2024-cü ilin birinci yarısını 123.9 milyon manat xalis mənfəətlə başa vurduq və aktivlərimiz artıq 10 milyard manatı keçib.
GDP xəbər verir ki, bunu Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov müsahibəsində deyib.
O bildirib: “Xüsusilə vurğulamaq istəyirəm ki, gəlirimizin böyük bir hissəsini loyallıq proqramı çərçivəsində müştərilərilərimizə bonus olaraq geri qaytarmışıq. Ötən ildən indiyədək bu bonusların (keşbek, mil, 2 qat ƏDV) ümumi məbləği 141 milyon manat təşkil edib.”
Fərid Hüseynov əlavə edib bu investisiyalar strateji yanaşmamıza uyğun olaraq daha dayanıqlı gələcəyi təmin etmək üçün nəzərdə tutulub. “Bu gün əminliklə deyə bilərəm ki, Kapital Bank olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına yol açırıq.”