Author: Aynure Gdp

Amerika fond indeksləri, bazar ertəsi seansın əvvəlində aktiv şəkildə düşərək, daha sonra istiqamət dəyişdi və ticarəti müsbət zonada başa vurdu. İnvestorların diqqət mərkəzində Yaxın Şərq münaqişəsi idi. Bu səbəbdən region ölkələri neft anbarlarının dolmasının qarşısını almaq üçün hasilatı azaldır. Brent və WTI markalı neftin qiymətləri ticarət zamanı barel üçün 119 dolları keçdi. Onlar seansı barel üçün 100 dolların altında başa vursalar da, bu, yenə də 2022-ci ildən bəri ən yüksək səviyyə oldu. Dow Jones indeksi 0,5% artaraq 47.740,8 bənd təşkil etdi. İndeksdə artım liderləri Caterpillar Inc. (+3,5%), Nvidia Corp. (+2,7%) və Amgen (+2%) səhmləri olub, Cisco Systems səhmləri isə 3,1%,…

Read More

Donald Trampın oğulları Erik və Donald Tramp Kiçik, Powerus adlı yeni pilotsuz uçuş aparatları (PUA) istehsal edən şirkətə sərmayə qoyublar. Şirkət Ukraynadan PUA texnologiyaları əldə etməyi və istehsal etdiyi silahları Pentaqona satmağı planlaşdırır.

Read More

Asəf Hüseynov Akif oğlu PAŞA Maliyyə Holdinqinin İdarə Heyəti sədrinin müavini, Baş Maliyyə və Risk Direktoru təyin edilib. GDP xəbər verir ki, o, bu barədə 9 mart 2026-cı il tarixində sosial şəbəkə hesabında məlumat paylaşıb. Yeni təyinatından qürur və həyəcan hissi keçirdiyini bildirən Asəf Hüseynov PAŞA Maliyyə Holdinqinin bank, sığorta və digər maliyyə xidmətləri sahələrində güclü və dayanıqlı maliyyə ekosistemi qurmaqda davam etdiyini vurğulayıb. “Məqsədimiz, iqtisadi inkişafı dəstəkləyən, müştərilərimiz, tərəfdaşlarımız və cəmiyyətlər üçün uzunmüddətli dəyər yaradan, yaxşı kapitallaşmış və gələcəyə hesablanmış maliyyə qrupu olmaqdır”, – deyə o qeyd edib. Asəf Hüseynov daha əvvəl, 26 avqust 2025-ci il tarixində “PAŞA Bank”…

Read More

ABŞ Prezidenti Donald Trampın İranla bağlı bəyanatı neft bazarında kəskin enişə səbəb olub. GDP xəbər verir ki, Tramp verdiyi açıqlamada bildirib ki, İranla müharibə demək olar ki, başa çatıb: “Onların artıq nə donanması, nə Hərbi Hava Qüvvələri, nə də rabitə sistemi qalıb”. Prezidentin bu sözlərindən sonra neftin qiyməti sürətlə geriləyərək 85 dollar həddinədək enib.

Read More

Həftə sonu ABŞ-da neft fyuçerslərinin qiyməti kəskin yüksələrək barrel üçün 97 dollar səviyyəsinə çatıb. GDP xəbər verir ki, bu artım Fars körfəzindəki iri neft istehsalçılarının hasilatı dayandırmağa başlaması ilə əlaqələndirilir. Son məlumatlara görə, qiymətlərdə son sıçrayış təxminən 4 dollar və ya 6 faiz təşkil edərək barrel üçün təxminən 94 dollar səviyyəsində qərarlaşıb. Ekspertlər bu bahalaşmanı regional gərginlik və tədarük zəncirindəki problemlərlə əlaqələndirirlər.

Read More

Azərbaycanda qadınlar demoqrafik və iqtisadi strukturun mühüm hissəsini təşkil edir. Rəsmi statistik məlumatlara görə, ölkə əhalisinin 50,2%-i qadınlardan ibarətdir və bu fakt onların sosial-iqtisadi inkişaf prosesində böyük potensiala malik olduğunu göstərir. Əmək bazarında da qadınların iştirak səviyyəsi kifayət qədər yüksəkdir: məşğul əhali arasında qadınların payı 48,4%, iqtisadi fəal əhali arasında isə təxminən 48% təşkil edir. Bu göstəricilər qadınların Azərbaycan iqtisadiyyatında mühüm rol oynadığını təsdiqləyir. Bununla belə, əmək bazarında gender bərabərliyinin tam təmin edilməsi hələ də aktual məsələ olaraq qalır. Statistikaya görə, qadınlar arasında işsizlik səviyyəsi 6,1%, kişilər arasında isə 4,6% təşkil edir. Ümumilikdə ölkədə işsizlərin 55,6%-i qadınlardır. Bu göstərici qadınların…

Read More

2025-ci ildə Rusiyadan çay idxal edən ölkələr arasında Belarus təxminən 44 milyon dollarla birinci, Qazaxıstan 17 milyon dollarla ikinci, Azərbaycan isə təxminən 7 milyon dollarla üçüncü yerdə qərarlaşıb. GDP xəbər verir ki,  “Agroexport”un məlumatına görə, Rusiya ötən il xarici bazarlara ümumilikdə 12 min tondan çox çay ixrac edib. Bu ixracın ümumi dəyəri isə 96 milyon ABŞ dolları təşkil edib. Statistikaya əsasən, ixracın əsas hissəsini qara çay təşkil edir və onun payı 78%-dir. Yaşıl çayın payı 16% olub. Qalan hissə isə dad və ətir əlavələri olan çay məhsullarından ibarət olub.

Read More