Author: Aynure Gdp

Azərbaycanın aktivlərinə görə ən böyük bankı olan ABB-nin (Azərbaycan Beynəlxalq Bankı ASC) 2025-ci ildə  xalis mənfəəti 2024-cü ildəki 293,7 milyon manatdan 2025-ci ildə 335,7 milyon manata yüksəlmişdir ki, bu da 42,0 milyon manatlıq və ya təxminən 14,3% artım deməkdir. Xalis mənfəətdəki bu artım bankın gəlir bazasının genişləndiyini göstərsə də, faiz və qeyri-faiz xərclərinin sürətli artımı mənfəətin daha yüksək templə böyüməsinə mane olmuşdur. 2025-ci ilin sonuna olan göstəricilərə əsasən ABB-nin mənfəət vergisindən əvvəl mənfəəti 368,4 milyon manatdan 417,9 milyon manata yüksəlmiş və 49,5 milyon manat, yəni 13,4% artım qeydə alınmışdır. Ötən il ərzində bankın mənfəət vergisi isə 74,7 milyon manatdan 82,2…

Read More

Unibankın 2025-ci il maliyyə nəticələrinin 2024-cü illə müqayisəli təhlili göstərir ki, bankın xalis mənfəəti 25 milyon 781 min manat olmuşdur. Bu göstərici 2024-cü ildə qeydə alınmış 20 milyon 400 min manatlıq nəticə ilə müqayisədə 5 milyon 381 min manat məbləğində, yəni təxminən 26,4% səviyyəsində artım deməkdir. GDP Unibankın 2025-ci ilin dördüncü rübünə dair maliyyə hesabatına istinadən xəbər verir ki, qeyd olunan artım əsasən bankın əməliyyat mənfəətinin yüksəlməsi ilə əlaqədardır. 2025-ci il ərzində Unibankın faiz gəlirləri 251 milyon 233 min manat təşkil etmişdir. Bu göstərici əvvəlki ilin 232 milyon 160 min manatlıq səviyyəsi ilə müqayisədə 19 milyon 073 min manat artmışdır…

Read More

Azərbaycanın dövlət banklarından biri olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İdarə Heyətinə yeni üzv seçilməsi barədə qərar qəbul edilib. GDP xəbər verir ki, bankın təcrübəli menecerlərindən Nərgizxanım Aqşin qızı Biləndərli ABB-nin İdarə Heyətinə üzv təyin edilib. Məlumata görə. Nərgizxanım Biləndərli bank sektorunda uzun illər ərzində qazandığı geniş təcrübəsi ilə tanınır. O, karyerasına 1996-cı ildə həmin bankda (ABB) Müştəri Xidməti üzrə mütəxəssis kimi başlayıb. Sonrakı illərdə “Bank of Baku” ASC-də Müştəri Xidməti Meneceri, “Bank Standard” ASC-də isə filial rəhbərindən başlayaraq, müştəri xidməti üzrə rəhbər vəzifəsinə qədər yüksəlmişdir. 2014-2016-cı illərdə həmin bankın İcraçı direktor müavini vəzifəsində çalışıb. 2017-2018-ci illərdə “Bank VTB (Azərbaycan)” ASC-də Risklər…

Read More

Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bankın 2025-ci il üzrə fəaliyyət nəticələri və qarşıdakı dövr üçün strateji planları barədə açıqlama verib. Onun sözlərinə görə, 2025-ci il Unibank üçün həm maliyyə nəticələri baxımından uğurlu, həm də strateji mərhələnin yekunlaşdığı əhəmiyyətli bir il olub. Əldə olunan göstəricilər bankın düzgün istiqamətdə inkişaf etdiyini açıq şəkildə nümayiş etdirib. Qeyd edilib ki, ötən il təkcə müsbət maliyyə nəticələri ilə deyil, eyni zamanda uzunmüddətli strategiyanın hesabat ili kimi də yadda qalıb. Heybət Qədirov bildirib ki, 2026-cı il bank üçün yeni və daha iddialı mərhələnin başlanğıcı olacaq. Bu il Unibankın qəbul…

Read More

Beynəlxalq maliyyə qurumları ABŞ Federal Ehtiyat Sisteminin (FED) gələcək faiz siyasəti ilə bağlı gözləntilərini yenidən dəyərləndirib. GDP xəbər verir ki, J.P. Morgan artıq 2026-cı ildə faiz endirimi gözləmədiyini açıqlayaraq, FED-in növbəti addımının 2027-ci ilin üçüncü rübündə 25 əsas faiz  bəndi (0,25%) həcmində faiz artımı olacağını proqnozlaşdırır. Eyni zamanda, Barclays və Goldman Sachs da Morgan Stanley-ə qoşularaq, ABŞ-da əmək bazarının gözləniləndən daha dayanıqlı olduğunu göstərən son məlumatlara əsasən, faiz endirimi ilə bağlı proqnozlarını 2026-cı ilin ortalarına qədər təxirə saldıqlarını bildiriblər. Bununla yanaşı, Avstraliyanın Macquarie qrupu əvvəlki mövqeyini qoruyaraq, FED-in 2026-cı ilin dekabr rübündə faiz dərəcələrini artıra biləcəyini istisna etmir.

