Author: Aynure Gdp

Süni intellekt çipləri bazarının lideri “Nvidia Corp.” tarixinin ən güclü maliyyə hesabatlarından birini açıqlamasına baxmayaraq, səhmləri 5,5% dəyər itirib. Bu paradoksal vəziyyət bazarda süni intellekt “balonu” ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib. Şirkətin keçən rüb üzrə mənfəəti təxminən iki dəfə artaraq analitiklərin gözləntilərini üstələyib, gəlir isə rekord həddə çatıb. Bundan başqa, “Nvidia”nın cari rüb üzrə proqnozu da bazar proqnozlarından yüksək olub. Lakin güclü maliyyə göstəriciləri investorları qane etməyib. Bazar ekspertlərinin fikrincə, investorlar süni intellekt sektorunda şişirdilmiş qiymətləndirmələrdən və mümkən “balon” effektindən ehtiyatlanırlar. Bu narahatlıq nəticəsində “Nvidia” ilə yanaşı, digər çip istehsalçılarının da səhmləri ucuzlaşıb. “Broadcom Inc.” 3,2%, “Lam Research Corp.”…

Read More

2025-ci ilin yanvar ayı ilə 2026-cı ilin yanvar ayı arasında müqayisə aparıldıqda əmanətçilərin sayında əhəmiyyətli bir artım müşahidə olunur. GDP Azərbaycan Mərkəzi Bankının təqdim etdiyi statistik məlumatlara istinadla  xəbər verir ki, 2025-ci il yanvarın 31-nə olan göstəricilərə görə, bank sektorunda müddətli əmanətçilərin sayı 154.181 nəfər təşkil etmişdir. 2026-cı ilin eyni dövründə, yəni yanvarın 31-nə olan göstərici isə 197.073 nəfərə yüksəlmişdir. Bu rəqəmlər göstərir ki, bir il ərzində müddətli əmanətçilərin sayında 42.892 nəfərlik artım baş vermişdir. Faiz ifadəsində bu artım təxminən 27.82 % təşkil edir. Beləliklə, 2026-cı ilin yanvar ayında bank sektorunda unikal müddətli əmanətçilərin sayı əvvəlki ilin eyni dövrü ilə…

Read More

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sistem əhəmiyyətli banklarını açıqlayıb. GDP xəbər verir ki, bunlar “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC, “PAŞA Bank” ASC, “Bank Respublika” ASC və “Unibank KB” ASC-dir. Sistem əhəmiyyətli banklar ölkənin maliyyə sabitliyi üçün xüsusi əhəmiyyət daşıyan, mümkün problemi bütün bank sisteminə təsir edə biləcək banklardır. Bu banklar Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən xüsusi meyarlarlaqiymətləndirilir. Qiymətləndirmə dörd istiqaməti əhatə edir: ölçü, qarşılıqlı bağlılıq, əvəzolunmazlıq və mürəkkəblik. Ölçü üzrə cəmi aktivlər və depozit portfeli nəzərə alınır. Qarşılıqlı bağlılıq bankın digər maliyyə institutları ilə öhdəlik və tələblərini əhatə edir. Əvəzolunmazlıq meyarında ödəniş əməliyyatları (o cümlədən AZİPS üzərindən), əmanətçi…

Read More

2026-cı ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən ümumilikdə 156 milyon 604 min manat sığorta haqqı toplanılıb. Azərbaycan Mərkəzi Bankının açıqladığı aylıq statistikaya əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,3% azalıb. Ödənişlərdə kəskin artım Hesabat ayında sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği 62 milyon 12 min manat təşkil edib. Bu, illik müqayisədə 30,2% çoxdur. Ödənişlərin dinamikası bazarın ayrı-ayrı seqmentlərində fərqli mənzərə yaradıb. Könüllü sığorta növləri üzrə ödənişlər 34% artaraq 50 milyon 262 min manata, icbari sığorta üzrə ödənişlər isə 16,2% artaraq 11 milyon 750 min manata çatıb. Şirkətlərin ödəniş renkinqi Hesabat dövründə  ən çox…

Read More

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Samsung E&A Co., Ltd.” şirkətinin prezidenti və baş icraçı direktoru Honq Namkunq ilə görüşüb. Görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes və investisiya mühiti haqqında məlumat verilib. Ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına və qlobal dəyər zəncirlərinə inteqrasiyası baxımından görülən işlər diqqətə çatdırılıb, əməkdaşlıq imkanları qeyd olunub. Tərəflər enerji sahəsində tərəfdaşlığın genişləndirilməsi barədə müzakirə aparıblar. Görüş çərçivəsində SOCAR və “Samsung E&A Co., Ltd.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd enerji aktivlərinin səmərəliliyinin artırılması, istehsalın lokallaşdırılması, regional sənaye və təchizat mərkəzinin yaradılması, insan kapitalının inkişafı və karbonsuzlaşma üzrə əməkdaşlıq perspektivlərinin araşdırılmasını nəzərdə tutur. Sənədin icrası yerli şirkətlərin qlobal dəyər zəncirinə…

