- ABŞ-ın dövlət borcu II Dünya müharibəsindən sonra ilk dəfə ÜDM-i üstələyib
- Sadiq Axundov Azərbaycan Mərkəzi Bankına baş direktor təyin edilib
- Mərkəzi Bank valyuta bazarına müdaxilə etdiyini açıqladı – Valyuta ehtiyatları 12.7 mlrd.dollara çatdı
- Rabitəbank mikro və KOB subyektlərinin maliyyələşdirilməsi üçün “Enabling Qapital”-dan 7 milyon abş dollari vəsait cəlb edib
- Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələri
- Hüquqi şəxslərin depozitləri 7% azalıb, fiziki şəxslərin əmanətləri 12,5% artıb
- Avropa Mərkəzi Bankı (AMB) əsas faiz dərəcələrini dəyişməyib
- Mərkəzi Bank NGFS-ə tamhüquqlu üzv qəbul edildi
Author: Aynure Gdp
Azərbaycan Respublikasının Mərkəzi Bankının yayımladığı rəsmi valyuta məzənnələrinə dair məlumata görə 23–26 yanvar 2026-cı il tarixləri üzrə rəsmi valyuta məzənnələrinin müqayisəsi göstərir ki, bu dövrdə valyuta bazarında dəyişikliklər selektiv xarakter daşıyıb. GDP xəbər verir ki, bu tarixlər arasında Azərbaycanda ABŞ dollarının məzənnəsi 1.7000 manat səviyyəsində qalaraq heç bir dəyişiklik nümayişetdirməyi. Bu, ölkədə həyata keçirilən sabit məzənnə rejiminə uyğun olaraq manatın dollar qarşısında sabitliyinin qorunduğunu təsdiqləyir. Sözügedən dövr ərzində avro üzrə isə artım müşahidə olunub. 23 yanvarda 1.9977 manat olan avronun rəsmi məzənnəsi 26 yanvarda 2.0162 manata yüksəlib. Nəticədə avro 0.0185 manat və ya 0.93% bahalaşıb. Bu artım beynəlxalq bazarlarda avronun…
Artan geosiyasi qeyri-müəyyənliklər və ABŞ administrasiyasına etimadın azalması fonunda bazar ertəsi günü qızılın unsiyasının qiyməti 5 min dollar səviyyəsini aşaraq tarixi ən yüksək səviyyəsini görüb. GDP xəbər verir ki, Bakı vaxtı ilə saat 07:00-da spot qızıl qiyməti (anlıq qiymət) 2 faizə yaxın artımla 5093 dollara qədər yüksəlib. Fevral ayı üzrə ABŞ qızıl fyuçersləri də 1,79 faiz artaraq 5068,70 dollar səviyyəsinə qalxıb. Qızıl qiymətləri 2025-ci ildə 64 faiz artıb. Bu yüksəliş təhlükəsiz liman tələbinin güclənməsi, ABŞ-da pul siyasətinin yumşaldılması, mərkəzi bankların güclü alışları və birja ticarət fondlarına (ETF) rekord səviyyədə vəsait axını ilə dəstəklənib. Çinin dekabr ayında ardıcıl 14-cü ay qızıl…
Çinin iri avtomobil istehsalçısı Chery ilə Yaponiyanın Nissan şirkəti Cənubi Afrika Respublikasında yerləşən istehsal aktivlərinin satışı barədə razılıq əldə edib. GDP xəbər verir ki, razılaşmaya əsasən, Nissan torpaq sahəsini, istehsal binalarını və ştamplama sexini Chery-yə təhvil verəcək. Mövcud işçilərə Chery-nin Cənubi Afrikadakı törəmə şirkətində — Chery SA-da iş təklif olunacağı bildirilir. Məlumata görə, Nissan restrukturizasiya planı çərçivəsində 2027-ci ilə qədər 17 müəssisəsindən 7-nin satışını nəzərdə tutur. Bu addım şirkətin xərclərin optimallaşdırılması və qlobal istehsal şəbəkəsinin yenidən qurulması strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
“PAŞA Həyat Sığorta” şirkətinin İdarə Heyətinin tərkibində dəyişiklik baş verib. GDP xəbər verir ki, şirkətin Direktorlar Şurasının təsdiqinə əsasən, Elmin İsgəndərov 22 yanvar 2026-cı il tarixindən etibarən PAŞA Həyat-da İdarə Heyətinin üzvü – Baş Risk İnzibatçısı vəzifəsini icra edəcəkdir. E.İsgəndərov maliyyə və risklərin idarə olunması sahəsində geniş peşəkar təcrübəyə malikdir. O, bu təyinata qədər PAŞA Bank-da müxtəlif rəhbər vəzifələrdə çalışıb. Son olaraq Bankda Kredit Risklərinin Anderraytinqi departamentinin aparıcı direktoru vəzifəsini icra edib. Bundan əvvəl isə Kredit Risklərinin Anderraytinqi departamentinin direktoru və Kredit Risklərinin Anderraytinqi departamentinin Korporativ Bankçılıq şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. Yeni vəzifəsində E.İsgəndərov PAŞA Həyat-da risklərin idarə olunması…
