Author: Aynure Gdp

NEQSOL Holding-in nümayəndələri mədən sənayesinin gələcəyinə, kritik minerallara və dayanıqlı sənaye inkişafına həsr olunmuş dünyanın ən böyük platformalarından biri olan Future Minerals Forum 2026-da iştirak ediblər. GDP xəbər verir ki, Forum 13–15 yanvar tarixlərində Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilib. Tədbir çərçivəsində hökumətlərdən, qlobal şirkətlərdən, maliyyə institutlarından və beynəlxalq təşkilatlardan 160-a yaxın lider bir araya gələrək kritik mineralların strateji əhəmiyyətini və onların qlobal iqtisadiyyatın gələcəyində rolunu müzakirə ediblər. NEQSOL Holding forumda Səhmdarın baş məsləhətçisi və Müşahidə Şurasının üzvü Kirill Rubinski, Sənaye və Mədən üzrə rəhbər İsrail Asaliyev və Aparat rəhbəri Teymur Tağıyev tərəfindən təmsil olunub. Rəsmi proqram çərçivəsində NEQSOL nümayəndələri “Mədən…

Read More

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Fitch Qafqaz haqqında: 2026-cı il üçün suveren sektor və bank sisteminin perspektivləri” mövzusunda vebinar təşkil edib. GDP xəbər verir ki,vebinarda agentliyin rəsmiləri Azərbaycanın bank sektorunun mövcud vəziyyəti və perspektivləri ilə bağlı qiymətləndirmələrini təqdim ediblər. Bildirilib ki, Azərbaycanda yüksək maliyyələşmə çevikliyi və əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş tənzimləyici çərçivə formalaşıb. Bu amillər bank sektorunun ümumi dayanıqlığını gücləndirən əsas faktorlar sırasında yer alır. “Fitch Ratings”in qiymətləndirməsinə görə, Azərbaycanın bank sektoru hazırda COVID-19 pandemiyasından əvvəlki dövrə nisbətən daha dayanıqlıdır. Sektorun gəlirliliyi artıb, banklar adekvat kapitallaşma səviyyəsinə, təkmilləşdirilmiş risk idarəetmə sistemlərinə və daha şaxələndirilmiş maliyyələşmə bazasına malikdir. Bu göstəricilər bankların maliyyə…

Read More

Azərbaycan Mərkəzi Bankı ilə Özbəkistan Respublikasının Perspektivli Layihələr üzrə Milli Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. GDP xəbər verir ki, Memorandum qurumlar arasında əməkdaşlığın hüquqi bazasının yaradılmasını nəzərdə tutur və kapital bazarı, sığorta bazarı, kripto-aktivlərin inkişafı, tənzimlənməsi və nəzarəti sahələrində qarşılıqlı əlaqələrin gücləndirilməsinə xidmət edir. Sənəd çərçivəsində tərəflər arasında təcrübə və məlumat mübadiləsinin aparılması, qarşılıqlı səfərlərin və birgə təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır. Bununla yanaşı, maliyyə inklüzivliyinin artırılması və əməliyyat səmərəliliyinin yüksəldilməsi məqsədilə innovativ maliyyə texnologiyalarının inkişafının təşviqi də əsas istiqamətlər sırasında yer alır. İmzalanan Anlaşma Memorandumu iki ölkə arasında maliyyə sektorunda institusional əməkdaşlığın dərinləşdirilməsinə və regional maliyyə mühitinin inkişafına…

Read More

2025-ci ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 49 milyard 422 milyon 580 min ABŞ dolları təşkil edib. Bu barədə GDP Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir. O cümlədən, 2025-ci ildə idxal əməliyyatları üzrə 24 milyard 379 milyon 730 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 25 milyard 42 milyon 850 min ABŞ dolları ticarət qeydə alınıb, saldo müsbət 663 milyon 119 min ABŞ dolları olub. Xatırladaq ki, 2024-cü ildə Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 47 milyard 612 milyon 101 min ABŞ dolları, o cümlədən, idxal əməliyyatlarının cəmi dəyəri 21 milyard 58 milyon 44 min ABŞ dolları, ixrac əməliyyatlarının cəmi…

