- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Nvidia Nebius-a 2 milyard ABŞ dolları sərmayə qoydu
Bu ilin fevral ayında Azərbaycanda orta gündəlik xam neft hasilatı 458 min barel təşkil edib. Bu barədə OPEC-in aylıq hesabatında məlumat verilib. GDP xəbər verir ki, yanvar ayı ilə müqayisədə göstərici 1 min barel artaraq eyni səviyyədə qalıb. 2025-ci ilin rübləri üzrə orta gündəlik hasilat birinci rübdə 466 min barel, ikinci rübdə 461 min barel, üçüncü və dördüncü rüblərdə isə 459 min barel olub. “OPEC+” razılaşmasına əsasən, Azərbaycanın 2026-cı il üçün gündəlik hasilat kvotası 551 min barel müəyyən edilib. Fevralda faktiki hasilat kvotadan 93 min barel aşağı olub. Ötən il ölkədə orta gündəlik neft hasilatı 461 min barel təşkil edib…
Mastercard 85 kriptovalyuta şirkətini birləşdirərək sərhədlərarası və B2B ödənişlərini hədəfləyən tərəfdaşlıq proqramı başladıb.
“PAŞA Bank”ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov aparıcı broker şirkətləri ilə əməkdaşlıq çərçivəsində bankın səhmlərinin investorlara daha əlçatan platformalar vasitəsilə təqdim ediləcəyini bildirib. Onun sözlərinə görə, bu addım kapital bazarının inkişafı baxımından əhəmiyyətli mərhələdir. “Əminəm ki, ‘PAŞA Bank’ın planlaşdırdığı səhmlərin İlkin Kütləvi Təklifi kapital bazarının inkişafında əhəmiyyətli mərhələ olacaq. Nəticə etibarilə, bu IPO-nu Azərbaycan iqtisadiyyatı, maliyyə sistemi və cəmiyyət üçün uzunmüddətli dəyər yaradan bir addım kimi görürük”, – deyə Süleymanov qeyd edib. IPO çərçivəsində bank səhmlərin 5%-ni investorlara təklif etməyi planlaşdırır. Bu, Azərbaycan bazarında özəl bank və özəl şirkət tərəfindən həyata keçiriləcək ilk İlkin Kütləvi Təklif olacaq.…
OPEK-in aylıq hesabatında bildirilir ki, 2026-cı ildə dünyada neftə tələbat 1,38 milyon barel/gün artaraq 106,53 milyon barel/gün təşkil edəcək. GDP xəbər verir ki,alyansın analitikləri ilk dəfə 2025-ci ilin avqustunda açıqladıqları bu qiymətləndirməni bir daha təsdiqləyiblər. OPEK son hesabatında 2025-ci il üçün dünya neft tələbatı proqnozunu simvolik olaraq dəyişib – 105,14 milyon barel/gündən 105,15 milyon barel/günə; 2026-cı il üçün -106,52-dən 106,53 milyon barel/günə; 2027-ci il üçün isə – 107,86 milyon barel/gündən 107,87 milyon barel/günə qaldırıb. Beləliklə, gələn il tələbatın bu ilin proqnoz səviyyəsinə nisbətən artımı 1,34 milyon barel/gün təşkil edə bilər ki, bu da OPEK-in ötən ay verdiyi qiymətləndirməyə uyğundur.
