Author: Aynure Gdp

Şirkətin mətbuat açıqlamasına görə, 2025-ci ildə Mercedes-Benz avtomobillərinin satışı 9,2% azalaraq 1,8 milyon ədəd təşkil edib. GDP xəbər verir ki, Avropada (Avropa İttifaqı ölkələri, Böyük Britaniya, İsveçrə və Norveç) avtomobil satışı 1% azalaraq 634,6 min ədədə düşüb. O cümlədən Almaniyada göstərici demək olar ki, dəyişməyib və 213,2 min avtomobil olub. Asiyada satışlar 16% kəskin azalaraq 747 min avtomobilə enib. Bu azalma xüsusilə Çində daha nəzərəçarpan olub — burada satışlar 19% azalaraq 551,9 min ədəd təşkil edib. Şimali Amerikada satışlar 12% azalaraq 320,6 min avtomobilə düşüb. ABŞ-da da eyni səviyyədə — 12% azalma qeydə alınıb və satış həcmi 284,6 min ədəd…

Read More

Amerikanın Alphabet Inc. şirkətinin (Google-un əsas şirkəti) bazar dəyəri bazar ertəsi keçirilən ticarət sessiyasında 4 trilyon dolları ötüb. GDP xəbər verir ki,sessiya ərzində şirkətin səhmlərinin qiyməti 1,7% artaraq bir səhm üçün 334,04 dollara yüksəlib, daha sonra isə 0,2% enişə keçib. 2025-ci il ərzində Alphabet-in bazar kapitallaşması 65% artıb. CNBC-nin məlumatına görə, Apple səsli köməkçisi Siri-də Alphabet tərəfindən hazırlanmış Gemini süni intellekt modelindən istifadə etmək qərarı verib. Daha əvvəl KİV-lər yazırdı ki, bu əməkdaşlıq çərçivəsində Alphabet şirkəti ildə təxminən 1 milyard dollar gəlir əldə edəcək. 4 trilyon dollarlıq bazar dəyəri həddini bundan əvvəl Nvidia, Microsoft və Apple şirkətləri də keçmişdi. Onlardan…

Read More

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin yanvar–dekabr ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 352 milyon 409,8 min manat məbləğində vəsait geri qaytarılıb. Geri qaytarılan məbləğlər əsasən fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə obyektlərində, mədəniyyət və tibbi xidmətlər sahəsində, həmçinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən mehmanxanalarda etdikləri ödənişlər üzrə Əlavə Dəyər Vergisinin (ƏDV) qaytarılması ilə bağlı olub. Eyni zamanda, əcnəbilər tərəfindən ölkə ərazisində istehsal olunan və kommersiya məqsədi daşımayan malların alınmasına görə ödənilmiş ƏDV də geri qaytarılan vəsaitlər sırasındadır. Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış…

Read More

Bu gündən “biletim.az” portalından onlayn bilet alan sərnişinlər “Apple Pay” və “Google Pay”dən istifadə edərək ödəniş edə biləcək. Bu barədə GDP-yə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, “biletim.az” portalından onlayn bilet alan sərnişinlər üçün yenilik tətbiq edilir. Belə ki, artıq portalda bank kartı məlumatlarını daxil etmədən “Apple Pay” və “Google Pay”dən istifadə edərək ödəniş etmək imkanı yaradılıb. “Biletim.az” portalında 56 şəhər və rayona, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 349 reys olmaqla 397 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.…

Read More

Google-un valyuta konvertorunda İran rialının (IRR) avro qarşısında faktiki olaraq “0,00” kimi göstərilməsi diqqəti cəlb edib. GDP xəbər verir ki,platformada əks olunan məlumata görə, 1 İran rialı 0,00 avro səviyyəsində təqdim olunur ki, bu da əsasən yuvarlaqlaşdırma ilə izah edilir. Qrafik göstəricilər son günlərdə kəskin enişi ortaya qoyur. Məzənnənin qısa müddətdə aşağı həddə düşməsi rialın sürətlə dəyər itirməsi ilə yanaşı, real vaxt məlumat axınında texniki və ya sistem problemlərinin də mövcud ola biləcəyini göstərir. Mütəxəssislərin fikrincə, bu cür göstəricilər valyutanın faktiki dövriyyə dəyərinin son dərəcə zəiflədiyini vizual şəkildə əks etdirsə də, obyektiv məzənnənin müəyyənləşdirilməsi çətin olaraq qalır. Qeyd olunur ki,…

