Author: Aynure Gdp

Qlobal maliyyə bazarlarında son ticarət sessiyasında fərqli aktiv sinifləri üzrə qarışıq dinamika müşahidə olunub. GDP xəbər verir ki, bir tərəfdən enerji bazarında qiymət artımı diqqət çəkib, digər tərəfdən isə səhm indeksləri və bəzi sənaye metalları üzrə eniş qeydə alınıb. Kriptovalyuta bazarında Bitcoin zəif dinamika nümayiş etdirib. BTC/USD məzənnəsi 69 399 dollar səviyyəsinə geriləyərək 192 dollar və ya 0,28% azalıb. Bu, investorların riskli aktivlərə marağının qismən zəiflədiyini göstərir. Valyuta bazarında isə ABŞ dolları möhkəmlənmə tendensiyası nümayiş etdirib. ABŞ Dollar İndeksi (DXY) 99,47 bəndə yüksələrək 0,20% artım göstərib. Dolların güclənməsi adətən qlobal maliyyə bazarlarında risk iştahasının azalması və investorların daha təhlükəsiz aktivlərə…

Read More

2025-ci il Azərbaycanda pul siyasətinin tədricən yumşaldılması ilə yadda qalıb və bu proses maliyyə bazarlarının əsas göstəricilərində də öz əksini tapıb. GDP xəbər verir ki, bu barədə Bakı Fond Birjası tərəfindən hazırlanan “Azərbaycan Kapital Bazarına Baxış: Yanvar–Dekabr 2025” bülletenində qeyd olunub. Bülletendə bildirilir ki, ilin əvvəlində 7,25% səviyyəsində olan yenidən maliyyələşdirmə dərəcəsi 2025-ci ilinin dekabr ayına qədər 6,75%-ə endirilib. Eyni zamanda faiz dəhlizi 8,25%-6,25% intervalından 7,75%-5,75% aralığınadək daraldılıb. Hesabatda qeyd edilir ki, banklararası bazarın göstəriciləri də bu yumşalma mərhələsini aydın şəkildə əks etdirib. Belə ki, 1 həftəlik AINA indeksi 2025-ci ilin ortalarınadək azalma tendensiyasını davam etdirərək faiz dəhlizinin aşağı həddi…

Read More

®6 mart 2026-cı il tarixində Rabitəbank tərəfindən Xankəndi şəhərində “Dayanıqlı Gələcək üçün Maliyyə Savadlılığı Forumu” təşkil olunub. Forumun əsas məqsədi sahibkarların və vətəndaşların maliyyə savadlılığının artırılması, bank xidmətləri və maliyyə alətlərinə çıxış imkanları barədə məlumatlandırılması, eləcə də regionda iqtisadi aktivliyin və sahibkarlığın inkişafına dəstək göstərilməsi olub. Tədbirdə dövlət qurumlarının nümayəndələri, yerli sahibkarlar, iş adamları və müxtəlif sahələri təmsil edən nümayəndələr iştirak ediblər. Forum çərçivəsində Rabitəbankın Müşahidə Şurasının üzvü, Korporativ İdarəetmə Komitəsinin sədri Rəhman Əliyev çıxış edərək Rabitəbankın fəaliyyəti, inkişaf strategiyası və ölkə iqtisadiyyatına verdiyi töhfələr barədə geniş təqdimat edib. O bildirib ki, Rabitəbank uzun illərdir ölkədə maliyyə inklüzivliyinin artırılması, sahibkarlığın…

Read More

“CFİ Financial İnvestisiya Şirkəti” QSC-yə məxsus “AzFinance Asset Management” MMC-nin direktoru dəyişdirilib. GDP xəbər verir ki, Pərvanə Qasımova Əlifağa qızı direktor təyin edilib. O bu vəzifədə Abid Mamedov Mamed oğlunu əvəz edib. Abid Mamedov 2025-ci ilin əvvəlinə qədər “Azfinance İ.Ş.”nin (indiki “CFI Financial İ.Ş.”) əsas səsvermə hüququ olan səhmdarı o idi. Onun şirkətdəki payı 85% idi. Mamedov 2019-cu ildən bu postda çalışırdı. Pərvanə Qasımova Əlifağa qızı isə hazırda paralel olaraq ana şirkət “CFİ Financial İnvestisiya Şirkəti” QSC-nin direktoru vəzifəsində çalşır. İnvestisiya fondunun idarəçisi müstəsna olaraq investisiya fondlarının idarə edilməsi fəaliyyəti ilə məşğul olan və bu fəaliyyət növü üzrə lisenziyaya malik olur.…

