Author: Aynure Gdp

Qlobal maliyyə bazarlarında son ticarət məlumatlarına əsasən müxtəlif aktivlər üzrə qiymət dəyişiklikləri müşahidə olunub. GDP xəbər verir ki, Bitcoin (BTC/USD) 72 485 dollar səviyyəsində ticarət olunur. Kriptovalyutanın qiyməti 4 662 dollar və ya 6,87% artım göstərib. ABŞ Dollar İndeksi 98,98 bəndə yüksəlib. Göstərici 0,17 bənd və ya 0,17% artım nümayiş etdirib. Asiya bazarlarında qarışıq dinamika müşahidə olunur. Şanxay Kompozit indeksi 4 116,77 bəndə çataraq 34,30 bənd və ya 0,84% artıb. Buna qarşılıq Hang Seng Futures 25 380,5 bəndə enərək 124 bənd və ya 0,49% azalıb. Nikkei 225 Futures isə 54 777,5 bənd səviyyəsindədir və 1 445 bənd və ya 2,57%…

Read More

Maliyyə nəhəngi Morgan Stanley bütün bölmələrində 30 minə yaxın işçisini işdən çıxarmağı planlaşdırır. Martın 4-də baş verən ilk dalğada əsasən investisiya bankçılığı, treyderlik, kapital və investisiyaların idarə edilməsi şöbələrinin əməkdaşları ixtisara düşüblər. Texnologiya sahəsində də vəziyyət gərgindir. “Oracle” korporasiyası, məlumat mərkəzlərinin (data mərkəzləri) genişləndirilməsi xərclərinin artması səbəbindən “minlərlə” işçisini işdən çıxarmağa hazırlaşır. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Xatırladaq ki, ötən həftə ödəniş sistemləri üzrə ixtisaslaşmış “Block” şirkəti də işçi heyətinin 40 faizini ixtisar etdiyini açıqlamışdı.

Read More

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Londonda “BlackRock” şirkətinin Maliyyə və Strateji İnvestorlar Qrupunun qlobal rəhbəri Çarlz Hatami ilə görüş keçirib. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Davosda “BlackRock” və onun törəmə şirkəti “Global Infrastructure Partners” ilə imzalanmış Niyyət Memorandumu çərçivəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib. Həmçinin rəqəmsal infrastruktur, süni intellekt ekosistemi, regional məlumat mərkəzinin qurulması və hava nəqliyyatı infrastrukturuna investisiyaların cəlb edilməsi ilə əlaqədar birgə işlərin ilkin nəticələri barədə fikir mübadiləsi aparılıb. Nazir Rəşad Nəbiyev Böyük Britaniya parlamentinin üzvü, aviasiya, dənizçilik və dekarbonizasiya məsələləri üzrə nazirlə görüşüb Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Böyük Britaniya parlamentinin üzvü, aviasiya, dənizçilik…

Read More

Azərbaycanda “ƏDV geri al” mexanizminin avtomatlaşdırılması istiqamətində yeni sistem tətbiq olunacaq. Kartla həyata keçirilən ödənişlər zamanı ƏDV-nin geri qaytarılması üçün çekin skan edilməsi tələb olunmayacaq və proses avtomatik şəkildə həyata keçiriləcək. GDP xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Bakıda keçirilən forum zamanı məlumat verib. Onun sözlərinə görə, yeni sistem yaxın günlərdə istifadəyə veriləcək. Məlumata əsasən, layihə sosial tərəfdaşlıq çərçivəsində Kapital Bank və PAŞA Bank ilə birgə həyata keçirilir. Həmin bankların kartları ilə edilən ödənişlər zamanı yeni nəsil kassa aparatlarının təqdim etdiyi çek məlumatları vətəndaşların elektron kabinetində avtomatik əks olunacaq. Beləliklə, ƏDV-nin geri…

Read More

Yaxın Şərqdə münaqişənin gərginləşməsi fonunda qızıl bahalaşır Qızıl və digər qiymətli metalların qiyməti cümə axşamı günü artdı, çünki investorlar Yaxın Şərqdə münaqişənin altıncı gün davam etdiyini müşahidə etdilər. Bakı ilə saat 15:43-ə qədər Comex birjasında aprel qızıl fyuçersləri təxminən 0,8% artaraq unsiyası üçün 5175 dollara çatdı. Gümüş fyuçersləri 1,5% bahalaşaraq unsiyası üçün 84,41 dollara, platin fyuçersləri isə 0,6% artaraq unsiyası üçün 2167 dollara çatdı.

