Author: Aynure Gdp

Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 07 yanvar 2026-cı il tarixli qərarlarına əsasən MDM-in Müşahidə Şurasında yeni təyinatlar həyata keçirilib. GDP xəbər verir ki, qərara əsasən, İbrahimova Umeyra Fərhad qızı Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib. U.İbrahimova bu təyinata qədər MDM-in Müşahidə Şurası sədrinin müavini vəzifəsində çalışıb və 2023-cü ilin mart ayından 07 yanvar 2026-cı il tarixinədək sözügedən vəzifəni icra edib. U.İbrahimova 7 aprel 1987-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsində bakalavr təhsilini fərqlənmə ilə başa vurub, 2010-cu ildə isə Macarıstanın Budapeşt şəhərində yerləşən Mərkəzi Avropa Universitetinin İqtisadiyyat…

Read More

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına görə  2024-cü ildə ölkə üzrə 95.741 ədəd yeni nəsil NKA quraşdırılıbsa, 2025-ci ildə bu rəqəm 110.518-ə yüksəlib. GDP xəbər verir ki, bu, 14.777 ədəd və ya 15,4 faiz artım deməkdir. Artım tempi göstərir ki, sahibkarlar arasında yeni texnologiyaya keçid prosesi sürətlənir və bu da uçot və hesabatlılığın keyfiyyətinə müsbət təsir göstərir. Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyədə də nəzərəçarpacaq artım müşahidə olunub. Belə ki, 2025-ci ildə bu aparatlarla rəsmiləşdirilən dövriyyə 28 milyard 162 milyon manat təşkil edib. Bu, əvvəlki illə müqayisədə 3 milyard 600 milyon manat və ya 14,8 faiz çoxdur.

Read More

“Norm” ASC tərəfindən Norm Sement zavodunun klinker istehsalı gücünün artırılması ilə bağlı layihə uğurla sona çatdırılıb. Beləliklə, zavodun klinker istehsalı gücü illik 1,76 milyon tondan 2 milyon tona qaldırılaraq, təxminən 14%-lik artım təmin edilib ki, bu da il ərzində 240 min ton əlavə klinker istehsalı imkanı deməkdir. Layihənin icrasına beynəlxalq tərəfdaşlar – Çinin “BTIEC”, Almaniyanın “Gebr. Pfeifer” and “Claudius Peters” şirkətləri cəlb edilib. Şirkətin Baş icraçı direktoru Henning Sasse qeyd edib ki, sement bazarında hazırkı mərhələdə ölkədə təklif tələbi üstələsə də, şirkət uzunmüddətli strateji baxışına uyğun yanaşma tətbiq edir: “Biz ölkənin və regionun genişlənən infrastruktur ehtiyaclarını və ixrac imkanlarını nəzərə…

Read More

2024–2025-ci illər üzrə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmaların müqayisəsi göstərir ki, 2025-ci ildə ümumi vergi daxilolmaları 16,3535 milyard manata çatıb. GDP xəbər verir ki, Bu rəqəm 2024-cü ilin faktiki göstəricisi olan 15,808 milyard manatla müqayisədə 0,5455 milyard manat artım deməkdir və təxminən 3,5% yüksəlişə bərabərdir. Başqa sözlə, büdcəyə daxil olan vergi vəsaitində ümumi artım müşahidə olunsa da, bu dinamikanın əsas mənbəyi sektorlar üzrə fərqli istiqamətdə formalaşıb. Sektoral bölgüdə ən diqqətçəkən dəyişiklik qeyri-neft-qaz sektorunda qeydə alınıb. Belə ki, 2024-cü ildə bu sektordan büdcəyə təxminən 11,0274 milyard manat daxil olduğu halda, 2025-ci ildə göstərici 12,006 milyard manata yüksəlib. Nəticədə…

Read More

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqı  ISO (International Organization for Standardization) beynəlxalq standartları üzrə beynəlxalq sertifikatlara layiq görülüb. İSB-nin yaydığı məlumatda bildirilir ki, ISO 9001:2015 Keyfiyyət idarəetmə sistemi və ISO/IEC 27001:2022 İnformasiya təhlükəsizliyi idarəetmə sistemləri üzrə əldə olunan sertifikatlar ISO standartının tələblərinə uyğunluğu qiymətləndirmək məqsədilə aparılmış auditin nəticələri əsasında verilib. Büronun fəaliyyəti qiymətləndirilərkən 3 əsas istiqamət müəyyən edilib: İcbari sığorta sektoru üçün mərkəzləşdirilmiş informasiya idarəetmə platformasının və rəqəmsal həllərin təmin edilməsi, Kompensasiya və subroqasiya fəaliyyətinin Qarantiya fondu çərçivəsində idarə olunması, Yaşıl kart sığortası əməliyyatlarının Yaşıl Kart Beynəlxalq Sığorta Sistemi çərçivəsində koordinasiyası.  ISO 9001:2015 standartı təşkilatlarda xidmət və proseslərin müştəri tələblərinə…

