- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
- Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayıb
- Murad Süleymanov: “PAŞA Bank-ın IPO nəticələri açıqlanıb – Örtülmə nisbəti 129,2% olub”
- Əliyar Məmmədyarov: “İşsizlikdən sığorta təminatı verən kredit sığortası məhsulu hazırlanıb”
Author: Aynure Gdp
İranda davam edən iqtisadi böhran və sürətli inflyasiya fonunda ölkənin mərkəzi bankı nominal dəyəri 10 milyon rial olan yeni əskinası dövriyyəyə buraxıb. GDP xəbər verir ki, hazırkı məzənnə ilə cəmi 7 ABŞ dolları dəyərində olan bu əskinas ölkənin indiyədək çap etdiyi ən böyük nominal hesab olunur. Yeni əskinasın dövriyyəyə çıxarılması vətəndaşların diqqətini cəlb etsə də, real alıcılıq qabiliyyətinin aşağı olması əhalinin narahatlığını artırıb. Xüsusilə son həftələrdə ölkədə bankomatlar qarşısında uzun növbələr müşahidə edilir. Müşahidəçilər bunu vətəndaşların müharibə təhlükəsi və iqtisadi qeyri-müəyyənlik səbəbindən əmanətlərini nağd şəkildə evdə saxlamaq istəyi ilə əlaqələndirirlər. İqtisadçıların fikrincə, əhalinin bank sisteminə etimadsızlığı və rialın məzənnəsinə olan…
Cümə axşamı günü ticarətin əvvəlində Amerika fond indeksləri enir, investorların diqqəti statistik məlumatlara, Yaxın Şərq münaqişəsinə və Federal Ehtiyat Sisteminin (FED) iclasının nəticələrinə yönəlib. GDP xəbər verir ki, Trading Economics-in yazdığına görə, İranın Qətər və Səudiyyə Ərəbistanının enerji infrastrukturuna hücumlarından sonra dünya bazarında neft və qazın qiymətləri artmaqda davam edir və bu, inflyasiya risklərini gücləndirir. Bu da Amerika iqtisadiyyatının perspektivlərinə kölgə salır. Dow Jones Moskva vaxtı ilə 16:57-də 0,53% azalaraq 45 978,12 bənd olub. S&P 500-ün dəyəri də 0,53% azalaraq 6589,34 bənd təşkil edib. Nasdaq indeksi 0,70% itirərək 21 996,42 bənd səviyyəsində ticarət olunur. bu məlumatdan GDP.az üçün xəbər yaz
İnnovasiya lideri Bakcell Novruz tətilində xaricə səfər edən abunəçilər üçün rouminq xidmətini təqdim edir. Bakcell-in müştəriləri xaricdə olduqları müddətdə də rahat və fasiləsiz ünsiyyət üçün müxtəlif rouminq paketlərindən yararlana bilərlər. Səfərlər zamanı abunəçilərin üstünlük verdiyi seçimlərdən biri “hamısı daxil” rouminq paketləridir. Bu paketlər mobil internet, zəng və SMS xidmətlərini bir arada təqdim edir. Həftəlik paketi aktivləşdirmək üçün *125*550# qısa kodunu yığmaq kifayətdir. Bakcell abunəçiləri səfərə çıxmazdan əvvəl gedəcəkləri ölkəni seçərək həmin istiqamət üzrə mövcud tariflər və rouminq paketləri ilə tanış ola bilərlər. Bu imkan istifadəçilərə səfərdən əvvəl uyğun paketi müəyyən edərək mobil rabitə xərclərini daha effektiv planlaşdırmağa kömək edir. Abunəçilər ətraflı…
Azərbaycanda real sektoru dəstəkləyən, ölkənin aparıcı banklarından biri olan TuranBank ASC Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) dəstəklənməsi və maliyyə əlçatanlığının artırılması istiqamətində növbəti strateji uğura imza atıb. GDP banka istinadən xəbər verir ki, Bank FİNMA tərəfindən tənzimlənən İsveçrənin “Enabling Qapital” şirkəti tərəfindən idarə olunan EMF Mikromaliyyə Fondu ilə kredit sazişi imzalayıb. Sazişə əsasən Fond tərəfindən TuranBank-a yerli valyutada 5 milyon ABŞ dolları ekvivalentində maliyyə vəsaiti ayrılıb. 3 il müddətinə cəlb olunan bu vəsait ölkədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışını asanlaşdırmağa xidmət edəcək. EMF Mikromaliyyə Fondu inkişaf etməkdə olan ölkələrdə maliyyə əlçatanlığını təşviq etmək üçün 2008-ci ildə təsis edilmişdir. Fond perspektivli,…
20 – 30 mart 2026-cı il tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər. Bu barədə Mərkəzi Bankdan bildirilib. Qeyd edilib ki, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxışının təmin edilməsi məqsədilə ümumilikdə 18 bankın 280 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 9 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 9 valyuta mübadiləsi məntəqəsi müştərilərə xidmət göstərəcək. Bayram günlərində iş qrafiki: Banklar “Azərpoçt” MMC Valyuta mübadilə məntəqələri
