- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Dünyanın iki ən böyük fondu investorların geri çəkə biləcəyi vəsaitin məbləğini məhdudlaşdırıb. GDP xəbər verir ki, BlackRock özünün özəl kredit fondundan 1,2 milyard dollar həcmində vəsaitin çıxarılması ilə bağlı müraciətləri dondurub. Aktivləri 26 milyard dollar olan bu fondun investorları vəsaitlərinin 9,3%-ni geri çəkmək istəyiblər. Lakin BlackRock çıxarışları məhdudlaşdıraraq maksimum 5% səviyyəsində icazə verib. Aktivləri 82 milyard dollar olan Blackstone fondu da eyni həftə ərzində rekord sayda vəsait çıxarılması müraciətləri ilə üzləşib. Çıxarış xərclərini qarşılamaq üçün Blackstone öz vəsaitlərindən 400 milyon dollar yatırmalı olub. Oxşar problemlər Blue Owl OBDC II fonduna da təsir edib və burada vəsaitlərin çıxarılması müvəqqəti olaraq dayandırılıb.
Brent markalı neftin qiyməti 94 dollara qədər yüksəlib. GDP xəbər verir ki, bu artım ABŞ-ın Hörmüz boğazında tankerlərin müşayiəti ilə bağlı strategiyasını yenidən nəzərdən keçirməsi fonunda baş verir. ABŞ Energetika naziri Kris Rayt bildirib ki, Vaşinqton artıq tankerlərin dərhal müşayiətinə başlamağı planlaşdırmır. Yeni strategiyaya əsasən, əvvəlcə İranın mövqeləri zəiflədilməli, yalnız bundan sonra vəziyyət uyğun olduqda Hörmüz boğazından keçən gəmilərin müşayiəti təmin edilməlidir. Ekspertlərin fikrincə, belə yanaşma həm regionda geosiyasi gərginliyin artmasına, həm də enerji bazarlarında qiymətlərin yüksəlməsinə təsir göstərir. Hörmüz boğazı qlobal neft tədarükünün mühüm hissəsinin keçdiyi əsas tranzit marşrutlarından biri hesab olunur. Bazar iştirakçıları qeyd edir ki, yaranmış vəziyyət…
Bu il ayrılmış limit çərçivəsində Azərbaycanda dövlət xətti ilə ipoteka krediti almaq üçün 2 165 şəxsin müraciəti qeydiyyata alınıb. GDP xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə açıqlamasında bildirilir. Məlumatda deyilir ki, Fond 2026-cı ildə ipoteka kreditləşməsini davam etdirmək məqsədilə müvəkkil banklara limitlər ayırıb. Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna 5 mart saat 11:00-dan, güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə 6 mart saat 11:00-dan başlanılıb. Vətəndaş müraciətlərinin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilmiş “Elektron İpoteka və Kredit Zəmanət” sistemi üzərindən hər kəs üçün bərabər şəraitdə, real vaxt rejimində…
Bank “BTB” ASC-nin bank olmayan kredit təşkilatı formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib və müştəriləri ABB-yə ötürülüb. GDP xəbər verir ki, bu barədə AMB-in İdarə Heyəti qərar verib. Belə ki, Bank “BTB” ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına (BOKT) çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib. Qeyd olunan razılıq əsasında, Bank “BTB” ASC tərəfindən BOKT-a çevrilmə istiqamətində zəruri tədbirlər “Bankların yenidən təşkili haqqında Qaydalar” ilə müəyyən edilmiş prosesə uyğun olaraq Mərkəzi Bankın nəzarəti altında həyata keçiriləcək. Bu çərçivədə, Bank “BTB” ASC ilə aktivlərinin həcminə görə ölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) arasında “Aktivlərin və…
Brent markalı neftin qiyməti təxminən 88 dollar səviyyəsində ticarət olunur.