Read More

Azərbaycan Mərkəzi Bankı (AMB) ötən ay satışını məhdudlaşdırdığı “Atasığorta” ASC-yə müvəqqəti inzibatçı təyin edib. GDP bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, müvəqqəti inzibatçı nəzarət tədbirləri çərçivəsində şirkətin maliyyə dayanıqlılığının müəyyən edilməsi və qorunması, həmçinin müvəqqəti idarəetmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin həyata keçirilməsi məqsədilə təyin olunub. Bu gündən sığortaçının idarə edilməsi ilə bağlı idarəetmə orqanlarının səlahiyyətləri dayandırılır və həmin səlahiyyətlər müvəqqəti inzibatçıya keçir. Bu tədbirlər sığortalıların və kreditorların hüquqları qorunmasına xidmət edir.

Read More

Ölkənin əsas maliyyə qurumlarından olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən “Azərbaycan Üzrə Pərakəndə Ticarət Sektorunun Təhlili: Trendlər və Nəticələr” adlı hesabatın II buraxılışında (Dekabr 2025) təqdim olunan məlumatlara əsasən, ölkədə pərakəndə ticarət dövriyyəsi 2020-2025-ci illər ərzində davamlı inkişaf yolu keçmişdir. Bankın təhlili göstərir ki, sektorun ümumi dövriyyəsi orta illik 3,1% artım tempi ilə artmış, 2020-ci ildə 40,2 mld. manat olan göstərici 2025-ci ilin ilk doqquz ayında 46,4 mld. manat səviyyəsinə qalxmışdır. Hesabatda sektorlar üzrə mütləq göstəricilər də ayrıca təhlil edilmişdir. Buna görə, ticarət müəssisələri (şəbəkəli və müstəqil mağazalar, supermarketlər) ən yüksək nisbi artım tempi nümayiş etdirərək, dövriyyələrini 2020-ci ildə 9,1…

Read More

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Dövlət Neft Fondunda (ARDNF) qızıl ehtiyatlarının artırılması strategiyasının uğurlu nəticələrindən bəhs edib. Dövlət başçısı bildirib ki, ötən il geosiyasi vəziyyəti nəzərə alaraq qızıl ehtiyatlarını artırmaq üçün strateji qərar qəbul edilib. “Biz geosiyasi müstəvidə cərəyan edən hadisələri açıq-aydın görürdük və mən tamamilə əmin idim ki, qızılın qiyməti artacaq və qiymət kəllə-çarxa çıxdı”, – deyə Prezident vurğulayıb. Bu qərarın fonda əhəmiyyətli gəlir gətirdiyini ifadə edən İlham Əliyev, “Qızıl ehtiyatlarımızı artıraraq Dövlət Neft Fondu yalnız buna görə 10 milyard ABŞ dollarından artıq vəsait qazanıb”, – deyə qeyd edib. Prezident eyni zamanda qeyd edib…

Read More

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində ölkənin enerji ixracı və turizm imkanları haqqında mühüm açıqlamalar verib. Dövlət başçısı bildirib ki, Azərbaycanın qaz ixracının həcmi və coğrafiyası genişlənir. İndiyədək 14 ölkə Azərbaycan qazı ilə təchiz edilib, onlardan 11-i daimi müştəridir. 2024-cü ildə bəzi ölkələr ehtiyaclarına uyğun olaraq təchizatı dayandırsa da, ümumi əlaqə saxlanılır. Prezident vurğulayıb ki, bu il daha iki Avropa ölkəsi əlavə olunmaqla, boru kəmərləri ilə qaz təchiz etdiyi ölkələrin sayı 16-ya çatacaq. Bu, Azərbaycanı boru kəməri vasitəsilə ən çox ölkəni qazla təmin edən dünya lideri edir. Ötən il üçün qaz ixracı 25 milyard kubmetrdən çox…

Read More