Author: Aynure Gdp

AFB Bankın 2025-ci il yekun maliyyə nəticələrinin təhlili göstərir ki, bank balans miqyasını və kredit portfelini sürətlə böyütsə də, faiz marjasının zəifləməsi və əməliyyat xərclərinin artması fonunda mənfəət artımı əsasən ehtiyatlar xəttindəki müsbət effekt hesabına formalaşıb. GDP xəbər verir ki,AFB Bankın 2025-ci ildə dövr üzrə xalis mənfəəti 2 milyon 263 min manat təşkil edib ki, bu da 2024-cü ildə qeydə alınmış 2 milyon 127 min manatlıq göstərici ilə müqayisədə 136 min manat və ya 6,4% artım deməkdir. Xalis mənfəətdə bu müsbət dinamika bankın əsas əməliyyat gəlirlərinin sabit qalmasından çox, risk və ehtiyat xərclərinin azalması ilə bağlı olub. Faiz gəlirlərinə nəzər…

Read More

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Mastercard şirkətinin sədr müavini və Strateji inkişaf üzrə prezidenti Con Hantsmann rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. GDP Mərkəzi Banka istinadla xəbər verir ki,görüşdə ölkədə maliyyə inklüzivliyinin genişləndirilməsi, rəqəmsal maliyyə infrastrukturunun gücləndirilməsi və ödəniş sistemlərinin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən təşəbbüslər ətrafında müzakirələr aparılıb. Tərəflər, həmçinin Azərbaycan Mərkəzi Bankı ilə Mastercard arasında mövcud əməkdaşlığın səviyyəsindən məmnunluqlarını ifadə ediblər. Görüş çərçivəsində 2026–2029-cu illəri əhatə edən strateji əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb və gələcək birgə təşəbbüslərin prioritetləri müzakirə olunub.

Read More

30 dekabr 2025-ci il tarixindən etibarən “PAŞA Holding”in yeni törəmə şirkəti olan “PAŞA Maliyyə Holding” fəaliyyətə başlayıb. GDP xəbər verir ki, “PAŞA Maliyyə Holding”in əsas məqsədi “PAŞA Holding”ə daxil olan maliyyə şirkətlərini, eləcə də bankçılıq, sığorta, fintek, e-ticarət sahələrindəki investisiya portfelini mərkəzləşdirilmiş şəkildə idarə etməkdir. Belə ki, hazırda “PAŞA Maliyyə Holding”in birbaşa tabeliyində “PAŞA Bank Azərbaycan”, “PAŞA Bank Gürcüstan”, “PAŞA Bank Türkiyə”, “Bir” ekosistemi (Kapital Bank, Competo və PashaPay), “PAŞA Sığorta”, “PAŞA Həyat” və “PAŞA Technology” şirkətləri fəaliyyət göstərir. “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov yeni strukturlaşma ilə bağlı bildirib: “PAŞA Maliyyə Holding-in yaradılması maliyyə və əlaqəli aktivlərimizin daha çevik, fokuslanmış və uzunmüddətli dəyər yaradan…

Read More

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” 2025-ci ilin yanvar–dekabr dövrü üzrə nəticələrini açıqlayıb və 2024-lə müqayisə göstərir ki, bank miqyasını böyütsə də, mənfəətlilik xəttində resursun bahalaşması və risk yükünün sərtləşməsi fonunda zəifləmə yaşanıb. GDP xəbər verir ki, 2024-cü ildə “PAŞA Bank” ın xalis mənfəəti 210 milyon 538 min manat olduğu halda, 2025-ci ildə  148 milyon 896 min manat təşkil edib və beləliklə xalis mənfəət 61 642 min manat və ya 29.27% azalıb 210 milyon 538 min manatdan 148 milyon 896 min manata qədər enib. Bu azalma “PAŞA Bank”da gəlirin ümumən artmamasından çox, xərclərin və riskin daha sürətlə böyüməsi fonunda baş…

Read More

Bank “BTB” ASC-nin 2025-ci il maliyyə nəticələrinin analizi göstərir ki, bank normativ və kapital baxımından dayanıqlı mövqedə qalsa da, ilin yekununda xərclərin və gözlənilməz düzəlişlərin təsiri ilə zərərlə üzləşib.Hesabat dövrünün sonuna bankın cəmi aktivləri 356 milyon 821,8 min manat təşkil edib və aktivlərin strukturunda əsas ağırlıq kredit portfelinin üzərində formalaşıb. GDP Bank “BTB” ASC-nin 2025-ci il üzrə maliyyə hesabatına istinadla xəbər verir ki, bankın əməliyyat mənfəəti 5 milyon 864,6 min manat olub. Lakin aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ayrılmış ehtiyatlar 3 milyon 437,5 min manat təşkil etdiyindən, gözlənilməz xərclərə qədər mənfəət 2 milyon 427,1 min manata enib. Hesabat dövründə 2 milyon 831 min manatlıq gözlənilməz fəaliyyət və uçot dəyişiklikləri…

