- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
İcbari Sığorta Bürosu (İSB) Hüquqi Şəxslərin İttifaqı vətəndaşlara və sığorta bazarının iştirakçılarına göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədilə yeni rəqəmsal layihələrin icrasını davam etdirir. GDP xəbər verir ki, bu çərçivədə İSB tərəfindən 4 yeni elektron xidmət istifadəyə verilib. Yeni elektron xidmətlər aşağıdakılardır: Bonus-malus əmsalı ilə bağlı onlayn müraciət Radar cəriməsi üzrə onlayn müraciət Şəxsin yazılı razılığı əsasında sığorta hadisəsi tarixçəsinin sorğulanması üzrə onlayn müraciət Sığorta hadisəsi üzrə müstəqil ekspert təyini üzrə onlayn müraciət Xidmətlərdən istifadə imkanının yaradılması məqsədilə İSB-nin yenilənmiş rəsmi internet saytında “Elektron xidmətlər” bölməsi yaradılıb. İstifadəçilər bu xidmətlərdən yararlanmaq üçün İSB-nin informasiya sistemindəki şəxsi kabinetə myGov ID, SİMA İmza,…
Bank Respublika Çinlə artan ticarət dövriyyəsi fonunda dünyanın aparıcı maliyyə institutlarından biri olan Bank of Chinailə müxbir bank əlaqələri yaradıb. Bu əməkdaşlıq Azərbaycan–Çin ticarət münasibətlərində maliyyə əməliyyatlarının daha birbaşa, sürətli və təhlükəsiz həyata keçirilməsinə imkan verəcək. Bank Respublikanın Korporativ Bankçılıq üzrə İcraçı Direktoru Sadiq İbadov bildirib ki, 2025-ci ilin yekunlarına əsasən Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 4,874 milyard ABŞ dollarına çatıb və bu göstərici illik müqayisədə 30%-dən çox artıb. Çin Azərbaycanın ümumi xarici ticarət dövriyyəsində 9,86 faiz payla dördüncü, idxalda isə birinci yerdə qərarlaşıb. Onun sözlərinə görə, yeni müxbir hesab mexanizmi Çinlə hesablaşmalarda vasitəçi bankların sayını azaldır, əməliyyat xərclərini aşağı…
Bitkoinin ən böyük institusional sahiblərindən biri olan Strategy fondunun portfeli hazırda 8,7 milyard ABŞ dolları həcmində zərər göstərir. Xatırladaq ki, 2022-ci ilin may ayında şirkətin rəhbəri Michael Saylor “Heç kim bitkoin alaraq indiyədək pul itirməyib” açıqlaması ilə diqqət çəkmişdi. Eyni zamanda, Ethereum-un ən böyük sahiblərindən biri hesab olunan BitMine şirkətinin portfeli də 8,3 milyard ABŞ dolları həcmində zərərə düşüb. Mütəxəssislər qeyd edirlər ki, kriptovalyuta bazarında davam edən yüksək volatillik iri institusional investorların belə ciddi maliyyə riskləri ilə üzləşməsinə səbəb olur.
ABŞ-ın maliyyə naziri Scott Bessent İran rəhbərliyinin ölkədən kütləvi şəkildə maliyyə vəsaitləri çıxardığını bəyan edib. GDP xəbər verir ki, onun sözlərinə görə, bu proses Tehranın mövcud vəziyyətin davamlı olmadığını anladığını göstərir. Nazir bunu İran rəhbərliyinin yaxın perspektivdə ciddi risklərlə üzləşəcəyinə dair mühüm siqnal kimi qiymətləndirib.
Amazon şirkətinin səhmləri 2025-ci ilin IV rübünün maliyyə nəticələri dərc edildikdən sonra 10% ucuzlaşıb.
Tramp: “Venesuallanın bizdən başqa hər kəsdən daha çox nefti var. Və, yeri gəlmişkən, birlikdə dünya neft ehtiyatlarının 68%-nə sahibik”.
Avropa Mərkəzi Bankı (AMB) gözlənildiyi kimi faiz dərəcələrini əvvəlki səviyyədə saxlayıb. GDP xəbər verir ki, Avropa Mərkəzi Bankı (AMB) cümə axşamı başa çatan iclasın yekunlarına əsasən əsas faiz dərəcələrini dəyişməyib. Tənzimləyicinin yaydığı məlumata görə, depozitlər üzrə faiz dərəcəsi illik 2% səviyyəsində saxlanılıb, əsas yenidən maliyyələşdirmə əməliyyatları (main refinancing operations, MRO) üzrə faiz dərəcəsi 2,15%, marjinal kreditlər üzrə faiz dərəcəsi isə 2,4% təşkil edir. Qərar analitiklərin və bazar iştirakçılarının gözləntiləri ilə üst-üstə düşüb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə, 2026-cı ilin yanvar ayında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 468,0 milyon manat təşkil edib. GDP xəbər verir ki, məlumata əsasən, bu mənbə üzrə daxilolmalar 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz və ya 24,6 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə məcburi dövlət sosial sığorta haqları 8,2 faiz artaraq 347,5 milyon manata yaxın olub. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin yanvar ayı ilə müqayisədə 7,4 faiz artaraq 17,2 milyon manatdan çox təşkil edib. Qeyri-büdcə təşkilatları üzrə bu göstərici isə 10,9 faiz artaraq 14,5 milyon manata yaxın olub. İcbari…
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirilən mətbuat konfransında bank sektorunda faiz xərclərinin artımı ilə bağlı səsləndirilən tənqidlərə münasibət bildirib. AMB sədri qeyd edib ki, bankların faiz xərclərinin artımını Mərkəzi Bankın guya “həddindən artıq sərt tələbləri” ilə əlaqələndirmək düzgün deyil. Onun sözlərinə görə, bu yanaşma reallığı əks etdirmir və əsas səbəb sektor daxilində uzun müddət mövcud olmuş likvidlik konsentrasiyası ilə bağlıdır. Taleh Kazımov xatırladıb ki, əvvəlki illərdə sistem əhəmiyyətli banklarda manatla birillik depozit faizləri 6%, digər banklarda isə 9–10–11% səviyyəsində formalaşırdı. Bunun səbəbi iri bankların likvidliyinin yüksək olması və depozit cəlbində daha az maraqlı olmaları idi. Kiçik…
Azərbaycanın bu il yanvarın 1-nə 10 milyard 368,4 milyon manat (ÜDM-in 8 %-i qədər) olmuş dövlət zəmanətli borcunun 8 milyard 725,4 milyon manatı (5 milyard 132,6 milyon ABŞ dolları) və yaxud 84,2 %-i xarici kreditlərin, 1 milyard 643 milyon manatı və yaxud 15,8 %-i isə daxili kreditlərin payına düşüb. GDP xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayımlayıb. . Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 59,8 %-ni sabit, 40,2 %-ni dəyişkən faiz dərəcəli borc təşkil edib. Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞ dolları – 63,9 %, avro – 17,7 %, manat – 12,8 %, yapon yeni – 3,7 %, digər valyutalar – 1,9 %. Dövlət zəmanətli borcun 73,9 %-i 5 ilə qədər olan müddətdə, 16,6 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 9,5 %-i isə10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