Read More

Hesablama Palatası **Dövlət Neft Fondu**nun 2026-cı il büdcə layihəsinə dair rəyində Fondun əsas gəlir mənbələri üzrə ciddi azalma və struktur riskləri açıqlayıb. GDP xəbər verir ki,Ali audit qurumunun rəyinə əsasən, karbohidrogen satışından xalis gəlirlər 8 551,0 mln. manat proqnozlaşdırılır ki, bu da ümumi gəlirlərin 65,6%-ni təşkil edir və Fondun əsas maliyyə dayağı olaraq qalır. Bununla belə, Hesablama Palatası bu göstəricinin azalmasını bir neçə fundamental səbəblə izah edir. Əsas amillərdən biri hasilatın azalmasıdır. Azərbaycanın başlıca neft yatağı olan Azeri-Çıraq-Güneşli (AÇG) üzrə hasilatın 2026-cı ildə 120,1 milyon barel səviyyəsində olacağı proqnozlaşdırılır. Bu göstərici 2010-cu ildə qeydə alınmış 303 milyon barellik pik həcmdən…

Read More

Hesablama Palatasının Hesablama Palatası 2026-cı il üzrə “Dövlət Neft Fondu”nun büdcə layihəsinə verdiyi rəyə əsasən, Fondun gəlirləri 2022–2026 dövründə ən aşağı səviyyədə proqnozlaşdırılıb. GDP-nin məlumatına görə,rəydə bildirilir ki, gəlirlərin azalmasının əsas səbəbləri xam neft hasilatının aşağı düşməsi, neftin orta illik ixrac qiymətinin daha aşağı səviyyədə götürülməsi və bəzi gəlir mənbələrinin minimallaşdırılmasıdır. Büdcənin baza ssenarisinə görə, 1 barel neftin orta illik ixrac qiyməti 65 ABŞ dolları, qazın Avropa bazarı üzrə qiyməti isə 1000 kubmetr üçün 440 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Palata qeyd edir ki, beynəlxalq maliyyə institutlarının proqnozları əsasən 60–65 dollar intervalında dəyişdiyindən, Fond ehtiyatlı yanaşma sərgiləyərək bu diapazonun…

Read More

Günel Mavlyarova PAŞA Bankın Marketinq Direktoru vəzifəsinə təyin olunub. GDP xəbər verir ki, Marketinq və kommunikasiya sahəsində 15 ildən artıq peşəkar təcrübəyə malik olan Mavliyarova bu təyinata qədər Kapital Bank ASC və onun ekosistemində müxtəlif strateji vəzifələrdə çalışıb. O, son olaraq Birbank ekosistemində Marketinq üzrə Müşavir (Ecosystem Marketing Adviser) kimi fəaliyyət göstərib. Bu rolda o, rəqəmsal məhsulların bazarda mövqeləndirilməsi, istifadəçi mərkəzli marketinq yanaşmalarının tətbiqi və ekosistem brendləri üzrə koordinasiyalı kommunikasiya strategiyalarının qurulması ilə məşğul olub.  Günel Mavlyarova həmçinin Kapital Bankın Marketinq Ekspert Mərkəzinə (Marketing CoE) rəhbərlik edib. Onun rəhbərliyi ilə data əsaslı marketinq strategiyaları formalaşdırılıb, rəqəmsal satış kanallarında konversiya göstəriciləri 45 faizə…

Read More

2024–2025 müqayisəsinə əsasən, PAŞA Kapital İnvestisiya Şirkətinin  ümumi əməliyyat həcmi 26,834,694,838 manatdan 44,719,984,119 manata yüksəlib. Bu, 17,885,289,281 manat artım və 66.64% böyümə deməkdir. Ümumi artımın əsas mənbəyi dövriyyənin daha çox repo və dövlət istiqrazları istiqamətinə yönəlməsi, yəni portfelin daha “likvid və nisbətən aşağı riskli” alətlərə doğru genişlənməsidir. PAŞA Kapital İnvestisiya Şirkətinin cəmi dövriyyəsində ən böyük artım repo əməliyyatlarında qeydə alınıb: bu ticarət aləti üzrə əməliyyat həcmi 17,331,632,818 manatdan 30,088,076,403 manata yüksələrək 12,756,443,585 manat  və ya  73.60% artıb. Repo həcminin bu qədər yüksəlməsi adətən bazarda qısamüddətli likvidlik tələbinin artması, bazar iştirakçılarının müvəqqəti pul yerləşdirmə ehtiyacının güclənməsi və repo alətinin operativ maliyyələşmə/likvidlik…

Read More