Read More

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsi məsələsində sərt mövqeyini bir daha açıq şəkildə ortaya qoydu. GDP xəbər verir ki, Tramp verdiyi açıqlamada ABŞ-ın dünyanın ən böyük neft istehsalçısı olduğunu xatırladaraq neft qiymətlərinin yüksəlməsinin ölkəyə ciddi gəlir gətirdiyini vurğuladı. Lakin o, prezident kimi daha böyük prioritetinin İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olduğunu bildirdi. Tramp İranı “şər imperiyası” adlandıraraq bu ölkənin nüvə silahına sahib olmasının təkcə Yaxın Şərq üçün deyil, bütün dünya üçün ciddi təhlükə yaradacağını qeyd etdi. O, sözlərini belə bitirdi: “Mən buna heç vaxt icazə verməyəcəyəm!” Trampın bu açıqlaması ABŞ-ın İrana qarşı siyasətinin daha da…

Read More

Türkiyə Cümhuriyyət Mərkəzi Bankının Pul Siyasəti Komitəsi mart ayı iclasında siyasət faizini dəyişməz saxlamaq qərarına gəlib. GDP xəbər verir ki, bununla siyasət faizi olan bir həftəlik repo tender faiz dərəcəsi 37% səviyyəsində qaldı. İqtisadçıların böyük əksəriyyətinin proqnozlarına uyğun olaraq qəbul edilən bu qərarla yanaşı, Mərkəzi Bank gecəlik borc vermə faiz dərəcəsini 40 faizdə, gecəlik borclanma faiz dərəcəsini isə 35,5 faizdə sabit saxladı. Mərkəzi Bank öz açıqlamasında faiz dərəcələrinin mövcud səviyyələrdə qorunub saxlanıldığını rəsmi olaraq təsdiqlədi. Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı son illər yüksək inflyasiya ilə mübarizə çərçivəsində ardıcıl faiz artımları həyata keçirmiş, hazırda isə mövcud pul siyasəti mövqeyini qoruyub…

Read More

Kotirovkanın adı: “Nizami filialının yüngül təmir və yenilənmə işləri” Kotirovkanın elan tarixi: 10.03.2026 Kotirovkanın son tarixi: 16.03.2026, saat 13:00.  Kotirovkanın qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək: İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar) İşin icra müddəti qeyd edilməsi mütləqdir Tikinti işləri ilə əlaqədar lisenziyanın olması Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi Qiymət vergi daxil göstərilməlidir (ƏDV və ya sadələşdirilmiş vergi olmasından asılı olmayaraq) İştirakçının dövlət qeydiyyatından keçmiş və vergi ödəyicisi olması Materialların və avadanlıqların markasının, modelinin, istehsalçı ölkəsinin təklifdə qeyd olunması İcra müddətinin təklifdə göstərilməsi…

Read More

Mobil operator “Nar” ölkənin yerli əmək bazarı üçün peşəkar kadrların hazırlanması istiqamətində təlimlərə başladı. “Nar”ın tərəfdaşlıq etdiyi universitetlərin tələbələri üçün keçirilən təlimlər seriyası, ilk olaraq, Azərbaycan Texniki Universitetində (AzTU) start götürdü. “Nar”ın İnsan qaynaqları departamentinin peşəkar heyəti tərəfindən hazırlanan təlim proqramı texniki ixtisaslar üzrə təhsil alan tələbələrə rabitə sahəsi üzrə karyera perspektivləri, işə qəbul prosesi,  real iş həyatında tələb olunan bacarıqlar barədə bilikləri əhatə edir. Semestr ərzində iki mərhələdə keçiriləcək təlim ümumilikdə 40 iştirakçını əhatə edir. Təlimdən öncə “Nar”ın baş icraçı direktoru Özgür Genc tələbələrlə görüşdü. Özgür Genc müasir dünyada texniki ixtisasların aparıcı rolunu vurğulayaraq hazırda bu sahənin peşəkarlarına hər…

Read More

Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar-fevral aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb. 2026-cı ilin yanvar-fevral aylarında ölkədə 18 milyard 473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1,4 faiz artmışdır. ÜDM istehsalının 32,7 faizi sənaye, 11,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi tikinti, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi informasiya və rabitə sahələrinin, 24,1 faizi digər…

Read More