Dünyanın aparıcı kompüter komponentləri istehsalçılarından biri olan Amerika Intel Korporasiyası ikinci rübdə xalis zərər qeydə alıb, gəlirlərini orta dərəcədə azaldıb və zəif proqnoz verib, həmçinin dividend ödənişlərinin dayandırıldığını və geniş miqyaslı işçilərin ixtisarını elan edib.
GDP xəbər verir ki, şirkət ötən ilin eyni dövründəki 1,48 milyard dollar və ya hər səhm üçün 0,35 dollar mənfəətlə müqayisədə rübdə 1,6 milyard dollar və ya hər bir səhm üçün 0,38 dollar xalis zərər göstərib.
Birdəfəlik faktorlar nəzərə alınmadan qazanc hər səhm üçün 2 sent olub