Azərbaycanın aparıcı korporativ maliyyə institutlarından biri olan “PAŞA Bank” ilə “PAŞA Kapital” (baş anderrayter qismində), “Unicapital” və “ABB Invest” broker şirkətləri arasında əməkdaşlıq sazişləri imzalanıb. GDP xəbər verir ki, sazişlər bankın planlaşdırdığı İlkin Kütləvi Təklif (IPO) çərçivəsində səhmlərin yerləşdirilməsi prosesində investorların iştirak imkanlarının genişləndirilməsinə xidmət edir. Razılaşmaya əsasən, investorlar “PAŞA Bank”ın səhmlərini həmin broker şirkətlərinin investisiya platformaları vasitəsilə əldə edə biləcəklər. Səhm alışının bütün mərhələləri – investisiya hesabının açılması, sifarişlərin verilməsi və əldə olunan qiymətli kağızların sonrakı idarə olunması – tam şəkildə onlayn həyata keçiriləcək. Səhmlərin bir neçə platforma üzərindən təklif edilməsi həm şəffaflığı təmin edir, həm də geniş investor…
Azərbaycan Respublikası Mərkəzi Bankı maliyyə sektorunun tənzimlənməsində yeni dövrün başlanğıcını qoyaraq, “Risk əsaslı nəzarət üzrə Siyasət Konsepsiyası”nı təsdiq edib. GDP xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyətinin bugünkü qərarı ilə rəsmiləşən sənəd, maliyyə institutlarının nəzarətində “ARAS” (Azərbaycan Risklərin Qiymətləndirilməsi Sistemi) adlanan yeni yanaşmanı tətbiq edəcək. Yeni sistem ənənəvi nəzarət metodlarından fərqli olaraq, hər bir maliyyə qurumunun fərdi risk profilinə əsaslanan yanaşma təklif edir. Bu çərçivədə banklar, sığorta şirkətləri və digər maliyyə institutları sistem əhəmiyyətliliyinə və risk səviyyəsinə görə kateqoriyalara ayrılacaq, nəzarət intensivliyi isə bu amillərə uyğun təyin ediləcək. Konsepsiyaya əsasən, aşağı risk profilli qurumlar daha yüngül nəzarət rejiminə tab olacaq,…
SOCAR-ın “yaşıl” təyinatlı istiqrazları üzrə 4-cü kupon ödənişi icra olunub. GDP xəbər verir ki, mart ayının 10-da gerçəkləşdirilən ödəniş nəticəsində istiqraz sahiblərinə 3 milyon ABŞ dolları məbləğində vəsait köçürülüb. “SOCAR Capital”dan verilən məlumata görə, Emissiya Prospektinə uyğun olaraq ödəniş vaxtı qeyri-iş gününə təsadüf etdiyi üçün prosedur növbəti ilk iş günündə yerinə yetirilib. Bu ödənişlə birlikdə investorların istiqrazlardan əldə etdiyi ümumi gəlir 12 milyon ABŞ dollarına çatıb. Ötən ilin yanvar ayında ölkənin “yaşıl enerji” sahəsindəki strateji hədəflərinə dəstək məqsədilə emissiya edilən bu qiymətli kağızlar bazarda böyük maraqla qarşılanıb. 7 mart 2024-cü ildən etibarən təkrar bazarda alqı-satqısına start verilən SOCAR-ın “yaşıl istiqraz”ları…
Kotirovkanın adı: “Sumqayıt filialının təmir işləri” Kotirovkanın elan tarixi: 10.03.2026 Kotirovkanın son tarixi: 16.03.2026, saat 13:00. Kotirovkanın qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək: • İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar) • İşin icra müddəti qeyd edilməsi mütləqdir • Tikinti işləri ilə əlaqədar lisenziyanın olması • Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu • Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi • Qiymət vergi daxil göstərilməlidir (ƏDV və ya sadələşdirilmiş vergi olmasından asılı olmayaraq) • İştirakçının dövlət qeydiyyatından keçmiş və vergi ödəyicisi olması • Materialların və avadanlıqların markasının, modelinin, istehsalçı ölkəsinin təklifdə qeyd…
Son günlər ABŞ–İsrail–İran arasındakı bir az yumşaq desək hərbi gərginliyi fonunda qlobal enerji bazarında ciddi dalğalanma yaranıb. Bu prosesin mərkəzində isə dünyanın ən strateji enerji keçid nöqtələrindən biri hesab olunan Hörmüz boğazı dayanır. Yaxın Şərqdə təhlükəsizlik risklərinin artması enerji daşımalarının təhlükəsizliyini sual altına salıb və nəticədə qlobal enerji sistemində ciddi şok formalaşıb. Analitiklər hesab edir ki, dünya iqtisadiyyatı hazırda son onilliklərin ən böyük enerji təchizatı risklərindən biri ilə üz-üzədir. Hörmüz boğazı qlobal enerji marşrutlarının ən mühüm hissələrindən biridir. Hər gün təxminən 20 milyon barel xam neft bu boğaz vasitəsilə dünya bazarlarına daşınır. Bu isə qlobal neft ticarətinin təxminən 20%-inə bərabərdir.…
