- Sadiq Axundov Azərbaycan Mərkəzi Bankına baş direktor təyin edilib
- Mərkəzi Bank valyuta bazarına müdaxilə etdiyini açıqladı – Valyuta ehtiyatları 12.7 mlrd.dollara çatdı
- Rabitəbank mikro və KOB subyektlərinin maliyyələşdirilməsi üçün “Enabling Qapital”-dan 7 milyon abş dollari vəsait cəlb edib
- Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələri
- Hüquqi şəxslərin depozitləri 7% azalıb, fiziki şəxslərin əmanətləri 12,5% artıb
- Avropa Mərkəzi Bankı (AMB) əsas faiz dərəcələrini dəyişməyib
- Mərkəzi Bank NGFS-ə tamhüquqlu üzv qəbul edildi
- “Nar” beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
Author: Aynure Gdp
“PASHA Holding” artıq IPO prosesinə və korporativ idarəetmə standartlarına tam hazırdır. Bunu holdingin baş icraçı direktorunun müavini, “Bir” ekosisteminin baş icraçı direktoru və “PASHA Financial Holding”in rəhbəri Fərid Məmmədov deyib. Onun sözlərinə görə, requlyatorun aktivliyi şirkətlərdə müstəqilliyin real dəyərini göstərib. Məmmədov qeyd edib ki, Gürcüstan müstəqil müşahidə şurası üzvlərinin, o cümlədən qadınların şuralarda iştirakının təmin edilməsi kimi təşəbbüslərə Azərbaycandan bir neçə il əvvəl başlayıb. “Əvvəllər bəzi standartlar formal görünə bilərdi. Lakin regulyator tələbləri tətbiq olunduqca müstəqilliyin şirkətlərə nə qədər dəyər qatdığını gördük”, – o bildirib. Məmmədov vurğulayıb ki, holdinqdə müşahidə şurası yüksək səviyyəli, qlobal bank və qeyri-bank təcrübəsinə malik, həmçinin…
Reuters agentliyində Bakı Fond Birjasının baş icraçı direktoru Ruslan Xəlilovla müsahibə əsasında məqalədə dərc olunub. GDP-nin məlumatına görə məqalədə bildirilir ki, Bakı Fond Birjası yaxın zamanda planlaşdırılan bir bankın ilkin kütləvi səhmlərinin yerləşdirilməsi (IPO) və Abu Dhabi Securities Exchange ilə rəqəmsal tərəfdaşlıq sayəsində sürətli artım və xarici kapitalın cəlb olunmasına ümid edir. Birjanın baş icraçı direktoru Ruslan Xəlilov bu barədə Reuters-ə müsahibəsində bildirib. Səhm bazarının kapitallaşması hazırda neft istehsalçısı olan Azərbaycanın ümumi daxili məhsulunun cəmi 3%-nə bərabərdir. Xəlilovun sözlərinə görə, bu göstərici 2027-ci ilin ortalarınadək 5%-ə, 2030-cu ilə qədər isə 10%-ə yüksələcək. O qeyd edib ki, birja repo əməliyyatlarının üstünlük…
PASHA Real Estate Group, PASHA Holding-in törəmə şirkəti olaraq, ABŞ-da yeni investisiya layihəsinə başlayıb. Şirkət bu istiqamətdə ABŞ-da yerləşən developer Nolan Reynolds International və ultra-lüks kurort brendi One&Only-nin sahibi və operatoru Kerzner International ilə strateji tərəfdaşlıq qurduğunu açıqlayıb. GDP xəbər verir ki, layihə One&Only brendi altında Hudson Valley bölgəsində yeni turizm məkanının inşasını nəzərdə tutur. Hudson Valley layihəsi PASHA Real Estate Group-un beynəlxalq genişlənmə strategiyasında mühüm mərhələ hesab olunur və şirkətin ABŞ bazarına ilk investisiyası kimi qiymətləndirilir. Layihə qlobal səviyyədə şaxələndirilmiş portfelin formalaşdırılması, tanınmış destinasiya məkanlarının yaradılması, yüksək səviyyəli operatorlarla əməkdaşlıq və institusional tərəfdaşlıqların gücləndirilməsi məqsədlərinə xidmət edir. Məlumata görə,…
SOCAR, 2025-ci il üzrə qazma, hasilat, emal və ixrac göstəricilərinə dair məlumat yayıb. Qeyd edilib ki, 2025-ci ildə SOCAR tərəfindən 66 min metr qazma işləri həyata keçirilib. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 7,1 milyon ton neft, 7,8 milyard kubmetr qaz hasil olunub. Şirkət üzrə təbii qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,4% artıb. Ölkə üzrə qaz hasilatı isə 2024-cü illə müqayisədə 2,1% artaraq, 51,5 milyard kubmetr4 təşkil edib. Ümumilikdə, ötən il Azərbaycanda 27,7 milyon ton neft hasil olunub. Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 16,1 milyon ton təşkil…
“Nar”ın “Karlara Dəstək” İctimai Birliyi ilə birgə ərsəyə gətirdiyi “Jestdili.az” platformasının növbəti inkişaf mərhələsinə start verilib. Azərbaycanın ilk elektron jest dili lüğəti olan sayt nitq və eşitmə məhdudiyyətli şəxslərin, eləcə də onların ailə üzvləri və yaxınlarının Azərbaycan jest dilini onlayn şəkildə istənilən yerdə və vaxtda tamamilə pulsuz öyrənməsinə imkan yaradır. Layihənin yeni mərhələsi çərçivəsində platformaya rus və ingilis dili dəstəyinin əlavə olunması planlaşdırılır. Eyni zamanda ən çox istifadə olunan 100 sözün yerli və beynəlxalq işarət dilində versiyalarının hazırlanaraq beynəlxalq işarət dili bölməsinin yaradılması nəzərdə tutulur. Bununla yanaşı, Azərbaycan işarət dili ilə beynəlxalq işarət dilinin müqayisəsini təmin edən interaktiv modulun hazırlanması,…
