- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Məhsulların üzərində ana dilində məlumatların yerləşdirilməsi təmin olunub. GDP xəbər verir ki, bu ilin yanvar-iyul ayları ərzində istehlak bazarına nəzarət tədbirləri çərçivəsində 21 müəssisə tərəfindən idxal olunan 54 adda qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkar olunub. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, pozuntu hallarının aradan qaldırılması məqsədilə həmin müəssisələrə ünvanlanan bildirişlər əsasında 18 müəssisə tərəfindən məhsulların üzərində ana dilində məlumatların yerləşdirilməsi təmin olunub, digər müəssisələrlə bağlı işlər davam etdirilir.
Avropa İttifaqı Gürcüstan hökumətinə bütün maliyyə yardımını dayandırmaq imkanını nəzərdən keçirir. GDP xəbər verir ki,Avropa İttifaqının xarici siyasət sözçüsü Peter Stano Europa Press-ə müsahibəsində bildirib ki, Gürcüstan Xarici Təsirlərin Şəffaflığı haqqında Qanunun tətbiqindən sonra bu qərarın qəbulu perspektivi nəzərdən keçirilir. Biz hökumətə maliyyə yardımımızı dayandırmağı düşünürük. Onun sözlərinə görə, Aİ Gürcüstanda vəziyyətin son inkişafından ciddi narahat olaraq qalır. Xüsusilə, bu qanunun qüvvəyə minməsi Avropaya inteqrasiya yolunda “geri addımdır”. Stano xatırladıb ki, Aİ daha əvvəl Gürcüstana ölkənin müdafiəsini gücləndirmək üçün istifadə edilməsi planlaşdırılan 30 milyon avronun ayrılmasını dondurub. Avropa İttifaqı həmçinin “mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün nəzərdə tutulanlar istisna olmaqla”…
Brent markalı neftin qiyməti 80 dollar/barelə yüksəlib Benchmark neft qiymətləri ABŞ-dan gələn zəif statistik məlumatların səbəb olduğu bir gün əvvəl kəskin enişdən sonra yüksəlir. GDP xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin dəyəri Bakı vaxtı vaxtı ilə saat 8:02-yə bir barel üçün 80 dollar təşkil edib ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,48 dollar və ya 0,6% çoxdur. Bir gün əvvəl bu kontraktların qiyməti 1,32 dollar və ya 1,6% ucuzlaşaraq 79,52 dollar/barel olub. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,49 dollar və ya 0,64% artaraq…
Amerika fond indeksləri ticarəti enişlə başa vurub. GDP xəbər verir ki, ticarət günü yüksək volatilliklə yadda qalıb – xüsusən də Nasdaq indeksi erkən ticarətdə 1%-dən çox bahalaşıb, lakin 2020-ci ilin may ayından bəri ən kəskin gündaxili dalğalanmaları qeydə alaraq sessiyanı 2,3% azalaraq başa vurub. Ölkənin Əmək Departamentinin ilkin məlumatlarına görə, ABŞ-da ikinci rübdə əmək məhsuldarlığı əvvəlki rüblə müqayisədə 2,3%, əmək xərcləri isə 0,9% artıb.
Bu gün səhər saatlarından Türkiyədə Instagram-a giriş bağlanıb GDP xəbər verir ki,bu barədə Türkiyənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi qərar verib. Qadağanın nə qədər davam edəcəyi məlum deyil. Meta şirkətinə aiddir
ABŞ-ın 10 illik xəzinədarlıq istiqrazlarının gəlirliyi son altı ayda ilk dəfə olaraq 4%-dən aşağı düşübGDP xəbər verir ki, ABŞ Xəzinədarlıq istiqrazlarının gəlirliyi, Federal Ehtiyat Sisteminin sentyabr ayında uçot dərəcəsini endirəcəyi gözləntiləri fonunda cümə axşamı enib.ABŞ-ın 10 illik xəzinə istiqrazlarının gəlirliliyi ticarət zamanı 5,1 baza bəndi (bps) azalaraq 3,984%-ə düşüb. Bu rəqəm fevralın 2-dən bəri ilk dəfə 4%-dən aşağı düşüb.30 illik qiymətli kağızlar üzrə gəlirlilik 2,8 bp azalaraq 4,278%, 2 illik qiymətli kağızlar üzrə isə 7,3 bp azalaraq 4,193% təşkil edib.
Rusiyada bitkoin tezliklə qanuni olaraq rəqəmsal rubla dəyişdirilə bilərGDP xəbər verir ki, kriptovalyuta qanunu son təsdiqlərdən keçir. Dövlət Duması mədənçiliyi leqallaşdırdı və kriptovalyuta birjalarının yaradılmasına qoyulan qadağanı ləğv edib, bu payızda birjada kriptovalyuta ticarətini mümkün hala gətirib. Rəqəmsal rublun tətbiqindən sonra BTC və digər kriptovalyutaların rubla və əksinə dəyişdirilməsi imkanı var.Sentyabrın 1-dən Mərkəzi Bank kriptovalyutaların beynəlxalq hesablaşmalarda istifadəsi, eləcə də birjalarda kriptovalyuta ticarəti üçün platformanın yaradılması üzrə təcrübələrə başlayacaq. İlin sonuna qədər Rusiya Bankı ilk eksperimental transsərhəd kriptovalyuta ödənişlərini həyata keçirəcək.
Bu ilin I yarısında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 27 nəfər vəzifəli şəxsə 26,8 min manat məbləğində cərimələr tətbiq edib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsini təmin edib. GDP xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayımlayıb. Məlumata görə, cərimələr yoxlamalar zamanı nəzarət obyektlərində, yoxlama materialları hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq mühafizə orqanlarına göndərilmiş nəzarət obyektləri istisna olmaqla, nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə tətqib olunub. Dövlət Xidməti hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər…
İş planına əsasən isə, Xidmət tərəfindən 2024-cü ilin birinci yarısında 21 təşkilatda aparılmış yoxlamalarla 1106,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib və bu məbləğin təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib. GDP Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü ilin birinci yarısında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 48 təşkilatda nəzarət tədbirləri həyata keçirilib.
2024-cü ilin birinci yarısında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən dövlət büdcəsindən vəsait alan 48 təşkilatda nəzarət tədbirləri həyata keçirilib. GDP xəbər verir ki,bu barədə Maliyyə Nazirliyi məlumat yayımlayıb. Məlumata görə,hesabat dövründə xidmətin fəaliyyətinin əsas hissəsini Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş məktub və qərarların icrası ilə əlaqədar nəzarət tədbirlərinin aparılması təşkil etmişdir. Belə ki, Prokurorluq orqanlarının məktublarına və qərarlarına əsasən 23 təşkilatda yoxlamalar aparılmış, bu yoxlamalarla 1990,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilmiş, yoxlama materialları nöqsanlara hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə prokurorluq orqanlarına göndərilib.
