- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Əliyar Məmmədyarov: “İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb”
Author: Aynure Gdp
Qlobal maliyyə bazarlarında son vəziyyət qarışıq dinamika ilə xarakterizə olunur və bu, investorların risklərə qarşı ehtiyatlı mövqe tutduğunu göstərir. Kriptovalyuta bazarında BTC/USD 71,290 dollar səviyyəsinə enərək 4.27% dəyər itirib. Bu azalma riskli aktivlərə marağın zəiflədiyini və investorların daha təhlükəsiz alətlərə yönəldiyini göstərir. Valyuta bazarında ABŞ dollar indeksi 100.11 səviyyəsinə geriləyib (-0.19%). Dolların zəifləməsi adətən qlobal qeyri-müəyyənlik və monetar siyasətlə bağlı gözləntilərlə əlaqələndirilir. Asiya fond bazarlarında fərqli tendensiyalar müşahidə olunur. Şanxay indeksi 0.95% düşərək 4,024.23 səviyyəsinə enib ki, bu da Çin iqtisadiyyatı ilə bağlı narahatlıqları əks etdirir. Buna qarşılıq olaraq, Hang Seng fyuçersləri (+0.37%) və Nikkei 225 fyuçersləri (+0.32%) artım göstərərək…
ABŞ Mərkəzi Bankı (FED) martın 18-də keçirilən iclasda əsas faiz dərəcəsini 3.5–3.75 faiz aralığında sabit saxlamaq qərarı verib. Qərar 11-ə qarşı 1 səs çoxluğu ilə qəbul olunub. GDP xəbər verir ki, FED sədri Cerom Pauell mətbuat konfransında bildirib ki, qlobal enerji qiymətlərində artım yaxın dövrdə inflyasiyanı yüksəldə bilər. Bunun əsas səbəblərindən biri ABŞ və İsrailin İranla müharibəsinin neft bazarlarına təsiridir. Onun sözlərinə görə, iqtisadi təsirlərin nə qədər davam edəcəyini və miqyasını dəqiq qiymətləndirmək hələ mümkün deyil. Yeni proqnozlara görə, FED rəsmiləri bu ilin sonuna qədər faiz dərəcəsinin yalnız 0.25 faiz bəndi endiriləcəyini gözləyirlər. Bununla belə, bəzi siyasətçilər əvvəlki proqnozlarla müqayisədə…
İsrailin İranın Cənubi Pars qaz yatağına hücumundan sonra Brent neftinin qiyməti 110 dollara yüksəlib. GDP xəbər verir ki, İran Fars körfəzindəki enerji obyektlərini “qanuni hədəf” elan edib və cavab tədbirləri görəcəyini bildirib.
ABŞ Federal Ehtiyat Sistemi (FES) bu həftə keçiriləcək iclasında faiz dərəcələrini dəyişməz saxlaya bilər. GDP xəbər verir ki, gözləntilərə əsasən, əsas faiz aralığı 3,5–3,75% səviyyəsində qalacaq. Bazar iştirakçıları xüsusilə FES sədri Jerome Powell-ın çıxışını diqqətlə izləyirlər. Onun açıqlamalarında İranla bağlı geosiyasi gərginlik fonunda iqtisadi risklərin necə qiymətləndirildiyi əsas mövzulardan biri olacaq. İqtisadçılar bildirir ki, 2026-cı ildə faiz dərəcələrinin iki dəfə endirilməsi ehtimalı artıb. Halbuki daha əvvəl yalnız bir endirim proqnozlaşdırılırdı. Bu gözləntilər inflyasiyanın davam etməsi və əmək bazarındakı qeyri-müəyyən göstəricilərlə paralel irəli sürülür. FES-in bəyanatında geosiyasi qeyri-müəyyənliyin artması, əmək bazarındakı dalğalanmalar və faiz siyasəti ilə bağlı “iki tərəfli risklər”in vurğulanacağı…
Azərbaycan Mərkəzi Bankı (AMB) “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb edib. GDP bu barədə AMB-yə istinadən xəbər veerir. Məlumata görə, məsafədən aparılan nəzarət tədbirləri çərçivəsində “İnvestisiya şirkətləri və banklar tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın müvafiq tələblərinin pozulması aşkarlanıb. Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə əsasən “PAŞA Kapital İnvestisiya Şirkəti”nin vəzifəli şəxsi 600 manat cərimə edilib. Sözügedən nöqsan və çatışmazlıqların şirkətin kapital adekvatlığına və maliyyə dayanıqlığına təsir etmədiyi müəyyənləşdirilib.
