- Nazir “BlackRock” şirkətinin qlobal rəhbəri ilə görüşüb, imzalanmış Memorandum üzrə müzakirə aparılıb
- Kart ödənişlərində ƏDV avtomatik geri gələcək
- Yaxın Şərqdə münaqişənin gərginləşməsi fonunda qızıl bahalaşır
- Mərkəzi Bank sədri Bakı Fond Birjasının kollektivi ilə görüşüb
- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
- Yaxın Şərqdəki gərginlik Asiya bazarını çökdürdü
- Qızıl bazarında yeni dövr: 22% artım və 5500 dollar gözləntisi
- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
Author: Aynure Gdp
Bu ilin yanvar-sentyabr aylarında Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertlər 10 milyard 860,7 milyon manat təşkil edib. GDP bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu göstərici, ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 % çoxdur. Qeyd edək ki, 2025-ci il ərzində ARDNF büdcəyə 14 milyard 481 milyon manat vəsait köçürməlidir. Beləliklə, 9 aylıq ödəniş tam icra edilib.
Beynəlxalq maliyyə qrupu “Goldman Sachs” mis üçün yeni qiymət proqnozunu açıqlayaraq, 2026-cı il üçün misin tonunun qiymətini 10.000 dollardan 10.500 dollara qaldırıb. GDP xəbər verir ki, bankın təhlilçiləri hesab edirlər ki, İndoneziyanın dünyanın ən iri mis mədənlərindən biri olan Qrasberq mədənində baş verən qəzadan sonra 2025-ci ildə də qiymətlər 10.000 dollar səviyyəsindən yuxarı qalacaq. Mütəxəssislər 2028-ci ilə qədər qlobal mis bazarının kəsir vəziyyətinə keçəcəyini proqnozlaşdırırlar. Bu vəziyyət tədarükün tələbi ödəməməsi ilə nəticələnəcək və qiymətlərin ton üçün 11.000 dollar həddini aşmasına səbəb olacaq.
Sərfəli mobil xidmətləri və sosial layihələrə davamlı dəstəyi ilə seçilən “Nar”ın tərəfdaşlığı ilə “Bütün Vücudlar Danışır” sosial layihəsinin 2024-2025-ci illər üzrə hesabat tədbiri keçirilib. Layihənin əsas məqsədi həssas və qeyri-həssas qrupları bir araya gətirməklə onların fiziki və emosional rifahını yaxşılaşdırmaq, sosial bacarıqlarını inkişaf etdirmək, yeni dostluqlar qurmaq və inklüziv cəmiyyətin gücləndirilməsinə töhfə verməkdir. Tədbir çərçivəsində layihənin hesabatı təqdim olunub. Bildirilib ki, il ərzində layihəyə ümumilikdə 587 nəfər – həm əlilliyi olan, həm də olmayan iştirakçı cəlb edilib və beləliklə, həssas və qeyri-həssas qrupların birgə fəaliyyəti dəstəklənib. Həmçinin, cəmiyyətdə inklüziv davranış mədəniyyətinin təşviqi məqsədilə sosial şəbəkələrdə yayımlanan maarifləndirici videoların təsiri və…
Qlobal investisiya nəhəngi BlackRock-un səhmləri bazarda güclü performans nümayiş etdirərək 1184.00 ABŞ dolları dəyərində tarixi rekord qırdı. GDP xəbər verir ki, qlobal aktivlərin idarəetmə şirkəti BlackRock-un səhmləri bazarda güclü performans nümayiş etdirərək, 1184.00 ABŞ dolları dəyəri ilə bütün zamanların ən yüksək göstəricisini qeydə alıb. Maliyyə analitikləri tərəfindən təqdim olunan məlumata əsasən, şirkətin səhmləri son 4 həftə ərzində 7.09% dəyər qazanıb. Bu, investorların şirkətə etibarının artmasını və gələcək gəlir gözləntilərini əks etdirir. Uzunmüddətli performansa baxdıqda isə daha da təsir edici bir mənzərə ön plana çıxır. BlackRock səhmləri ötən 12 aylık dövrdə təxminən 25.84% dəyər artımı ilə investorlarına əhəmiyyətli gəlir gətirib.
