xarici podratçıların ölkə daxilində məsrəflərinə (77 şirkət üzrə) 183,6 mln. dollar…
İngiltərə Bankı, gözlənildiyi kimi, 2020-ci ildən bəri ilk dəfə faiz dərəcələrini endirdi GDP xəbər verir ki,İngiltərə Mərkəzi Bankının bəyanatında deyilir ki, İngiltərə Bankı avqust iclasından sonra baza faiz dərəcəsini 25 baza bəndi azaldıb, illik 5%-ə endirib. Qərar analitiklərin konsensus proqnozları ilə üst-üstə düşdü, bazar iştirakçıları isə qərardan əvvəl belə bir qərarın mümkünlüyünü təxminən 60% qiymətləndirirdilər. İngiltərə Bankı 2020-ci ildən bəri ilk dəfə faiz dərəcəsini aşağı saldı, bundan əvvəl bu, son 16 ilin ən yüksək həddi idi.
Dövlət Neft Şirkəti (SOCAR) 1 noyabr 2021-ci ildə dövriyyəyə buraxdığı 100 milyon ABŞ dolları dəyərində yeni isitqrazlara görə sayca 11-ci dəfə faiz ödənişi həyata keçirib. Bu barədə şirkətin törəməsi – “SOCAR Capital” MMC-nin məlumatında bildirilir. Qeyd: “Nomnal dəyəri 1 000 ABŞ dolları olan 100 min ədəd istiqraz 5 il müddətinə tədavülə buraxılıb. Onların illik gəlirliliyi 4.5%-dir. Faizlər rüblük ödənilir və hər dəfə istiqraz sahibləri 1,125 milyon ABŞ dolları faiz alır. Bu gün növbəti faizlər istiqraz sahiblərinin hesablarına köçürülüb, investorların ümumi qazancı 12,375 milyon ABŞ dollarına yüksəlib. Bu rəqəm müddətin sonunda 22,5 milyon ABŞ dollarə təşkil edəcək.” İndiyə qədər SOCAR-ın yeni…
Biləsuvar rayonunda cari ilin taxıl biçini başa çatıb. GDP xəbər verir ki, bu il rayonda payızlıq və yazlıq olmaqla 33 936,5 hektar sahədə taxıl əkilib. Bunun 9 698,9 hektarı buğda, 24 237,6 hektarı arpa sahəsidir. Zəmilərdə yetişən məhsul biçilib, 95 532,2 ton məhsul götürülüb və orta məhsuldarlıq 28,55 sentner olub. O cümlədən, 28 572,2 ton buğda toplanıb ki, burada da orta məhsuldarlıq 29,5 sentner, 66 960 ton arpa götürülüb ki, burada da orta məhsuldarlıq 27,6 sentner təşkil edib. Taxıl biçininə 80 ədəd kombayn cəlb edilib. Onlardan 7 ədədi Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin Biləsuvar bölməsinə, 36 ədədi digər rayon…
Nazirlər Kabineti “Vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi Qaydaları”nı təsdiq edib. GDP xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Qaydalar Vergi Məcəlləsinə əsasən hazırlanıb və təsərrüfat əməliyyatları aparılan zaman vergi ödəyicisi tərəfindən malları (işləri, xidmətləri) ona təqdim edən digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi qaydasını, təqdim edilən məlumatların dairəsi və hədlərini, habelə məlumatların təqdim edilməsi üzrə verilən sorğuların uçotunun aparılması qaydasını müəyyən edir. Qaydalarda istifadə olunan anlayışlar Vergi Məcəlləsində və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş mənaları ifadə edir. Məlumatlar dövlət hakimiyyəti orqanları,…
Mərkəzi Bank yeni nəsil milli pul nişanlarının konsepsiya mövzusunu və nominallar üzrə alt mövzuları müəyyənləşdirmək üçün ictimai sorğu keçirir. GDP xəbər verir ki, onlayn surətdə keçirilən sorğuda iştirak edən vətəndaşlar mövzular üzrə təkliflərini Mərkəzi Bank ilə bölüşmək imkanı əldə edir. Mövzular üzrə təkliflərin ölkəmizin gələcəyə baxışını, tarixini və strateji hədəflərini cəmləyərək milli mənsubiyyətimizi əks etdirəcəyi gözlənilir. Beynəlxalq təcrübədə hər 10-15 ildən bir pul nişanlarının yenilənməsi, o cümlədən yeni nəsil milli pul nişanlarının yaradılması həyata keçirilən bir təcrübədir. Bu zaman dövrün tələblərinin, cəmiyyətin gələcək inkişaf strategiyasının, yeni iqtisadi və siyasi reallıqlardan meydana gələn çağırışların cəmiyyətə çatdırılması kimi mühüm faktorlar nəzərə alınır.…
