Author: Aynure Gdp

Son məlumatlara əsasən, qlobal maliyyə bazarlarında qarışıq tendensiyalar müşahidə olunur. Amerika Birləşmiş Ştatlarının dolları sabit qalmağa davam edərkən, bir çox əsas səhm indeksləri və əmtəə qiymətlərində geriləmə qeydə alınıb. Ən diqqətçəkən dəyişiklik kriptovalyuta bazarında baş verib. Bitcoin-in ABŞ dolları qarşısındakı dəyəri (BTC/USD) ciddi eniş yaşayaraq 49% azalma ilə 74,451.0 səviyyəsinə geriləyib. Bu, kriptovalyuta bazarında artan təzyiqlərə işarə edə bilər. Valyuta tərəfdə, ABŞ Dollar İndeksi cüzi artımla 99.58 səviyyəsində qərarlaşıb və 0.02% yüksəliş göstərib. Bu sabitlik, digər aktiv siniflərindəki dəyişkənliyə baxmayaraq, dolların müəyyən dayanıqlığını qoruduğunu göstərir. Asiya bazarlarında qarışıq əhval-ruhiyyə hakimdir. Şanxay Kompozit İndeksi (Shanghai) 16.29 bənd və ya 0.40% azalaraq…

Read More

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 2025–2028-ci illəri əhatə edən Rəqəmsal Transformasiya Yol Xəritəsi çərçivəsində 2026-cı il üzrə Fəaliyyət Planı təsdiq edilib. Fəaliyyət Planına əsasən, cari il üzrə əsas prioritet istiqamət “Verilənlərin etibarlılığı və analitik yetkinliyin artırılması” mərhələsini əhatə edir. Bu mərhələnin əsas məqsədi Cəmiyyətdə verilənlərə əsaslanan idarəetmə modelinin (Data-Driven Management) sistemli şəkildə formalaşdırılması və qərarvermə proseslərində analitik yanaşmanın institusional səviyyədə tətbiqinin genişləndirilməsidir. Həyata keçiriləcək tədbirlər çərçivəsində müxtəlif informasiya sistemlərində formalaşan əməliyyat, texniki və maliyyə məlumatlarının vahid arxitektura əsasında inteqrasiyası, mərkəzləşdirilmiş verilənlər platformasının formalaşdırılması və məlumat axınlarının vahid verilənlər anbarında (Data Warehouse) konsolidasiyası, eləcə də kibertəhlükəsizlik istiqamətləri üzrə fəaliyyət nəzərdə tutulur.…

Read More

İnnovasiya lideri “Bakcell” Elektron Hökumət İnformasiya Sisteminin Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsisteminə qoşularaq qurumlararası sənəd mübadiləsini tam rəqəmsal müstəviyə keçirib. “Bakcell” sistem vasitəsilə kağız əsaslı sənəd dövriyyəsini minimuma endirərək, sənədlərin daha sürətli, şəffaf və təhlükəsiz şəkildə idarə olunmasını təmin edəcək. RSD-yə inteqrasiya proseslərin daha da optimallaşdırılmasına, əməliyyat səmərəliliyinin artırılmasına və məlumat təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir. Bu addım “Bakcell”in rəqəmsal transformasiya strategiyasının tərkib hissəsidir və şirkətin dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir. Qeyd edək ki, bu addım “Bakcell”in rəqəmsal transformasiya strategiyasının tərkib hissəsidir və şirkətin dayanıqlı inkişaf, həmçinin ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir.…

Read More

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, SARDA Group və Çinin iSoftStone şirkəti arasında birgə görüş keçirilib. Görüşün əsas mövzusu innovasiya və texnologiya sahəsində əməkdaşlıq üçün potensial tərəfdaşlıq imkanlarının araşdırılması olub. Müzakirələr zamanı texnoloji inkişafa dəstək ola biləcək və ölkənin böyüməkdə olan innovasiya ekosisteminə töhfə verməsi gözlənilən birgə layihələrə dair fikir mübadiləsi aparılıb. Çinli iSoftStone şirkətinin nümayəndə heyətinə şirkətin İcraçı Vitse-Prezidenti Li Huanq rəhbərlik edib. Görüşdə hər iki tərəf ikitərəfli əməkdaşlığın gücləndirilməsi və rəqəmsal transformasiyanın sürətləndirilməsinə yönəlmiş birgə təşəbbüslər barədə fikirlərini bölüşüblər.

