- ABŞ-ın dövlət borcu II Dünya müharibəsindən sonra ilk dəfə ÜDM-i üstələyib
- Sadiq Axundov Azərbaycan Mərkəzi Bankına baş direktor təyin edilib
- Mərkəzi Bank valyuta bazarına müdaxilə etdiyini açıqladı – Valyuta ehtiyatları 12.7 mlrd.dollara çatdı
- Rabitəbank mikro və KOB subyektlərinin maliyyələşdirilməsi üçün “Enabling Qapital”-dan 7 milyon abş dollari vəsait cəlb edib
- Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələri
- Hüquqi şəxslərin depozitləri 7% azalıb, fiziki şəxslərin əmanətləri 12,5% artıb
- Avropa Mərkəzi Bankı (AMB) əsas faiz dərəcələrini dəyişməyib
- Mərkəzi Bank NGFS-ə tamhüquqlu üzv qəbul edildi
Author: Aynure Gdp
Davosda Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında görüş keçirilib. 16:45 – Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü olub. Görüşdə Donald Trampın yenidən hakimiyyətə gəlməsindən sonra ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından məmnunluq ifadə olundu.
Sosialyönümlü təşəbbüsləri ilə seçilən “Nar” “Biz Hamımız Birik” adlı yeni DEIB (Müxtəliflik, Bərabərlik, İnklüzivlik və Mənsubiyyət) strategiyası çərçivəsində bərabər və inklüziv mühitin formalaşdırılması istiqamətində fəaliyyətini genişləndirir. Strategiyanın əsas məqsədi mobil xidmətlərin əlilliyi olan şəxslər üçün daha əlçatan olmasını təmin etməkdir. Layihə çərçivəsində “Nar”ın müştəri mərkəzlərinin əməkdaşları eşitmə məhdudiyyətli abunəçilərə jest dilində xidmət göstərməyə başlayıblar. Bu təşəbbüs müştəri mərkəzlərində ünsiyyətin keyfiyyətini artırmağa və xidmətin hər kəs üçün əlçatan olmasına töhfə verir. Bundan əlavə, ötən ildən etibarən əlilliyi olan şəxslərin rahatlığı üçün “Nar” ofislərində növbədənkənar xidmət təqdim olunur. Həmçinin “Elmlər Akademiyası” və “Memar Əcəmi” müştəri mərkəzləri əlil arabası istifadəçiləri üçün tam uyğunlaşdırılıb,…
“PAŞA Bank”ın səhmlərinin bir hissəsi kütləvi şəkildə investorlara təklif ediləcək. Belə ki, “PAŞA Bank” ASC Səhmlərinin İlkin Kütləvi Təklifi (IPO) üzrə hazırlıq prosesinə başlayıb. GDP xəbər verir ki, bununla bağlı ətraflı məlumatın 28 yanvar 2026-cı il tarixində açıqlanması gözlənilir. Hazırda “PAŞA Bank”ın nizamnamə kapitalı 354 milyon 511 min 800 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 33300 manat olan 10646 ədəd adi səhmdən ibarətdir (Dövlət qeydiyyatı 1700767721). Bankın səhmdarları: PASHA Holding MMC (≈ 56,8195%), BLESS MMC (≈ 28,1796%), Arif Paşayev (≈ 9,9944%) və Mir Camal Paşayevdir (≈ 5,0066%). 31 dekabr 2025-ci il tarixində “PAŞA Bank” ASC 504 milyon 786 min manat…
Türkiyə Cümhuriyyət Mərkəzi Bankı (TCMB) əsasfaiz dərəcəsini 100 baza bəndi azaldaraq 37%-ə endirib. Faiz dərəcəsinin 150 baza bəndi azaldılaraq 36,50 faiz səviyyəsinə endiriləcəyi proqnozlaşdırılmışdı. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faiz qərarını açıqladı. GDP xəbər verir ki, TCMB bir həftəlik repo hərrac faiz dərəcəsini (uçot dərəcəsini) 100 baza bəndi (1.00 faiz bəndi) azaldaraq 38 faizdən 37 faizə endirib. Bazarlarda TCMB-nin bu gün əsas faiz dərəcəsində (uçot dərəcəsində) 150 baza bəndi faiz endirimi edəcəyi gözlənilirdi. Mərkəzi Bankın press-relizində deyilir: İnflyasiyanın əsas meyli dekabr ayında zəifləyib. İlkin göstəricilər yanvar ayında aylıq istehlakçı inflyasiyasının qida məhsullarıın bahalaşması ilə artdığına, əsas meyldəki artımın isə məhdud qaldığına işarə edir.…
