- Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirəcək, yoxsa sabit saxlayacaq?
- ABŞ-ın dövlət borcu II Dünya müharibəsindən sonra ilk dəfə ÜDM-i üstələyib
- Sadiq Axundov Azərbaycan Mərkəzi Bankına baş direktor təyin edilib
- Mərkəzi Bank valyuta bazarına müdaxilə etdiyini açıqladı – Valyuta ehtiyatları 12.7 mlrd.dollara çatdı
- Rabitəbank mikro və KOB subyektlərinin maliyyələşdirilməsi üçün “Enabling Qapital”-dan 7 milyon abş dollari vəsait cəlb edib
- Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnələri
- Hüquqi şəxslərin depozitləri 7% azalıb, fiziki şəxslərin əmanətləri 12,5% artıb
- Avropa Mərkəzi Bankı (AMB) əsas faiz dərəcələrini dəyişməyib
Author: Aynure Gdp
05 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən buraxılan dəyişən faizli (floating rate) istiqrazlar üzrə ilk kupon ödənişi həyata keçiriləcək. GDP xəbər verir ki, Milli Depozit Mərkəzinin yaydığı məlumata görə, bir istiqraz üzrə kupon ödənişinin məbləği 1 853.33 AZN təşkil edir. Qeyd edək ki, nominal dəyəri 100 000 AZN olan AZ2001028169 dövlət qeydiyyat nömrəli istiqrazların yerləşdirilməsi 01 oktyabr 2025-ci il tarixində baş tutmuşdur.
Prezident İlham Əliyevin Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-ci il büdcəsi haqqında fərmanında Fondun əsas gəlir mənbələri eyni zamanda əsas xərc istiqamərləri öz əksini tapıb. GDP xəbər veir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2026-cı il büdcəsi, 2025-ci illə müqayisədə həm gəlirlərdə, həm də xərclərdə əhəmiyyətli dəyişiklikləri nəzərdə tutur. Ümumi gəlirlər təxminən 1,42 milyard manat və ya 9,8% azalaraq, 14,45 milyard manatdan 13,03 milyard manata endirilib. Eyni zamanda, xərclər daha böyük həcmdə, təxminən 1,62 milyard manat və ya 11,1% azalıb. Bu ümumi azalmanın arxasında əsas gəlir mənbələrində baş verən dəyişiklər dayanır. Fondun ən böyük gəlir mənbəyi olan karbohidrogen satışından əldə…
31 dekabr 2025 – 4 yanvar 2026–cı il tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ilə əlaqədar bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 12 bankın 60 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 8 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 9 valyuta mübadiləsi məntəqəsi və onların əlavə obyekti (o cümlədən, 2-si 24 saat rejimində…
“Bir Ekosistemi”nin baş direktoru və “PASHA Holding”in baş direktor müavini Fərid Məmmədov Bir-in Azərbaycanın yeni rəqəmsal dövrünü necə canlandırdığını açıqlayır. Əgər sizdən Azərbaycanı təsvir etməyinizi istəsəydim, böyük ehtimalla ağlınıza bir şey dərhal gələrdi: neft. “Odlar Yurdu” uzun müddətdir ki, Avropanın qaz təchizatının təmin edilməsində mühüm rol oynayan qlobal enerji gücünə çevrilib. Bu vacib resurs ölkəmizin gözəl sosial-iqtisadi inkişaf yolunun maliyyələşməsini təmin etdi, iqtisadiyyatın 2007-2019-cu illər arasında 80% böyüməsinə, eyni zamanda qeyri-neft sektorunun isə 2,1 dəfə artımına şərait yaratdı. Bəs sizə milli diqqət tez bir zamanda Xəzər dənizinin dərinliklərindən rəqəmsal səmanın sonsuz potensialına sürətlə keçdiyini desəm necə olardı? Azərbaycan artıq yalnız…
Azərbaycanın aparıcı rəqəmsal platforması “Bir” ekosisteminin gəlirlərinin güclü artım sürətini saxlayacağı proqnozlaşdırılır. GDP xəbər verir ki, bu barədə məlumat verən Ekosistemin baş direktoru və “PASHA Holding”in baş direktor müavini Fərid Məmmədovun sözlərinə görə, “Bir”in gəlirləri 2022-ci ildəki 589 milyon dollardan 2025-ci ildə 914 milyon dollara qədər yüksələcəyi proqnozlaşdırılır. Bu, ekosistemin davamlı uzunmüddətli artım impulsunu nümayiş etdirir. Məmmədov qeyd edib ki, regionda onlayn pərakəndə satışın həcmi hələ də orta səviyyədə olsa da, artım trayektoriyası planlaşdırılandan daha yüksəkdir. Ümumi mal dəyərinin hər il 80%-dən çox artması gözlənilir. Nağdsız əməliyyatların isə 2030-cu ilədək ümumi ödəniş həcmi daxilində 44 milyard…
Mərkəzi Bank “AtaSığorta” ASC-yə icrası məcburi göstərişin verilməsi barədə məlumat yayıb. GDP xəbər verir ki, məlumatda qeyd edilib ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “AtaSığorta” ASC-nin (Cəmiyyət) maliyyə vəziyyətinin və aktivlərinin qorunması məqsədilə Cəmiyyətə icrası məcburi olan göstəriş verilmişdir. Göstərişə əsasən yeni öhdəliklərin qəbul edilməsinin, öhdəlik yaradan müqavilələrin bağlanmasının və xərc yaradan əməliyyatların aparılmasının dayandırılması Cəmiyyətə tapşırılmışdır.