Read More

Marriott International tərkibində fəaliyyət göstərən The Ritz-Carlton, Baku və JW Marriott Absheron Baku otelləri üzrə Marketinq üzrə klaster direktor vəzifəsinə Cavanşir Bayramov təyin edilib. GDP xəbər verir ki, o, 2026-cı ilin yanvar ayından etibarən  Marketinq üzrə klaster direktoru vəzifəsində hər iki flaqman otelin brend strategiyası, marketinq kommunikasiyaları, rəqəmsal performans, tərəfdaşlıqlar və kommersiya dəstəyi istiqamətlərinə rəhbərlik edəcək. Yeni vəzifəsində əsas fokus gəlirliliyin artırılması, beynəlxalq brend standartlarının qorunması və otellərin uzunmüddətli bazar mövqelərinin gücləndirilməsidir. Cavanşir Bayramov bu təyinata qədər Azerbaijan Tourism Board-da 3 ildən artıq müddətdə rəhbər vəzifələrdə çalışıb. O, son olaraq qurumun Deputy CEO-su kimi İdarə Heyətinin qərarvermə proseslərində iştirak edib,…

Read More

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin apardığı monitorinqlər nəticəsində “Instagram”da sürücülük təlimi ilə məşğul olan şəxslərin 3 mindən çox vətəndaşa aid sürücülük vəsiqəsini reklam məqsədilə açıq şəkildə paylaşdığı müəyyən edilib. GDP xəbər verir ki, fərdi məlumatların yayılması risklərini nəzərə alaraq ETX müvafiq səhifələrin inzibatçılarına rəsmi müraciət edib və qanunsuz paylaşımların silinməsini tələb edib. Nəticədə həmin məlumatlar silinib. ETX vətəndaşları rəsmi sənədləri sosial şəbəkələrdə paylaşmamağa çağırır, sürücülük təlimi təşkil edən şəxslərə isə “Fərdi məlumatlar haqqında” qanunun tələblərinə ciddi əməl etmələri barədə xəbərdarlıq edir.

Read More

Azərbaycanın aparıcı elektron pul təşkilatlarından biri olan PashaPay MMC-də idarəetmə strukturunda dəyişiklik baş verib. GDP xəbər verir ki,şirkət kollegial idarəetmə formasından imtina edərək təkbaşına idarəetmə modelinə keçib və bu çərçivədə Pünhan Nərimanov icraçı direktor vəzifəsinə təyin olunub. Pünhan Nərimanov 2022-ci ilin aprelindən etibarən “PashaPay” MMC-də icraçı direktorun müavini kimi fəaliyyət göstərib. O, eyni zamanda Türk Dövlətləri Fintex Alyansının və Azərbaycan Fintex Assosiasiyasının idarə heyətinin üzvüdür. 2021–2022-ci illərdə “MilliÖn” brendinin operatoru olan Komtec LTD-də baş icraçı direktor vəzifəsini icra edib. Peşəkar karyerasının mühüm hissəsi bank sektorunda formalaşan Pünhan Nərimanov 2007–2021-ci illərdə Kapital Bank ASC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, xəzinədarlıq direktoru,…

Read More

ABB İnvest İnvestisiya Şirkətinin  2024–2025 ticarət nəticələrinin müqayisəsi göstərir ki, şirkətin BFB-də ümumi ticarət həcmi 2024-cü ildə 59,071,219,597 manat olduğu halda 2025-ci ildə 38,393,923,670 manata enib və bu, 20,677,295,927 manat məbləğində və ya 35.0% azalma deməkdir. Bu geriləmənin əsas ağırlıq mərkəzi repo əməliyyatlarıdır: repo əməliyyatları 56,657,067,188 manatdan 32,523,403,926 manata düşüb ki, bu da 24,133,663,262 manat və ya 42.6% azalma deməkdir. Yəni ümumi dövriyyənin azalması ən çox repo seqmenti üzrə aktivliyin zəifləməsi ilə izah olunur. Repo 2024-cü ildə ABB İnvest-in dövriyyəsində dominant paya malik idi, 2025-ci ildə isə bu pay həm həcmin düşməsi, həm də digər alətlərin nisbi artımı fonunda əhəmiyyətli…

Read More

Londonun ICE birjasında Brent markalı neftin qiyməti bir barel üçün 64 dolları ötüb. GDP xəbər verir ki, bu, 2025-ci il dekabrın 5-dən bəri qeydə alınan ən yüksək qiymətdir. Ticarət məlumatlarına görə, qiymət artımı fonunda neft bazarında müsbət dinamika müşahidə olunur. Qeyd edək ki, bundan əvvəl — yanvarın 7-də — 2026-cı ilin mart ayında tədarük olunacaq Brent fyuçerslərinin qiyməti bir barel üçün 60 dollardan aşağı düşmüşdü.

Read More