Author: Aynure Gdp

“Ötən ilin noyabr ayında artırılan məcburi ehtiyat normalarının artırılmasının kredit fazilərinə təsirini görmürük.” GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov mətbuat konfrasında deyib. O bildirib: “Məcburi ehtiyat normalarının artırılması ilə bağlı qərardan 6 aydan çox vaxt keçib. Hər dəfə məcburu ehtiyat normaları ilə bağlı dəyişiklik ediləndə biz faizlərə potensial təsirini qeyd edirik. Biz bəzi istiqamətlərdə fazilərin cüzi artımını müşahidə edirik. Onun da səbəbi məcburi ehtiyat normalarının artırılması deyil,profisitli büdcə hesabına hökümət hesablarında vəsaitlərin,likvidliyin artması olub. Məcburi ehtiyat normalarının artırılması bazarda olan likvidliyə azaldıcı təsir göstərib.” Taleh Kazımov əlavə edib ki, biz ona görə də…

Read More

Azərbaycanın strateji valyuta ehtiyatları 69,7 milyard olub. Cari ilin 6 ayında xarici ticarət balansında 4 milyard dollar məbləğində müsbət saldo qeydə alınıb. GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı faiz dəhlizinin parametrləri haqqında məlumatda bildirilib. AMB-nin məlumatında əlavə edilib ki, həmin dövrdə ölkənin strateji valyuta ehtiyatları 1.8 faiz artaraq 69.7 milyard dollar olub: “O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 1.1 faiz artaraq 11.7 milyard dollara çatıb”.

Read More

Tənzimlənən qiymətlərdə artımın inflyasiya proqnozuna birbaşa və dolayı artırıcı təsiri 1.5 faiz bəndi gözlənilir ki, bunun da 1 faiz bəndi 2024-cü ildə reallaşa bilər. GDP bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. Bildirilir ki, “İnflyasiya proqnozunun artırılma istiqamətində dəyişdirilməsi əsasən manatın nominal effektiv məzənnəsinin daha aşağı templə möhkəmlənməsi gözləntisi və eləcə də qiymətləri dövlət tərəfindən tənzimlənən məhsul və xidmətlərin qiymət və tariflərində edilən dəyişikliklərlə bağlıdır”

Read More

2024-cü ilin dövlət büdcəsinə edilən dürüstləşmə nəticəsində xərclərin artımının əhəmiyyətli inflyasiya təzyiqi yaradacağı gözlənilmir. GDP xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankının faiz qərarı ilə bağlı press relizində məlumat verilib. Məlumata görə ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib. “Tərəfdaş ölkələrdə inflyasiyanın və dünya bazarında əmtəə qiymətlərinin dəyişkənliyi başlıca xarici inflyasiya riski hesab olunmaqdadır. Aparıcı iqtisadiyyatlarda monetar şərait sərt olaraq qalır. İnflyasiyanı artıra biləcək daxili risk amillərinə isə xərc amillərinin aktivləşməsi və məcmu tələbin izafi artımı aiddir. İlkin qiymətləndirmələrə görə 2024-cü ilin dövlət büdcəsinə edilən dürüstləşmə nəticəsində xərclərin artımının əhəmiyyətli inflyasiya təzyiqi yaradacağı gözlənilmir.” Bununla belə ortamüddətli…

Read More

Faiz dəhlizinin parametrləri haqqında31 iyul 2024-cü il: Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb. GDP xəbər verir ki, Mərkəzi Bankın bu barədə məlumatında bildirilir ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki inflyasiya templərinin proqnoza uyğun formalaşması, proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) qalması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub. Ötən iclasdan bəri illik inflyasiya yüksəlsə də hədəf diapazonunun (4±2%) aşağı həddinin altında olub. Belə ki, 2024-cü ilin iyun ayında 12 aylıq inflyasiya 1.1%, baza inflyasiya isə 0.8% təşkil…

Read More

Bu gündən etibarən Azərbaycan qazının Türkiyəyə nəqli müvəqqəti olaraq dayandırılacaq. GDP xəbər verir ki, Türkiyənin BOTAŞ-a istinadən xəbər verir ki, “Şahdəniz” qaz kəmərində texniki xidmət və təmir işləri planlaşdırılır. Türkgözü giriş məntəqəsindən qaz təchizatı iyulun 31-dən avqustun 5-dək, TANAP-ın Seitqazi giriş məntəqəsindən isə avqustun 5-dən 9-dək dayandırılacaq.