İnnovasiya lideri Bakcell-in süni intellekt əsaslı lotereyası davam edir. Lotereyanın ilk qalibi “iPhone 17” qazanan Rafael İmamverdiyev oldu. Abunəçilər lotereyada hər gün “iPhone 17”, hər həftə “Zeekr 001” və sonda “Porsche Cayenne” avtomobili qazanmaq şansı əldə edirlər.İstifadəçilər lotereyada Bakcellin “Şans” paketlərini əldə edərək qalib olma şanslarını artıra bilərlər. “Şans” paketi istifadəçinin qalib olma şansını 8 dəfəyədək artırır. Əlavə olaraq, hər bir “Şans” paketi ilə iştirakçılar bonus şəbəkədaxili danışıq dəqiqələri qazanırlar. Məsələn, 1 AZN-lik “Şans” paketinə daxil olan 3 şans və 10 şəbəkədaxili danışıq dəqiqəsini *808#3#YES; 5 AZN-lik “Şans” paketinə daxil olan 25 şans və 100 şəbəkədaxili danışıq dəqiqəsini *808#25#YES; 20…
Maliyyə Nazirliyinin 2025-ci ilin yanvar-sentyabr aylarına aid məlumatlarına əsasən, dövlət büdcəsinin gəlir hissəsində proqnoz göstəriciləri aşılıb. GDP Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, əldə edilən gəlirlər aşağıdakı şəkildə formalaşıb: Vergi gəlirləri:İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 12 455,8 milyon manat təşkil edərək, proqnozdan 614,2 milyon manat (5,2%) artıq olub. Əmlak gəlirləri:İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 34,5 milyon manat həcmində qeydə alınıb ki, bu da proqnozdan 8,2 milyon manat (31,2%) yüksək göstəricidir. Digər gəlir mənbələri:Sair daxilolmalar 563,2 milyon manat təşkil edib ki, bu göstərici proqnozdan 304,4 milyon manat (2,2 dəfə) çox olub. Neft Fondu…
Maliyyə Nazirliyinin məlumatına əsasən, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. GDP xəbər verir ki, bu dövrdə xəzinədarlıq orqanı tərəfindən 1 milyon 124 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb. Hesabat dövrünün əsas göstəricilərindən biri də dövlət büdcəsinin gəlirlərinin 29 142,4 milyon manat təşkil etməsi olub. Bu rəqəm doqquz aylıq proqnozu 675,2 milyon manat və ya 2,4 faiz üstələyib. Büdcə gəlirlərinin plan göstəricisindən artıq olması dövlət maliyyəsinin güclü vəziyyətini və iqtisadiyyatın sabit inkişafını əks etdirir.
Azərbaycan Mərkəzi Bankının (AMB) 2025-ci ilin birinci yarımili üzrə “Maliyyə Sabitliyi Hesabatı”na əsasən, bank sektorunda depozitlərin strukturu əhəmiyyətli dəyişikliklərə məruz qalıb. GDP-in məlumatına görə, hesabatda qeyd olunur ki, sektorun əsas maliyyələşmə mənbəyi olan hüquqi şəxslərin depozitlərində azalma qeydə alınıb, eyni zamanda fiziki şəxslərin depozitlərində isə artım müşahidə olunub. 2025-ci ilin yanvar-iyun ayları ərzində hüquqi şəxslərin depozitləri 4.7% (1.1 milyard manat) azalaraq 22.3 milyard manat təşkil edib. Fiziki şəxslərin depozitləri isə 5.3% (0.76 milyard manat) artaraq 15.1 milyard manata çatıb. Nəticədə, 2025-ci ilin I yarımilinin sonuna olan məlumatlara əsasən hüquqi şəxslərin depozitlərinin ümumi öhdəliklərdə payı 5.7 faiz bənd azalaraq 44.8% olub,…
Mərkəzi Bankın məlumatlarına görə, xalis kredit portfelinin payı 48%-dən 47%-ə enmişdir. Bu, bankların kredit tədarükünə ehtiyatlı yanaşdığını göstərir. Eyni zamanda, likvid aktivlərin payı 27%-dən 28%-ə yüksələrək sektorun likvidlik riskinə qarşı daha hazırlıqlı olduğunu ortaya qoyur. Qiymətli kağızlara gəlincə, 2025-ci ilin ilk yarısında aktivlərin 18%-i bu kateqoriyaya daxildir. Öhdəliklərdə struktur dəyişikliyi: Maliyyələşmə mənbələrində diqqət çəkən dəyişikliklər müşahidə olunur. Hüquqi şəxslərin depozitlərinin payı 48%-dən 45%-ə enərək 3 faiz bənd azalıb. Fiziki şəxslərin depozitləri isə 31%-dən 30%-ə qədər geriləyib. Bunun əksinə olaraq, digər maliyyə mənbələrinin ümumi payı 20%-dən 25%-ə yüksəlib. Xüsusilə, mərkəzi idarəetmə orqanlarının depozit və kreditləri (6%) və digər maliyyə institutları qarşısında öhdəliklər (14%) sektorun maliyyələşməsində daha əhəmiyyətli…
ABŞ prezidenti Donald Tramp bildirib ki, gömrük rüsumları hesabına ölkə artıq 200 milyard dollardan çox gəlir əldə edib. GDP xəbər verir ki, onun sözlərinə görə, məqsəd bu rəqəmi ildə 1 trilyon dollara çatdırmaqdır.