Read More

AccessBank 2025-ci ilin yekun maliyyə nəticələrini açıqlayıb. 2024-cü ilin göstəriciləri ilə müqayisəli təhlil göstərir ki, bank 2025-ci ildə aktivlərini, kredit portfelini və kapital bazasını əhəmiyyətli dərəcədə genişləndirsə də, artan risk xərcləri, faiz xərclərinin sürətli yüksəlişi və əməliyyat xərclərinin böyüməsi fonunda xalis mənfəət azalaraq təzyiq altında qalıb. GDP AccessBankın 2025-ci ilin maliyyə hesabatına istinadla xəbər verir ki,  AccessBank-ın xalis mənfəəti 2024-cü ildəki 54 milyon 62 min manatdan 2025-ci ildə 49 milyon 52 min manata enib. Bu, 5 milyon 10 min manat və ya 9.27% azalma deməkdir. Yəni bank əməliyyat həcmini və bazar payını böyütsə də, artan risk və xərclər mənfəətin aşağı…

Read More

2026-cı ilin yanvar ayının 1-nə respublika üzrə uçotda olan vergi ödəyicilərinin sayı 1 milyon 674 min 984 vahid təşkil edib. GDP xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayımlayıb. Məlumatda göstərilən rəqəmlər əsasında bildirmək olar ki, bu göstərici 2025-ci ilin yanvar ayının 1-i ilə müqayisədə 77 min 755 vahid və ya 4,87% çoxdur. Artım fonunda strukturda cüzi dəyişiklik müşahidə olunub: fiziki şəxslərin payı 87%-dən 0,2% azalaraq 86,8%-ə düşüb , hüquqi şəxslərin və digər təşkilatların payı isə 13%-dən 0.2% artaraq 13,2%-ə yüksəlib. Vergi uçotunda olan kommersiya qurumlarının ümumi sayı da artıb. 2026-cı ilin yanvar ayının 1-nə…

Read More

Xalq Bankın 2025-ci il maliyyə nəticələrinin 2024-cü illə müqayisəsi göstərir ki, bank gəlir və balans həcmini artırsa da, artan maliyyələşmə və əməliyyat xərcləri fonunda xalis mənfəət üzrə geriləmə qeydə alınmışdır. 2025-ci ildə bankın xalis mənfəəti 61 081,04 min manat olmuşdur. GDP Xalq Bankın 2025-ci il maliyyyə hesabatına istinadla xəbər verir ki, bu göstərici 2024-cü ildə qeydə alınmış 65 721,31 min manat ilə müqayisədə 4 640,27 min manat və ya 7,06% azalma deməkdir. Xalis mənfəətin azalması əsasən faiz xərclərinin kəskin artımı və qeyri-faiz xərclərinin genişlənməsi ilə əlaqədardır. Xalq Bankın faiz gəlirləri üzrə dinamika müsbət olmuşdur. Belə ki, 2024-cü ildə 183 965,11…

Read More

2025-ci ildə “Kapital Bank” ASC-nin maliyyə nəticələrinin 2024-cü illə müqayisəsi göstərir ki, bank mənfəətliliyi ciddi şəkildə artırsa da, bu artım balans strukturunda yenidənqurma, maliyyələşmə xərcinin bahalaşması və depozit bazasında korporativ seqmentin zəifləməsi kimi paralel tendensiyalar fonunda formalaşıb. “Kapital Bank” ASC-nin xalis mənfəəti 2024-də 186 milyon 501 min manat olduğu halda, 2025-də 315 milyon 13 min manata yüksələrək, 128 milyon 512 min manatvə ya 68.91% artıb. Bu 68.91% artım bankın gəlir yaratma qabiliyyətinin gücləndiyini göstərsə də, eyni zamanda maliyyələşmə dəyəri və əməliyyat xərclərinin sürətli artması fonunda əldə olunub; yəni mənfəət “rahat” mühitin yox, daha bahalı resurs və daha böyük xərclər şəraitində…

Read More