Read More

ABŞ Mərkəzi Asiya ölkələrindən Rusiya və Çindən yan keçməklə Ermənistan və Azərbaycan vasitəsilə yeni quru yolu yaratmaq istəyir GDP xəbər verir ki, ABŞ dövlət katibinin köməkçisi James O’Brien deyib. O bildirib: “Mərkəzi Asiya ölkələri inanılmaz dərəcədə zəngindirlər və indi onların dünya bazarlarına çıxmaq üçün yeganə variantları Rusiya və ya Çindən keçir. Əgər biz Ermənistan və ya Azərbaycandan keçəcək marşrut aça bilsək, o zaman onlar Rusiya və Çindən daha az asılı olacaqlar.”

Read More

İnvestorlar əsas pul siyasəti qərarlarını gözlədikləri üçün qızıl ucuzlaşır GDP xəbər verir ki, qızıl əvvəlki sessiyada 1%-dən çox bahalaşdıqdan sonra 1 unsiya üçün 2400 dollara qədər ucuzlaşıb. Ucuzlaşmanın əsas səbəblərindən biri bazarlar əsas mərkəzi bankların qarşıdan gələn pul siyasəti qərarlarına hazırlaşır. Federal Ehtiyat Sisteminin cari faiz dərəcələrini saxlaması gözlənilir, lakin diqqət sentyabr ayında potensial faiz dərəcəsinin azaldılması ilə bağlı hər hansı əlamətə yönələcək. Yaponiya Bankının isə qısamüddətli faiz dərəcəsi hədəfini 0% ilə 0,1% arasında saxlayacağı gözlənilir. Bu arada, İngiltərə Bankının cümə axşamı faizləri aşağı salmağa başlayacağı gözlənilir.

Read More

ABŞ-da Donald Trump-ın iştirakı ilə prezidentlik yarışı başlayandan sonra, ABŞ-ın ticarət tərəfdaşları ABŞ-a qarşı yeni sanksiyalar hazırlayır. Bu növbəti prezidentin tarif siyasəti ilə bağlı narahatlıqlardan qaynaqlanır. Xüsusilə Avropa, Trump-ın yalnız hərbi maliyyəni dayandırmaq deyil, həm də əhəmiyyətli tariflər tətbiq etmək vədindən narahatdır. Avropa Birliyi (AB) rəsmiləri, Trump-ın AB ixracatını ildə təxminən 10 milyard avro azalda biləcəyini təxmin etdikləri minimum 150% tarif tətbiq etmək vədindən xüsusilə narahatdırlar. Danışıqlar aparanlar, Trump-ın noyabr ayında seçkilərdə qalib gələcəyi təqdirdə, AB-nin Amerika mallarının alınmasında potensial artımı müzakirə etmək üçün vəzifəyə başlamazdan əvvəl komandasına müraciət etməyi planlaşdırırlar. Ticarətin yaxşılaşdırılması üçün bu danışıqlar uğursuz olarsa və Trump…

Read More

Amerika fond indeksləri ticarətin əvvəlində yüksəlir, investorlar Federal Ehtiyat Sisteminin (FED) iclasının nəticələrini gözləyirlər. Treyderlər hesab edirlər ki, Amerika Mərkəzi Bankı bu dəfə faiz dərəcələrini 5,25-5,5% səviyyəsində saxlayacaq. CME FedWatch-un , bazarın bu ehtimalı 95,9% qiymətləndirdiyini açıqlayıb. Teslanın səhmləri kapotdakı problemlərə görə ABŞ-da 1,7 milyondan çox elektrik avtomobilinin geri çağırılması xəbərindən sonra 1,7% ucuzlaşıb. Dow Jones 0,45% artaraq 40 721,42 bənd təşkil edib. S&P 500 indeksi 0,3% artaraq 5 480,17 bənd olub. Nasdaq 0,22% dəyər qazanaraq 17 408,02 bənd təşkil edib.

Read More