Read More

Mərkəzi Bankın sədri Taleh Kazımov Bakı Fond Birjasında (BFB) rəhbər heyət və kollektivlə görüşüb. GDP görüşdə birjanın ötən ilki fəaliyyət nəticələri, cari dövr üzrə strateji hədəfləri və inkişaf perspektivləri müzakirə edilib. BFB rəhbərliyi tərəfindən keçirilən təqdimatda birja infrastrukturunun müasirləşdirilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Taleh Kazımov BFB rəhbərliyinə fəaliyyətin dərinləşdirilməsi, bazarın institusional əsaslarının möhkəmləndirilməsi və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi ilə bağlı tövsiyələrini çatdırıb.

Read More

2026-cı ilin yanvar–fevral ayları ərzində  Bakı Fond Birjasının (BFB) ümumi ticarət dövriyyəsi  illik müqaisədə 13,6 milyard manatdan 8,87 milyard manata enərək 4,74 milyard manat və ya 34,8% azalıb. GDP Bakı Fod Birjasına istinadla xəbər verir ki,əqdlərin sayı da 5 396-dan 3 737-yə düşərək 30,7% geriləyib. Hesabat dövründə Bakı Fond Birjasına dövlət qiymətli kağızları seqmentində diqqətçəkən dinamika müşahidə olunur. Həcm 142,7 milyon manatdan 434,4 milyon manata yüksələrək 204,4% artıb. Bununla belə, əqdlərin sayı 170-dən 28-ə enib və 83,5% azalıb. Bu isə bazarda daha iri həcmli, lakin daha az sayda əməliyyatların həyata keçirildiyini göstərir. Bütün artım təkrar bazar hesabına formalaşıb. 2026-cı ilin…

Read More

Yaxın Şərqdə artan geosiyasi gərginlik fonunda Asiya fond bazarları kəskin enişlə üzləşib. Neft qiymətlərinin sıçrayışı və tədarük zəncirinin kəsilməsi ehtimalı investorları təşvişə salıb. Ən böyük zərbəni Cənubi Koreya bazarları alıb. KOSPI indeksi gün ərzində 12,06% dəyər itirərək 2001-ci ildən bəri ən kəskin birgünlük çöküşünü yaşayıb. Enişin sürətlənməsi səbəbindən səhm ticarəti müvəqqəti olaraq dayandırılıb. Yaponiyada da mənzərə fərqli olmayıb. Nikkei 225 indeksi 3,61% geriləyərək son bir ayın ən aşağı səviyyəsinə enib. Ekspertlər bu çöküşü regionun enerji asılılığı ilə əlaqələndirirlər. Tokai Tokyo Intelligence Laboratory Co.-dan analitik Şota Sando bildirib:”Asiya ölkələri neftə olan tələbatının təxminən 80-90 faizini Yaxın Şərqdən idxal edir. Bu səbəbdən regiondakı istənilən qeyri-sabitlik…

Read More

Qızılın qiymati təxminən 2% artaraq, çərşənbə axşamı qeydə alınan və dörd günlük artım seriyasını dayandıran enişin bir hissəsini bərpa edib. GDP xəbər verir ki,treyderlər eyni anda iki amili nəzərə almağa çalışırlar: qızıldakı geosiyasi risk mükafatı və dolların möhkəmlənməsi. Bu həftə Amerika valyutasının indeksi təxminən 1,5% artıb. İstiqrazların gəlirliliyi də yüksəlir, enerji daşıyıcılarının qiymətindəki kəskin sıçrayış isə inflyasiya risklərini gücləndirir. Buna görə də investorlar pul-kredit siyasətinin tezliklə yumşaldılması ilə bağlı gözləntilərini azaltmağa başlayıblar. Eyni zamanda, çərşənbə axşamı fond bazarlarında baş verən satışlar bəzi iştirakçıları portfellərinin digər hissələrindəki marja tələblərini ödəmək üçün qızıl üzrə mövqelərini bağlamağa məcbur edib. “Qızıl bazarında biz portfellərdə…

Read More

Cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın başlanmasını gözləyirik. Bu barədə Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında çıxışı zamanı bildirib. İki-üç il ərzində “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasını gözləyirik ki, bu da “Abşeron”dan qaz hasilatını üç dəfə artıracaq. Eyni zamanda, “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatına başlanması gözlənilir”, – deyən dövlətimizin başçısı əlavə edib ki, 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik. Qeyd olunan bütün hasilat profilləri maksimum istehsal səviyyəsində 10-15 milyard kubmetr həcmində əlavə qaz əldə etməyə imkan verəcək. “Biz…

Read More