Azərbaycan Mərkəzi Bankında (AMB) 2025-ci ilin yekunları və kapital bazarlarının gücləndirilməsi ilə bağlı görüləcək işlər müzakirə olunub. Bu barədə AMB sədri Taleh Kazımov öz rəsmi “X” sosial şəbəkə hesabında yazıb. “Mərkəzi Bankda Azərbaycan Kapital Bazarları Assosiasiyası (AKBA), Bakı Fond Birjası (BFB), Milli Depozit Mərkəzi (MDM) və investisiya şirkətlərinin rəhbər şəxsləri ilə görüşümüz oldu. Görüş çərçivəsində 2025-ci ilin yekunları üzrə kapital bazarlarında müşahidə olunan meyillər, sektorun inkişafına təsir edən əsas amillər və bazar infrastrukturunun gücləndirilməsi ilə bağlı məsələləri müzakirə etdik. Bu zaman kapital bazarlarının davamlı inkişafı, investisiya şirkətlərinin maliyyə dayanıqlılığının artırılması, investor hüquqlarının qorunması və maliyyə vasitəçiliyinin dərinləşdirilməsi istiqamətində görüləcək işlərdən…
2025-ci ili əhatə edən göstəricilər göstərir ki, SOCAR-ın fəaliyyətində enerji sektorunda struktur dəyişiklikləri getdikcə daha aydın görünür və SOCAR bu transformasiyanın mərkəzində dayanır. Hesabat dövrü ərzində SOCAR üçün ən diqqətçəkən tendensiya neft sektorunda davamlı geriləmə, qaz sektorunda isə daha dayanıqlı artım dinamikasının formalaşmasıdır və bu dinamika birbaşa SOCAR-ın strateji istiqamətləri ilə bağlıdır. SOCAR səviyyəsində neft hasilatındakı azalma SOCAR-ın istehsal portfelində dəyişikliklərin baş verdiyini göstərir. SOCAR-ın hasilatındakı bu azalma ölkə üzrə ümumi neft hasilatında da özünü göstərir və üç illik intervalda təxminən 2,5 milyon tona yaxın itki ilə müşahidə olunur. Paralel olaraq SOCAR tərəfindən həyata keçirilən neft ixracının da aşağı düşməsi…
Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə ilk beynəlxalq karbon kreditləri əldə edilib
“SOCAR Trading” və “AzərEnerji” ASC-nin əməkdaşlığı çərçivəsində Laçın rayonunda yerləşən “Mirik” və “Qaraqışlaq” kiçik su elektrik stansiyalarını əhatə edən “Hidro-3” layihəsi beynəlxalq karbon bazarına uğurla daxil olub. SOCAR-ın yaydığı məlumatda bildirilir ki, bu, Azərbaycanın enerji sektorunda tarixi əhəmiyyətə malik yeni bir nailiyyətdir. Layihə 28 may 2025-ci il tarixində dünyanın aparıcı karbon sertifikatlaşdırma qurumlarından biri olan “Gold Standard” tərəfindən qeydiyyata alınıb, 28 yanvar 2026-cı il tarixində “Hidro-3” layihəsi üzrə karbon kreditləri rəsmi şəkildə təqdim edilib. Qeyd edilib ki, bu, Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə əldə edilmiş ilk beynəlxalq karbon kreditləridir. Karbon kreditləri 2024-cü ilin aprel ayından 2025-ci ilin avqust ayınadək…
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “Visa” şirkətinin baş vitse-prezidenti, MDB, Cənubi və Şərqi Avropa regionu üzrə meneceri Kristina Doros ilə görüş keçirib. GDP xəbər verir ki, görüş zamanı ödənişlər sahəsində son tənzimləyici dəyişikliklər, fırıldaqçılıq hallarının qarşısının alınması, eləcə də ödəniş sistemləri və sərhədlərarası köçürmələrin təhlükəsizliyinin artırılması istiqamətində müasir yanaşmalar müzakirə olunub. Tərəflər həmçinin Azərbaycanda ödəniş infrastrukturunun modernləşdirilməsi, rəqəmsal ödəniş ekosisteminin inkişafı və innovativ həllərin tətbiqi istiqamətində görülən işlər və planlaşdırılan təşəbbüslər barədə geniş fikir mübadiləsi aparıblar.
(®) Sosial məsuliyyətli bankçılıq prinsiplərinə sadiq qalan TuranBank yaşlı əhalinin asudə vaxtının səmərəli təşkili, həyat keyfiyyətini yaxşılaşdırmaq və onların sosial rifahını təmin etmək məqsədilə “Üçüncü Bahar” İctimai Birliyi ilə əməkdaşlığa başlayıb. Əməkdaşlıq çərçivəsində Bank İctimai Birliyin nəzdində fəaliyyət göstərən İçərişəhər “YAŞA” Mərkəzinin fəaliyyətinə və infrastrukturunun gücləndirilməsinə dəstək göstərəcək. Qeyd edək ki, “Üçüncü Bahar” İctimai Birliyinin əsas məqsədi yaşlı insanları bir araya toplayaraq onların asudə vaxtını səmərəli keçirməsini təmin etmək, ölkənin sosial-iqtisadi, siyasi və mədəni həyatında aktiv iştirakını təşviq etməkdir. Bu məqsədlə “YAŞA” Mərkəzlərində yaşlıların təhsil və məşğulluq imkanlarını genişləndirən müvafiq silsilə təlim-tədris proqramları həyata keçirilir. Mərkəzlərdə iştirakçılara maliyyə savadlığı, xarici…
