- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Cənubi Qafqazda yerləşən Norm Sement zavodunda klinker istehsal gücünün artırılması ilə bağlı böyük layihəni uğurla başa çatdırıb. Nəticədə zavodun illik klinker istehsal gücü 1,76 milyon tondan 2 milyon tona yüksəlib. Bu isə təxminən 14% artım deməkdir və ildə əlavə 240 min ton istehsal imkanına bərabərdir. Bu nailiyyət ölkə daxilində sement təklifinin hazırda tələbi üstələməsinə baxmayaraq əldə olunub. Buna baxmayaraq, şirkət innovasiyalara, xüsusilə də artan neft-qaz sənayesinin ehtiyac duyduğu neft quyusu sementlərinin istehsalına investisiya qoymağa davam edir. Norm Sementin böyümə layihəsi beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçirilib. Bu tərəfdaşlar arasında Çinin BTIEC və Almaniyanın Gebr. Pfeiffer və Claudius Peters şirkətləri yer alır.…
“Viva” Kommunikasiya Agentliyi kommunikasiyanın bütün tərəflərinin tədris ediləcəyi kurs elan elan edir. “360 dərəcə Kommunikasiya” adlı kurs apreldə başlayıb 2 ay davam edəcək və bu müddət ərzində hər biri 90 dəqiqə olan 20 dərs keçiriləcək. Əsasən kommunikasiya eksperti Vüqar Babanın keçəcəyi dərslərin bəzilərinə öz təcrübələrini bölüşmələri üçün PR və marketinq mütəxəssisləri dəvət olunacaq. Kurs 4 moduldan ibarət olacaq: Modul 1: Daxili Kommunikasiya Modul 2: İctimaiyyətlə Əlaqələr (PR) Modul 3: Marketinq Kommunikasiyaları (MarCom) Modul 4: Kommunikasiya Strategiyası Təlimlərdə PR və marketinq sahəsinə işləyən şəxslər, öz karyerasını bu sahədə qurmaq istəyən şəxslər iştirak edə bilər. Kurs iştirakçıları sonda özlərinin işlədikləri qurum və…
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın xəzinədarlıq orqanları 147 mindən çox ödəniş tapşırığı icra edib. GDP bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, 2 ayda icmal büdcənin gəlirləri 7 milyard 558,3 milyon manat, xərcləri 5 milyard 338,4 milyon manat, o cümlədən dövlət büdcəsinin gəlirləri 6 milyard 311,5 milyon manat (ötən ilin eyni dövrü ilə müqayisədə 6,3 % az, proqnozdan 0,9 % çox), xərcləri 4 milyard 643,1 milyon manat (1 il əvvələ nisbətən 13,5 %, proqnozdan 3,3 % az) təşkil edib. Hesabat dövründə büdcə gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti üzrə daxilolmalar 3 milyard 2 milyon manat (illik müqayisədə 3,9 % az, proqnozdan 2,7 % çox), Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 983,1 milyon manat (1 il əvvələ nisbətən 3,5 % az, proqnozdan 0,3 % çox), İqtisadiyyat Nazirliyinin Əmlak Məsələləri Dövlət Xidməti üzrə…
2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 4 milyard 553,1 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 644,9 milyon manat və ya 16,5% çoxdur. 2025-ci ilin yanvar-fevral aylarında bu göstərici 3 milyard 908,2 milyon manat olaraq qeydə alınmışdı. Martın 1-nə olan məlumata görə, ölkə ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 111 383-ə çatıb. Ötən ilin eyni dövründə bu rəqəm 104 995 ədəd idi. Beləliklə, bir il ərzində NKA parkı 6 388 ədəd və ya 6,08% artıb. Bildirilir ki, yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin…
