- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
“Morgan Stanley Səudiyyə Ərəbistanı İnkişaf Fondundan Səudiyyə Ərəbistanı tikinti şirkəti olan Saudi Binladin Group-un səhmlərini alacaq. GDP xəbər verir ki, bu şirkət Əl Qaidə lideri Usama Bin Ladenin ailəsinə aid olub. Yəməndən Səudiyyə Ərəbistanın Ciddə şəhərinə köç edən Usamanın atası bu şəhərdə bu tikinti şirkətini qurub. Bu şirkət Məkkədə bir sıra tenderlərin əsas qalibi olub və Səudiyyə Ərəbistanı höküməti ilə geniş əlaqələri olub”
Sektor müdiri / Risklərin idarəolunması və daxili nəzarət şöbəsi / Risklərin idarəolunması sektoru Vakansiyaya dair tələblər Əsas vəzifə və öhdəliklər:* Cəmiyyətin Risk Siyasətinin formalaşdırılması, tətbiq olunması və onun təkmilləşdirilməsini təmin etmək;* Cəmiyyətin biznes proseslərinin təhlil olunması və risklərin idarəolunması sisteminin qurulmasını təmin etmək;* Risklərin idarəolunması alətlərini tətbiq etməklə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi; prioritetləşdirilməsi və onlara qarşı tədbirlərin görülməsini təmin etmək;* Risk reyestrinin hazırlanması, mövcud risklərin mütəmadi nəzərdən keçirilməsi və onun daimi yenilənməsini təmin etmək;* Risklərin idarəolunmasında biznes proseslərin dəyişkənliyi baxımından təhlillərin aparılması və müvafiq tədbirlərin görülməsini təmin etmək;* Risklərin müəyyən olunması və analizi proseslərində struktur bölmələrlə qarşılıqlı kommunikasiyanın təmin olunması;*…
Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin iyul ayı ərzində 826,3 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Bu barədə Dövlət Neft Fondu məlumat yayımlayıb. Məlumata görə. Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin iyun ayı ərzində 405,6 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Nəzticədə valyuta satışı aylıq müqaisədə iyulda 420,7 milyon ABŞ dolları və ya 51% artıb.
Azərbaycanda aqrar sığorta mexanizminin əhatə etdiyi əkin sahələrinin həcmi artır. GDP xəbər verir ki, Aqrar Sığorta Fondunun 2024-cü ilin 1-ci yarım illiyinin nəticələri üzrə açıqladığı rəqəmlərə əsasən, cari ilin yanvar-iyun aylarında ölkədə 384 min hektar əkin sahəsi sığortalanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə sığortalanan əkin sahələri 58 min hektar və ya 18% artıb. Bu dövrdə ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri buğda, arpa, qarğıdalı, pambıq, eləcə də çəltik, şəkər çuğunduru, fındıq və nar bağları olub. Sığortalı sahələrdə artım bütün bitkilər üzrə qeydə alınıb. Belə ki, sığortalanan pambıq sahələri 2,3 dəfə, çəltik əkinləri 2,2 dəfə, nar bağları 4,5 dəfə, arpa…
İqtisadçı ekspert Vüqar Bayramov ünvanlı sosial yardımın artırılmasının ehtiyac meyarının dəyişməsi ilə birbaşa əlaqəli olduğunu diqqətə çatdırıb. GDP xəbər verir ki, onun sözlərinə görə, 2025-ci ilin büdcə zərfi təqdim olunanda ünvanlı sosial yardımın artımının hansı səviyyədə olacağı müəyyənləşəcək. “Əgər büdcə zərfində ehtiyac meyarının artırılması ilə bağlı sənəd varsa, bu, praktikada 2025-ci ilin yanvar ayından ünvanlı sosial yardımın məbləğinin də artacağına gətirib çıxaracaq”
Avro 1,08 ABŞ dollarına qədər bahalaşıb. Avro, treyderlər bu il Avropa Mərkəzi Bankı tərəfindən ən azı 2% endiriminin dəyərləndirməsinin davam etməsi fonunda , bir aylıq minimum 1.08 ABŞ dolları ətrafında dəyişib. GDP xəbər verir ki, növbəti faiz endirimi ehtimal edilir ki, sentyabr ayında olacaq. , Avropa bölgəsində illik inflyasiya səviyyəsi iyul ayında gözlənilmədən 2,6%-ə qədər sürətlənib, lakin xidmət inflyasiyası son 3 ayda ilk dəfə azalıb. Həmçinin, Almaniya, Fransa və İtaliyada qiymətlərin daha sürətlə artdığı, lakin İspaniyada azaldığı ölkələr arasında fərqli bir ssenari var. Bundan əlavə, ilkin hesablamalar Avropanın iqtisadiyyatının Fransa, İtaliya və İspaniyadakı iqtisadi artımın liderlik etdiyi ikinci rübdə gözləniləndən…
Qızılın qiyməti rekord səviyyəyə qalxaraq, unsiya üçün 2500 dolları keçib GDP xəbər verir ki, qızıl qiymətləri cümə aktiv şəkildə artır və investorların qoruyucu aktivlərə olan tələbi səbəbindən bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Comex birjasında qızıl fyuçers kotirovkaları 1% artaraq 1 troy unsiyası üçün 2506,2 dollara satılır.
Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasına yeni sədr və üzvlər seçilib. GDP xəbər verir ki, bu vəzifəyə Azərbaycan Mərkəzi Bankının (AMB)baş direktoru Gülər Paşayeva təyin olunub. O, sözügedən vəzifədə Mərkəzi Bankın baş direktoru Toğrul Əliyevi əvəz edib. Bundan başqa Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Himayəçilik Şurasına Mərkəzi Bankdan daha bir təyinat isə Şuranın sədr müavini Mərkəzi Bankın Baş direktoru Şahin Mahmudzadədir. Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının üzvləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin birinci müavini Elnur Əliyev, Əmək və Əhalilinin Sosial Müdafiəsi Nazirliyinin aparatının Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri Sadiq Əliyev, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aparatının Maliyyə Xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin…
Dünyanın aparıcı kompüter komponentləri istehsalçılarından biri olan Amerika Intel Korporasiyası ikinci rübdə xalis zərər qeydə alıb, gəlirlərini orta dərəcədə azaldıb və zəif proqnoz verib, həmçinin dividend ödənişlərinin dayandırıldığını və geniş miqyaslı işçilərin ixtisarını elan edib. GDP xəbər verir ki, şirkət ötən ilin eyni dövründəki 1,48 milyard dollar və ya hər səhm üçün 0,35 dollar mənfəətlə müqayisədə rübdə 1,6 milyard dollar və ya hər bir səhm üçün 0,38 dollar xalis zərər göstərib. Birdəfəlik faktorlar nəzərə alınmadan qazanc hər səhm üçün 2 sent olub
Apple üçüncü maliyyə rübündə gəliri gözləniləndən daha çox yəni 5% artırıb. Apple Inc. 2024-cü maliyyə ilinin üçüncü rübündə xalis mənfəəti 11% və gəliri 5% artırdı, hər iki göstərici analitiklərin gözləntilərini üstələyib. Şirkət, 29 iyunda başa çatan rüb üçün xalis gəlirini ötən ilin müqayisəli rübündəki 19,88 milyard dollar və ya hər bir səhm üçün 1,26 dollarla müqayisədə 21,45 milyard dollar və ya 1,4 dollar səviyyəsində açıqlanıb. Gəlir bir il əvvəlki 81,8 milyard dollarla müqayisədə 85,78 milyard dollara yüksəlib.