ABŞ-da benzinin qiyməti qallona görə 3,8 dollara yüksələrək iki ilin rekordunu yeniləyib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş sığorta sektoru üzrə mini-futbol turniri təşkil olunur. GDP xəbər verir ki, sığorta bazarında fəaliyyət göstərən aparıcı şirkət və qurumların iştirakı ilə keçirilən turnirin əsas məqsədi sektor daxilində əməkdaşlığın gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi və korporativ münasibətlərin inkişafına töhfə verməkdir. “QOLAT Sport Services” MMC-nin təşkilatçılığı ilə keçirilən turnirə aprelin 5-də start veriləcək və 12 komanda qələbə uğrunda mübarizə aparacaq. Martın 18-də turnirin püşkatma mərasimi keçirilib, iştirakçı komandaların rəqibləri və oyunların cədvəli müəyyənləşdirilib. Qeyd edək ki, turnir qrup mərhələsi və pley-off sistemi üzrə keçiriləcək. Qrup mərhələsində komandalar topladıqları xallara əsasən növbəti mərhələyə vəsiqə qazanacaq. Pley-off mərhələsində məğlub olan komandalar turniri tərk edəcək. Yarımfinalda…
Amerika Birləşmiş Ştatlarının fond indeksləri çərşənbə axşamı keçirilən növbəti ticarət sessiyasını cüzi yüksəlişlə tamamlayıb. Bazar iştirakçıları həftənin əvvəlindən müşahidə olunan bərpa tendensiyasını davam etdirməyə çalışsa da, Yaxın Şərqdəki geosiyasi gərginlik fonunda neft qiymətlərinin yüksək qalması səhm indekslərinin daha güclü artımının qarşısını alıb. İnvestorların diqqəti bu həftə ərzində ABŞ-ın mərkəzi bankı – Federal Ehtiyat Sisteminin (FED) iclasına yönəlib. Mərkəzi Bankın iclasının yekunları və gələcək pul siyasətinə dair gözləntilər bu gün ictimaiyyətə açıqlanacaq. Sessiyanın yekun göstəricilərinə nəzər saldıqda: Dow Jones İndeksi (DJIA):Ənənəvi sənaye nəhənglərini izləyən Dow Jones İndeksi 0,1% artımla 46.993,26 bənd səviyyəsində qərarlaşıb. İndeks daxilində ən yaxşı nəticə göstərən şirkətlər sırasında…
2025-ci ilin yekun tədiyə balansı göstəricilərində ötən ilin sonuna nisbətən xam neftin orta qiymətinin 84.0 dollardan 15.6 ABŞ dolları yaxud 18.5% azlaraq 68.5 dollara enməsi xarici sektor göstəricilərinə əsas təsir edən amil olmuşdur. Cari əməliyyatlar balansı 2024-cü ildə 4,671.1 milyon dollar profisit təşkil etdiyi halda, 2025-ci ildə 3,475.1 milyon dollara enmişdir. Beləliklə, 1,196.0 milyon dollar və ya 25.6% azalma qeydə alınmışdır. Bu geriləmənin əsas səbəbi xarici ticarət balansının zəifləməsidir. Belə ki, xarici ticarət balansının profisiti 8,824.9 milyon dollardan 6,378.5 milyon dollara düşərək 2,446.4 milyon dollar və ya 27.7% azalmışdır. Bu dinamika əsasən neft qiymətlərinin aşağı düşməsi ilə izah olunur. Bununla yanaşı, xidmətlər balansında…
Kanadalı milyarder Stiven Smitin “Smith Financial” ailə şirkəti, “The Economist Group”un 26,9% səhminin Linn Forester de Rotşild və ailəsindən alınması barədə razılığa gəlib. GDP xəbər verir ki, “Financial Times”ın məlumatına görə, sövdələşmənin dəyəri təxminən 300 milyon funt-sterlinq (400 milyon dollardan çox) təşkil edir. ”The Economist” nəşri satışı təsdiqləsə də, prosesin yekunlaşması üçün qəyyumlar və direktorlar şurasının rəsmi razılığı tələb olunur. Bu addım nəşrin mülkiyyət strukturunda son illərin ən böyük pay dəyişikliklərindən biri hesab olunur.