Cümə axşamı keçirilən həftəlik hərraclar zamanı Brent markalı neftin qiyməti İranın Fars körfəzi ölkələrinin enerji infrastrukturuna hücumlarını davam etdirməsi ilə bağlı xəbərlər fonunda 119 dolları keçib. Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki rəsmi hesabında Qırmızı dəniz sahilindəki Yanbu limanında yerləşən Səudiyyə Ərəbistanının ən böyük NEZ-i olan SAMREF-ə pilotsuz uçuş aparatı (PUA) ilə hücum edildiyini bildirib. Reuters agentliyi mənbələrə istinadən xəbər verir ki, Yanbuda neft yükləmə əməliyyatları dayandırılıb. Londonun ICE Futures birjasında Brent markalı neftin may ayına olan fyuçerslərinin dəyəri Bakl vaxtı ilə 13:45-ə olan məlumata görə 118,32 dollar təşkil edir ki, bu da əvvəlki həftəliyin bağlanış göstəricisindən 10,94 dollar…
Azərbaycan Beynəlxalq Bankı 2025-ci ilin maliyyə nəticələrinə əsasən “ABB” ASC-nin səhmdarlarına dividendi ödənilməsi nəzərdə tutulur. GDP xəbər verir ki, bu barədə ABB-nin İdarə Heyətinin səhmdarlara göndərdiyi bildirişdə bildirilir. Səhmdarlarının növbəti ümumi yığıncağı 07.05.2026-cı il tarixində keçirləcək. ABB 2025-ci ili 336 milyon manat xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə (294 mln. manat) təxminən 14% artım deməkdir. 1 yanvar 2026-cı il tarixinə bankın balansındakı bölüşdürülməmiş mənfəətin həcmi 621,3 milyon manata çatıb. Bu xəbərlər öncəsi ABB səhmləri Bakı Fond Birjasında 0.31 manat olub ki, bu ötən yaydakı 0.25 manatdan 48 faiz bahadır. Bank rəhbərliyi 2025-ci ilin nəticələrinə görə dividend gəlirliliyinin nominal…
“MFX-Trading İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasına yeni üzv təyin olunub. GDP xəbər verir ki, bu barədə səhmdarların ümumi yığıncağı qərar verib. Belə ki, Vüsal Əkbərov Firidun oğlu şirkətin Müşahidə Şurasının (M.Ş.) üzvü seçilib. V.Əkbərov uzun illərdir maliyyə sektorunda təcrübəyə malikdir. O indiyə qədər “Expressbank” ASC, “PAŞA Bank” ASC və ABB-də çalışıb. Fevralda isə M.Ş. üzvü olan Əhməd Məmmədov Kavı oğlu vəzifəsindən ayrılmışdı. 2025-ci ilin dekabrında isə Tural Bayramov Müşahidə Şurasından ayrılmaqla direktor vəzifəsinə təyin edilmişdi. Xatırladaq ki, “MFX-Trading İnvestisiya Şirkəti” 2020 ilin avqust ayında dövlət qeydiyyatına alıb. Şirkətin 1.11 milyon manat nizamnamə kapitalında yeganə səhmdar Samir Xəlilov Əlövsət oğludur. O,…
“Rabitəbank” ASC-də növbəti mühüm kadr təyinatı baş tutub. Bankın uzunillik təcrübəyə və dərin peşəkarlığa malik rəhbər heyət üzvü Natiq Novruzov 17 mart 2026-cı il tarixindən etibarən İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin olunub. O, yeni vəzifəsi ilə yanaşı, Baş Risk inzibatçısı kimi fəaliyyətini davam etdirərək bankın risk idarəetmə strategiyasının tətbiqi və təkmilləşdirilməsi istiqamətində rəhbər rolunu davam etdirəcək. Natiq Novruzov 14 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə bakalavr, 2008-ci ildə isə eyni ixtisas üzrə magistr dərəcəsini almışdır. Peşəkar bilik və bacarıqlarını beynəlxalq səviyyədə də inkişaf etdirən Natiq…
“Rabitəbank” ASC-də növbəti mühüm kadr təyinatı baş tutub. 17 mart 2026-cı il tarixində Bankın dərin peşəkarlığa və zəngin idarəetmə təcrübəsinə malik rəhbər heyət üzvü Samir Rzayev İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin edilib. O, yeni vəzifəsi ilə yanaşı, Bankın Baş Maliyyə inzibatçısı kimi fəaliyyətini də davam etdirərək Rabitəbankın maliyyə strategiyasının icrasında aparıcı rolunu qoruyacaq. Uzunillik bankçılıq təcrübəsinə və strateji idarəetmə bacarıqlarına malik olan Samir Rzayevin bu vəzifəyə təyin olunması Rabitəbankın davamlı inkişaf strategiyasının, maliyyə dayanıqlığının və korporativ idarəetmə sisteminin daha da gücləndirilməsinə xidmət edir. Samir Rzayev 12 avqust 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin…