Maliyyə münasibətlərinin mürəkkəbləşdiyi, kredit öhdəliklərinin isə gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə zaminlik institutu xüsusilə aktual mövzulardan biridir. Təcrübədə zamin olan şəxslərin hüquq və öhdəlikləri, bankların tələbləri, iddia müddətləri və zaminliyə xitam halları ilə bağlı çoxsaylı suallar və mübahisələr yaranır. Bu suallara hüquqi baxımdan aydınlıq gətirmək məqsədilə bugünkü müsahibəmizdə kredit mübahisələri və zaminlik institutu mövzusunu müzakirə etdik. Qonağımız təcrübəli hüquqşünas, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, bank hüququ üzrə mütəxəssis Misirə Xəlilzadədir. Misirə xanım, ilk növbədə qeyd edə bilərsizmi – zaminlik nədir və hansı hallarda tətbiq olunur? Təşəkkür edirəm. Zaminlik – mülki hüquqda bir şəxsin (zaminin), borclunun borcuna görə kreditor…
2026-cı il yanvarın 20-də ölkə ərazisində müşahidə olunan qarlı-şaxtalı hava şəraiti fonunda Bakı da daxil olmaqla respublikanın bir sıra bölgələrində müxtəlif səpkili sığorta hadisələri qeydə alınıb. GDP xəbər verir ki,Azərbaycan Sığortaçılar Assosiasiyasının yerli sığorta bazarı iştirakçılarından əldə etdiyi son məlumatlara əsasən, qeyd olunan tarixdə baş vermiş hadisələrlə bağlı 7 qeyri-həyat sığorta şirkətinə ümumilikdə 484 sığortalı müraciəti daxil olub. Müraciətlərin 403-ü “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, 76-sı “Kasko”, 4-ü “Daşınmaz əmlakın icbari sığortası”, 1-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növləri üzrə qeydə alınıb. Məlumatlara görə, qiymətləndirilmiş 366 sığorta hadisəsi üzrə ehtimal olunan zərər məbləği 254 min…
Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) Himayəçilik Şurasına yeni üzv təyin olunub. GDP xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Strateji planlaşdırma və innovasiyalar şöbəsinin Hesabatlar və analitik təhlil sektorunun müdiri Elvin Nəsibov ƏSF-nin Himayəçilik Şurasının üzvü seçilib. Qeyd edək ki, bundan əvvəl Maliyyə Nazirliyi aparatının Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin müdiri Ziyəddin Allahverdiyevin Fondun Himayəçilik Şurasında üzvlüyünə xitam verilib. Onun yerinə həmin şöbənin müdir müavini Gündüz Əliyev Şuranın əsas heyət üzvü təyin edilib. Qeyd edək ki, hazırda ƏSF-nin Himayəçilik Şurasının sədri Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Gülər Paşayevadır. Şuranın tərkibi 7 nəfərdən ibarətdir. Əvvəlki üzvlərdən biri Sadiq Əliyev…
Fərid Hüseynov sosial media hesabında paylaşım edərək Bir Ecosystem-nin Baş İcraçı direktoru vəzifəsinə başladığını açıqlayıb. GDP nin məlumatına görə, o bildirib ki, bu təyinat onun peşəkar karyerasında təkcə növbəti addım deyil, eyni zamanda böyük məsuliyyət mərhələsidir. Kapital Bank-dakı fəaliyyəti ilə paralel olaraq Bir Ecosystem-ə rəhbərlik etmək, Azərbaycanın rəqəmsal gələcəyinin formalaşmasında birbaşa iştirak imkanı yaradır. Farid Hüseynovun sözlərinə görə, Bir Ecosystem maliyyə, ödənişlər, fintex və elektron ticarəti vahid strategiya çərçivəsində birləşdirən Azərbaycanın ilk tam inteqrasiyalı rəqəmsal modelidir və ekosistemin növbəti inkişaf mərhələsi ölkənin qeyri-neft sektorunun gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, rəhbərlik estafetini ekosistemin qurulmasında mühüm rolu olan…
Aqrar Sığorta Fondu tərəfindən şaxtavurma riski üzrə əkin sahələrinə dəyən zərərə görə fermerlərə sığorta ödənişlərinə başlanılıb. GDP xəbər verir ki,indiyə kimi Aqrar Sığorta fondu tərəfindən şaxtavurma hadisələri üzrə 915 min manat sığorta ödənişi həyata keçirilib. Şaxtavurma riskindən sığortaya böyük maraq səbəbindən sığorta ödənişləri də hər il artmaqdadır. Belə ki, 2023-cü ildə şaxtavurma riski üzrə cəmi 5 min manat sığorta ödənişi edildiyi halda, 2024-cü ildə bu məbləğ 130 min manata, 2025-ci ildə isə 780 min manata yüksəlib.
Trampın Davosda çıxışı. GDP canlı yayım; t’qdim edir. https://www.youtube.com/watch?v=qo2-q4AFh_g