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən açıqlanan rəsmi statistika göstərir ki, 2025-ci ildə ipoteka bazarında kəmiyyət deyil, daha çox keyfiyyət və struktur yönümlü dəyişikliklər baş verib. 2024-cü illə müqayisə edildikdə,ümumi maliyyələşmə həcmi artdığı halda, portfeldə verilən kreditlərin sayı azalıb, güzəştli və zəmanətli ipoteka mexanizmlərinin çəkisi isə əhəmiyyətli dərəcədə yüksəlib. GDP xəbər verir ki, 2024-cü ildə Fondun vəsaiti hesabına müvəkkil banklar tərəfindən 439,8 milyon manat məbləğində 4 685 ipoteka krediti verildiyi halda, 2025-ci ildə bu göstərici 442,8 milyon manat və 4 309 kredit təşkil edib. Beləliklə, ümumi maliyyə həcmi 3,0 milyon manat və ya 0,68% artıb, lakin kreditlərin sayı 376 vahid…
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov sosial media hesabında Davosda keçirilən World Economic Forum – 2026 çərçivəsində iştirakına dair təəssüratlarını paylaşıb. GDP -nin məlumatına görə, o bildirib ki, bu il ilk dəfə Dünya İqtisadi Forumunda iştirak edib və Davosda keçirilən mötəbər tədbirdə ABB-ni təmsil edib. Forum çərçivəsində müxtəlif sessiyalar, ikitərəfli görüşlər və müzakirələrlə zəngin, məhsuldar bir həftə keçirdiyini vurğulayıb. Abbas İbrahimovun sözlərinə görə, forumun ən yaddaqalan və qürurverici məqamlarından biri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin panel çıxışı olub. Prezidentin sülh gündəliyi və regionun gələcəyinə dair strateji baxışı aydın iqtisadi-siyasi vizyon formalaşdırıb. Davos təəssüratları sırasında qlobal biznes və maliyyə gündəmi ilə…
Xəzər dənizinin Qazaxıstan sektorunda yerləşən Böyük Jambil sahəsi üzrə Türkiyənin dövlət neft şirkəti Turkish Petroleum Corporation (TPAO) texniki-iqtisadi qiymətləndirmə aparır. GDP xəbər verir ki, işlər 2025-ci ilin iyulunda KazMunayQaz ilə TPAO arasında geoloji kəşfiyyat və yataqların işlənməsi üzrə imzalanmış əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilir. Dünən Ankarada əməkdaşlığın gedişi “KazMunayQaz”ın rəhbəri Asxat Xasenov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar arasında müzakirə olunub. Qeyd edək ki, 2021-ci ildə Böyük Jambil və digər Xəzər bloklarını BP qiymətləndirsə də, şirkət sonradan korporativ strategiya dəyişikliklərini əsas gətirərək layihələrdən imtina edib. Hazırda TPAO-nun Böyük Jambil üzrə qiymətləndirmə nəticələri və mümkün investisiya qərarı gözlənilir
BlackRock bitkoinləri aktiv şəkildə kriptovalyuta birjalarına köçürməyə başlayıb ki, bu da investisiya nəhənginin mümkün satışa hazırlaşdığını göstərə bilər.
ABŞ prezidenti Donald Tramp 2021-ci ildə bank hesablarının siyasi motivlərlə bağlanması iddiası ilə JPMorgan Chase maliyyə korporasiyasına və bankın rəhbəri Ceymi Daymona qarşı məhkəməyə müraciət edib. GDP xəbər verir ki,iddianın məbləği azı 5 milyard dollar olaraq göstərilir. Məhkəmə sənədlərində Tramp bankı və onun top-menecerini “qara siyahı” yaratmaqda ittiham edir. İddiaya görə, bu siyahı nəticəsində Tramp və onunla əlaqəli strukturlar digər Amerika banklarında da maliyyə xidmətlərindən məhrum edilib. İddiada vurğulanır ki, hesabların bağlanması Trampa ciddi maddi zərər vurmaqla yanaşı, onun reputasiyasına da əhəmiyyətli ziyan vurub. Tramp tərəfi hesab edir ki, JPMorgan-un bu addımı siyasi xarakter daşıyıb və qanunsuz olub.
Türk İnvestisiya Fondunun (TİF) Baş direktoru Ramil A. Babayev 16 yanvar 2026-cı il tarixində AZCON Holding və Azercell Telecom şirkətlərinin nümayəndə heyətləri ilə görüş keçirib. TİF-dən verilən məlumata görə, görüşdə Fondun Maliyyə üzrə Baş Direktoru Betul Sarikaya və İnvestisiya üzrə Baş Direktoru Sanjar Usmanov da iştirak edib. AZCON Holding-i Maliyyə üzrə Baş Direktor Taylan Tekeli və Maliyyə İnstitutları Portfeli üzrə rəhbər İlham Mustafazade təmsil edib. Azercell Telecom-un nümayəndə heyətinə isə Maliyyə üzrə Baş Direktor Tural Pirverdiyev, Topdansatış üzrə rəhbər Deniz Bayındır və Korporativ Satışlar üzrə menecer Ceyhun Tağıyev daxil olub. Görüş zamanı Ramil A. Babayev TİF-in türk dünyası üzrə iqtisadi…