Read More

Qazaxıstanın Ali Audit Palatasının nümayəndə heyəti Azərbaycanın Hesablama Palatasının 2025-ci il üzrə maliyyə hesabatlarının auditini aparıb. GDP bu barədə Azərbaycan tərəfinə istinadən xəbər verir. Məlumata görə, audit Azərbaycan və Qazaxıstan ali audit orqanlarının 2024–2025-ci illər üzrə ikitərəfli görüşlərinin və qarşılıqlı səfərlərinin nəticəsinə uyğun olaraq həyata keçirilib. Auditin məqsədi Hesablama Palatasının maliyyə hesabatlarının beynəlxalq mühasibat uçotu standartlarına və qanunvericiliyin tələblərinə uyğunluğunu qiymətləndirməkdən ibarətdir. Audit çərçivəsində normativ-hüquqi bazanın, maliyyə sənədlərinin ilkin təhlili, daxili nəzarət sisteminin, maliyyə hesabatlarının tamlığının və etibarlılığının qiymətləndirilməsi, eləcə də Hesablama Palatasının məsul əməkdaşları ilə müsahibələr aparılıb. Səyyar audit mərhələsi 17–20 fevral 2026-cı il tarixlərində Bakı şəhərində keçirilib. Audit…

Read More

ABŞ-ın Müharibə Nazirinin sənaye bazası üzrə köməkçisi Maykl Kadenatssi ölkənin strateji minerallar üzrə idxaldan asılılığının təhlükəli həddə çatdığını açıqlayıb. Senatdakı çıxışı zamanı Kadenatssi bildirib ki, ABŞ təxminən 25 kritik əhəmiyyətli mineral üzrə 90 faizdən çox, 50-dən çox mineral üzrə isə 50 faizdən çox idxaldan asılıdır. Bu minerallar müdafiə sənayesi, yüksək texnologiyalar və enerji sektoru üçün həyati əhəmiyyət daşıyır. Rəsmin sözlərinə görə, ən böyük risk Çin faktoru ilə bağlıdır. Həmin materialların emalı üzrə dünya gücünün əhəmiyyətli, bir sıra hallarda isə dominant hissəsi məhz Çində cəmləşib. Kadenatssi vurğulayıb ki, Pekin artıq təchizat zəncirləri üzərində nəzarəti təzyiq aləti kimi istifadə etməyə hazır olduğunu…

Read More

Azərbaycan Mərkəzi Bankında (AMB) sahibkarlıq subyektləri üçün maliyyə xidmətlərinin əlçatanlığının artırılması müzakirə edilib. GDP bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun sədri Taleh Kazımov “Azərbaycan Pərakəndə Geyim İdxalçıları Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə görüş keçirib. Görüşdə maliyyə xidmətləri, bank əməliyyatları və ödəniş mexanizmləri ilə bağlı assosiasiyanın gündəliyində olan məsələlər müzakirə olunub, həmçinin sahibkarlıq subyektləri üçün maliyyə xidmətlərinin əlçatanlığının və nağdsız ödəniş xidmətlərinin effektivliyinin artırılması istiqamətində AMB-nin həyata keçirdiyi təşəbbüslər barədə məlumat verilib.

Read More

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən iqtisadi layihələr uğurla davam etdirilir. İqtisadi Zonaların İdarə Heyətinin sədri Seymur Adıgözəlov 2025-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Ağdam Sənaye Parkının əldə etdiyi nailiyyətlər barədə məlumat verib. Bildirilib ki, qısa müddət ərzində Ağdam Sənaye Parkı regional iqtisadi mərkəzə çevrilib. Hazırda parkda 32 rezident və 5 qeyri-rezident qeydiyyatdan keçib. Rezidentlərin sayına görə bu park ölkədə ikinci yerdə qərarlaşıb. Sənaye parkına indiyədək 145,8 milyon manat investisiya yatırılıb. Burada 1000-ə yaxın daimi iş yeri yaradılıb və işə qəbul zamanı yerli əhalinin məşğulluğuna xüsusi önəm verilir. Hal-hazırda Ağdam Sənaye Parkında 13 müəssisə fəaliyyət göstərir. İstehsal olunan məhsullar…

Read More

2020-ci ilin avqustunda Dow Jones indeksinin tərkibində edilən dəyişiklik maraqlı bir nəticəyə səbəb oldu. GDP xəbər verir ki, o zaman “mavi çiplər” arasına qatılan Salesforce-un səhmləri bu günə qədər 32% dəyər itirərkən, indeksdən çıxarılan neft nəhəngi Exxon Mobil-in qiyməti tam tərs mənzərə çəkdi və 271% yüksəldi. Bu hadisə, məşhur indekslərə daxil olmağın və ya çıxarılmağın heç də həmişə gözlənilən investisiya nəticəsini vermədiyini bir daha xatırlatdı.

Read More