İnnovasiya lideri “Bakcell”in meqa lotereyasında 12-ci lüks avtomobilin qalibi məlum olub. Həftəlik tirajın qalibi Bahadur Səmədovdur. “Bakcell” abunəçilərini qarşıda daha da möhtəşəm hədiyyələr gözləyir! Növbəti həftələrdə daha 1 ‘’Zeekr 001’’, finalda isə hər kəsin səbirsizliklə gözlədiyi “Porsche Cayenne” şanslı sahibini tapacaq. Sən də “Şans” paketi əldə et və 200 000 manatlıq “Porsche Cayenne” qalibi ol! “Şans” paketləri: · 1 AZN-lik “Şans” paketi – 3 şans → *3#YES · 5 AZN-lik “Şans” paketi – 25 şans →*25#YES · 20 AZN-lik “Şans” paketi – 150 şans → *155#YES Ümumilikdə, “Bakcell”in lotereyasında süni intellektin seçimi ilə 12 nəfər “Zeekr 001” və 83 nəfər…
ABŞ-ın ən varlı on texnoloqiya milyardçısının ümumi sərvəti 2025-ci ildə süni intellekt (SİA) sektorundakı buma şəraitində 550 milyard dollardan çox artaraq 2,5 trilyon dollara çatıb. GDP xəbər verir ki, məlumat Bloomberg-in maliyyə məlumatları əsasında Financial Times tərəfindən yayılıb. Hesablamalara görə, bu şəxslərin aktivlərinin ümumi dəyəri 24 dekabr bazar bağlanışı məlumatlarına əsasən 2,5 trilyon dollar təşkil edib ki, bu da cari ilin əvvəlindəki 1,9 trilyon dollarla müqayisədə əhəmiyyətli artımı göstərir. Bu dövrdə S&P 500 fond indeksi də təxminən 18% yüksəlib. Sərvət artımında lideri Tesla və SpaceX-in təsisçisi **İlon Mask** tutur. Onun ümumi sərvəti 49% artım göstərib və 645 milyard dollara çatıb.…
Mərkəzi Bank tərəfindən xüsusi tənzimləmə rejiminin ikinci qəbul dövrü üzrə innovativ məhsulların sınaqdan keçirilməsi məqsədilə daxil olmuş 14 müraciətin qiymətləndirilməsi prosesi başa çatdırılıb. GDP xəbər verir ki, iymətləndirmə nəticəsində müraciətlər arasından 4 innovativ məhsul seçilərək xüsusi tənzimləmə rejimində, məhdud şərtlərlə sınaqdan keçirilmək üçün uyğun hesab edilib. Xüsusi tənzimləmə rejimində sınaqdan keçiriləcək məhsullar aşağıdakılardır: “ABB” ASC tərəfindən təqdim edilən “İslam bankçılığı” çərçivəsində Murabaha məhsulu “Rabitəbank” ASC tərəfindən təqdim edilən “İslam bankçılığı” çərçivəsində Mudaraba və Murabaha məhsulu “PAŞA Sığorta” ASC tərəfindən təqdim edilən “Könüllü sığorta məhsullarının hədiyyə vauçerləri vasitəsilə əldə olunması” məhsulu “BİTAZN” MMC tərəfindən təqdim edilən “BİTAZN kriptovalyuta birjası” məhsulu Qeyd olunan məhsullar məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında 6 ay müddətində…
2025-ci ilin dekabr ayından etibarən Mətin Yolçiyev Bakı Fond Birjasının İdarə Heyətinin üzvü seçilib və Baş Əməliyyat inzibatçısı təyin edilib. GDP xəbər verir ki, Mətin Yolçiyev 2018-ci ilin aprel ayından etibarən Bakı Fond Birjasında fəaliyyətə başlamış, Birjada müxtəlif vəzifələrdə çalışmışdır. Karyerası ərzində ticarət əməliyyatları və üzvlük proseslərinə rəhbərlik etmiş, Birja və kapital bazarı üzrə həllərin və layihələrin icrasını təmin etmişdir. Hazırda Ticarət və Dəstək, Üzvlük, Analitika və Layihələrin İdarəedilməsi şöbələrinə nəzarət edir. Fəaliyyəti boyunca qiymətli kağızlar bazarı üzrə ixtisaslaşma proqramlarını tamamlamışdır. Təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində Dünya İqtisadiyyatı ixtisası üzrə bitirmişdir. ADA Universitetinin ikili diplom proqramı çərçivəsində MBA (Maliyyə) üzrə…