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi vətəndaş müraciətləri əsasında “Azərişıq” ASC-də rəqabət qanunvericiliyinin pozulmasına dair iş qaldırıb. GDP bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir. Bildirilib ki, istehlakçıların elektrik enerjisi borclarına görə elektrik təchizatının qanunvericilikdə nəzərdə tutulmuş müddət gözlənilmədən dayandırılması ilə bağlı “Azərişıq” barədə aparılan araşdırma yekunlaşıb. Müraciətlərdə qeyd olunub ki, istehlakçıların elektrik enerjisi üzrə borcu hesablandıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddət gözlənilmədən elektrik enerjisinin verilişi dayandırılır. Araşdırmanın nəticələrinə əsasən, rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyi üçün təbii inhisar subyekti olan “Azərişıq” barəsində iş qaldırılıb. Bundan əlavə, Agentliyə daxil olmuş vətəndaş müraciətləri əsasında…
AZCON Holding-in Baş Direktoru Şahin Babayev Çinə işgüzar səfəri çərçivəsində nüfuzlu Çin Logistika Qrupunun İdarə Heyətinin sədri və baş meneceri cənab Xu Honqunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüş zamanı tərəflər milli logistika sistemlərinin və nəqliyyat dəhlizlərinin inkişafı sahəsində strateji dialoqun qurulması və qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələlərini ətraflı müzakirə ediblər. Şahin Babayev görüşün əhəmiyyətini vurğulayaraq, müasir logistika və təchizat zəncirinin idarə olunması sahəsində bilik və təcrübə mübadiləsi üçün institusional çərçivənin formalaşdırılmasının vacibliyini qeyd edib. Bu çərçivənin hər iki ölkənin logistika potensialının inkişafına mühüm töhfə verəcəyi gözlənilir. Danışıqların əsas mövzularından biri də regional və transsərhəd e-ticarət logistikasında perspektivli…
Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Ödəniş Sistemləri və Rəqəmsal Bankçılıq Ekspert Qrupu”nun rəhbəri Tamerlan Rüstəmov mərkəzləşdirilmiş fırıldaqçılıqla mübarizə həllərinin reallığı barədə açıqlama verib. GDP xəbər verir ki o, bu həllərin artıq bir çox ölkələrdə uğurla tətbiq edildiyini və nəzəri bir konsepsiya olmadığını vurğulayıb. Rüstəmov, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Mastercard tərəfindən birgə həyata keçirilən son araşdırmaya istinad edərək, rəqəmsal ödənişlərdə müştərilərin fırıldaqçılıq qorxusunun hələ də əsas maneələrdən biri olduğunu bildirib. Araşdırmaya görə, 2023-cü ildə qlobal rəqəmsal ödənişlərdə fırıldaqçılıq nəticəsində itkilər 20 milyard dollar təşkil edib və bu rəqəmin 2026-cı ilə qədər 40% artacağı proqnozlaşdırılır. Ekspert qrupunun rəhbəri qabaqcıl, mərkəzləşdirilmiş fırıldaqçılıqla mübarizə…
Azərbaycanın “Azeri Light” markalı xam neftinin bir barreli 8,41 dollar artaraq 103,03 dollar olub. Bu barədə GDP -yə neft bazarındakı mənbə məlumat verib.. Məlumata Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 8,41 ABŞ dolları və ya 9,5 % artaraq 103,03 ABŞ dolları təşkil edib.
Nvidia süni intellekt agentləri üçün açıq platforma olan NemoClaw-ı təqdim edəcək.
Brend markalı neftin qiymətləri çərşənbə axşamı səhər saatlarında düşür. Londonun ICE Futures birjasında may fyuçersləri üzrə Brent markalı neftin dəyəri Moskva vaxtı ilə 8:16-ya olan məlumata görə, barel üçün 92,89 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin yekunundan 6,07 dollar (6,13%) aşağıdır. Nyu-York Əmtəə Birjasının elektron ticarətində aprel fyuçersləri üzrə WTI nefti bu vaxta qədər qiymətdə 6,19 dollar (6,53%) ucuzlaşaraq barel üçün 88,58 dollar olub. Qiymətlər, hər iki markanın barel üçün təxminən 120 dollar səviyyəsində ticarət olunduğu bazar ertəsi günü əldə edilmiş üç ildən çox müddətin maksimumlarından geri çəkilir.