Read More

İcbari Sığorta Bürosu (İSB) Hüquqi Şəxslərin İttifaqı vətəndaşlara və sığorta bazarının iştirakçılarına göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini əsas prioritetlərdən biri kimi müəyyən edib. GDP xəbər verir ki, bu məqsədlə İSB-nin rəsmi internet səhifəsi – www.isb.az təkmilləşdirilmiş formada və yeni dizaynda istifadəyə verilib. Yenilənmiş saytın əsas məqsədi istifadəçilər üçün daha rahat, çevik və funksional platforma yaratmaq, informasiya əlçatanlığını artırmaqdır. Veb səhifə müasir dizayn və təkmilləşdirilmiş struktur əsasında hazırlanıb, istifadəni asanlaşdıran yeni texniki imkanlarla zənginləşdirilib. Naviqasiya sistemi sadələşdirilib, ən çox istifadə olunan bölmələr ön plana çıxarılıb, Azərbaycan və ingilis dillərində istifadə imkanı təmin edilib. Yeni versiyada vətəndaşlar, sığorta şirkətləri və digər maraqlı tərəflər…

Read More

Sənəd mövcud əməkdaşlığın uzunmüddətli, strateji çərçivədə davam etdirilməsini, eləcə də beynəlxalq infrastruktur investisiya platforması çərçivəsində Azərbaycanda potensial investisiya imkanlarının araşdırılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “BlackRock”un infrastruktur fondlarına 1,5 milyard ABŞ dollarınadək kapital qoyuluşu imkanlarının nəzərdən keçirəcək, Azərbaycanda regional bulud və süni intellekt tələbatına xidmət edən məlumat mərkəzləri və infrastruktur üzrə potensial investisiya imkanları dəyərləndiriləcək. Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda aktivlərin idarə olunması üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock”un baş icraçı direktoru Larri Fink və bu şirkətin tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi…

Read More

Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu, saxlanılması, izlənməsi sahələrində dövlət nəzarəti həyata keçiriləcək. Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunan “Qiymətli metallar və qiymətli daşlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, işlənməmiş və ya sadəcə yonulmuş, parçalanmış və ya qırılmış və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan qiymətli daşlar emal edilməmiş almazlar hesab ediləcək.

Read More

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) 31 dekabr 2024-cü il tarixinə “KPMG Audit Azərbaycan” MMC tərəfindən audit olunmuş və təsdiq edilmiş maliyyə hesabatlarını açıqlayıb. 2024-cü ilin yanvar–dekabr aylarını əhatə edən bu hesabatların 2023-cü ilin göstəriciləri ilə müqayisəli təhlili göstərir ki, ƏSF üçün ötən il kəskin maliyyə dönüşü, xüsusilə də zərərdən yüksək mənfəətə keçid, kompensasiya yükünün azalması və kapitalın güclənməsi ilə xarakterizə olunub. GDP Fondun 2024-cü ilə dair audit olunmuş maliyyə hesabatına istinadla xəbər verir ki, ƏSF 2023-cü ili 70 milyon 369 min 865 manat zərər ilə başa vurduğu halda, 2024-cü ildə 186 milyon 178 min 894 manat xalis mənfəət əldə edib. Beləliklə,…

Read More

İnnovasiya lideri Bakcell və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə tərəfdaşlığı ilə gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləyən yeni təqaüd proqramı yaradılıb. Təqaüd proqramının təqdimatı çərçivəsində Bakcell-in baş direktoru Klaus Müller və Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev arasında Tərəfdaşlıq haqqında Anlaşma Bəyanatı imzalanıb. Tədbirdə müxtəlif dövlət qurumları və gənclər təşkilatlarının nümayəndələri də daxil olmaqla, 300-dən çox qonaq iştirak edib. Təqaüd proqramı gənclər arasında innovativ düşüncə tərzinin formalaşdırılmasını və süni intellekt əsaslı texnologiyalarla işləmə bacarıqlarının artırılmasını hədəfləyir. Proqram çərçivəsində təqaüd haqqı qazanmış gənclər süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn kimi gələcəyin…

Read More