Read More

Rabitəbank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirdiyi layihələrlə cəmiyyətin həssas qruplarına dəstəyini davam etdirir. Müqəddəs Ramazan bayramı və Novruz bayramı ərəfəsində bank tərəfindən 100 şəhid ailəsi ziyarət olunub. Bankın təşəbbüsü, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və yerli icra hakimiyyəti orqanlarının təşkilati dəstəyi ilə Quba və Qusar rayonları üzrə II Qarabağ müharibəsi şəhidlərinin ailələri ziyarət edilib. Görüşlər zamanı ailələrə Ramazan bayramına özəl hazırlanmış sovqatlar təqdim olunub.

Read More

“Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” intellektual yarışının 27-ci mövsümünə start verilir. Yeni mövsümdə ölkənin müxtəlif regionlarını və ali təhsil müəssisələrini təmsil edən komandalar biliklərini sınayacaq. Belə ki, 15 region və 10 universitetdən ümumilikdə 26 komanda iştirak edəcək. Yarışın yeni mövsümünün ilk buraxılışını 22 mart saat  17:00-da İctimai Televiziyada izləyə bilərsiniz. Yarışın qaydalarına əsasən, mövsüm ərzində komandalar “Nar” Kuboku uğrunda mübarizə aparacaqlar. Mart, aprel, may və iyun aylarının çempion komandaları isə mövsümün həlledici mərhələsinə vəsiqə qazanacaq. Böyük Final oyunu 5 iyul tarixində keçiriləcək və mövsümün qalibi məhz bu oyunda müəyyənləşəcək. Qeyd edək ki, elm və təhsilin təşviqi “Nar”ın korporativ sosial…

Read More

2025-ci ili ərzində Azərbaycanın cari əməliyyatlar balansı 3.5 milyard ABŞ dolları profisitlə nəticələnib.Cari əməliyyatlar balansında ötən il 5milyard dollarlıq kəsir yaranıb.Eyni zamanda hesabat dövründə strateji valyuta ehtiyatları 14,1 milyard dollar artıb, GDP xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov tədiyə balansının təqdimatına həsr olunmuş brifinqdə məlumat verib. S. Nəsirov bildirib ki, cari əməliyyatlar balansında ÜDM-in 4.6%-i yaxud 3.5 milyard dollar səviyyəsində profisit qeydə alınıb ki, bu da makroiqtisadi sabitlik baxımından əhəmiyyətli haldır.

Read More

“Rəqəmsal Ödənişlər İcmalı 2025” çərçivəsində Milli Ödəniş Sisteminin əsas iştirakçıları üzrə 2023-2025-ci illəri əhatə edən dövriyyə göstəriciləri təqdim olunub. GDP xəbər verir ki,icmalda həm iştirakçıların say dinamikası, həm də ödəniş həcmləri üzrə müqayisəli statistika əksini tapıb. Mərkəzi Bankın “Rəqəmsal ödənişlər icmalı – 2025” buraxılışında bildirilir ki,2025-ci il ərzində Milli Ödəniş Sistemi (MÖS) vasitəsilə emal olunan əməliyyatların həcmi 840.9 mlrd. manat olmuş və ÜDM-in 6 mislini təşkil etmişdir. Gündəlik ödənişlərin həyata keçirilməsində istifadə olunan əsas ödəniş alətini debet və kredit kartları təşkil etmiş və bu kartlarla ölkə daxilində aparılan nağdsız ödənişlərin həcmi 2024-cü illə müqayisədə 26% yüksələrək 99.1 mlrd. manat olmuşdur.…

Read More

Bu ilin əvvəlindən Azərbaycan yumurta ixrac etməyib, yerli istehsal tamamilə daxili tələbatın ödənilməsinə yönəldilib. Bunu “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib. Bununla belə, onun sözlərinə görə, ixracdakı fasilə müvəqqətidir: “ABŞ ilə yeni ixrac müqavilələri imzalanıb, may ayından yumurtanın göndərilməsinə başlanılacaq. Körfəz ölkələri ilə bağlanılmış müqavilələrin icrasına isə aprel ayından başlanılmalıdır. O vaxta qədər Yaxın Şərqdəki münaqişənin aradan qalxacağına ümid edirik. Ümumiyyətlə Assosiasiya yeni ixrac bazarlarının tapılmasına, başqa sözlə ixrac coğrafiyasının genişləndirilməsinə daim diqqət yetirir. Artıq Çinə quşçuluq məhsullarının ixracına başlanılıb. Mərkəzi Asiya ölkələrinə də məhsul ixrac etmək istəyərdik, amma həmin ölkələrdə quşçuluq müəssisələri…

Read More