“Nar” 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım jurnalistlər üçün xüsusi tədbir təşkil edib. Media nümayəndələri üçün keçirilən incəsənət master-klassında iştirakçılar Azərbaycanın yerli brendinin təcrübəli təlimçilərinindəstəyi ilə öz zövqlərini və fərdi üslublarını əks etdirən yaxalıqlar hazırlayıblar. Yaradıcılıq prosesi iştirakçılar üçün həm estetik təcrübə, həm də ünsiyyət və paylaşım imkanı yaradıb. Tədbirin əsas məqsədi jurnalistlər üçün ilhamverici və yaradıcı mühit formalaşdırmaq, onları gündəlik iş qayğılarından qısamüddətli uzaqlaşdırmaqla sənətin ilhamverici təsirini hiss etmələrinə şərait yaratmaq olub. “Nar” bu təşəbbüslə xanım media nümayəndələrinin əməyinə və cəmiyyətdəki roluna dəyər verdiyini bir daha nümayiş etdirib. Qeyd edək ki, mobil operator hər il bayram ərəfəsində…
ABŞ-ın aparıcı maliyyə institutları Argentinanın maliyyə dayanıqlığı ilə bağlı narahatlıqlarını artıraraq investorları ölkədən vəsaitlərini çıxarmağa çağırır. GDP xəbər verir ki, Uoll-Strit bankları hesab edir ki, ölkədə dollar likvidliyi azalır və xalis valyuta ehtiyatları mənfi səviyyədədir. Citi, JP Morgan, Barclays, Morgan Stanley, Wells Fargo və Bank of America analitikləri bildirirlər ki, Argentinanın xalis beynəlxalq ehtiyatları mənfi göstəricidədir və bu vəziyyət ölkənin ödəniş qabiliyyəti ilə bağlı riskləri artırır. Argentina Mərkəzi Bankı rəsmi ehtiyatların 46 milyard dollardan çox olduğunu açıqlasa da, analitiklərin hesablamalarına görə, mövcud öhdəliklər çıxıldıqdan sonra xalis ehtiyatlar təxminən mənfi 15 milyard dollar səviyyəsinə düşür. Maliyyə qurumları həmçinin qeyd edir ki,…
Türk lirəsi yeni tarixi minimuma düşdü — 1 dollar 44 lirəyə çatdı.
Mərkəzi Bank tərəfindən ictimai kommunikasiyasının genişləndirilməsi, həmçinin bu istiqamətdə şəffaflıq və əlçatanlığının daha da artırılması çərçivəsində Müsahibə Komissiyasında müraciətlərə baxılması üzrə statistika açıqlanıb. Statistikaya görə, bank, sığorta və kapital bazarı sektorları üzrə cəmi müraciət sayı 114 olub, onlardan 96-sı uyğun hesab edilib, 18-i uyğun hesab edilməyib. Statistikada qeyd olunan məlumatlar 2025-ci il ərzində bank, sığorta və kapital bazarı sektorlarında Müşahidə Şurası və İdarə Heyəti üzvlərinin təyinatı üzrə keçirilən ümumi müsahibələrin sayını, eləcə də uyğun hesab edilən və uyğun hesab edilməyən müsahibə nəticələrinə dair statistikanı əks etdirir. Bu məlumatların illik əsasda açıqlanması nəzərdə tutulub.
Dünya enerji bazarında neft tədarükündə tarixdə ən böyük itkilərdən birinin yaşandığı bildirilir. GDP xəbər verir ki, əlumatlara görə, mövcud tədarük azalması miqyası 1973-cü ildə baş vermiş ərəb neft embarqosu dövründəki göstəricidən təxminən üç dəfə çox qiymətləndirilir. Xüsusilə Asiya bazarında aviasiya yanacağı ilə bağlı ciddi çatışmazlıq müşahidə olunur və bu, qiymətlərin sürətlə artmasına səbəb olub. Belə ki, Asian Jet markalı aviasiya yanacağının qiyməti pik nöqtədə bir barel üçün 225 dollara, Singapore Jet Fuel isə 221 dollara qədər yüksəlib. Bu göstəricilər neft məhsulları üzrə tarixdə qeydə alınan ən yüksək qiymətlər hesab olunur. Eyni zamanda, Şanxay bazarında neftin qiyməti 98,5 dollar səviyyəsində formalaşıb.
