- Nazir “BlackRock” şirkətinin qlobal rəhbəri ilə görüşüb, imzalanmış Memorandum üzrə müzakirə aparılıb
- Kart ödənişlərində ƏDV avtomatik geri gələcək
- Yaxın Şərqdə münaqişənin gərginləşməsi fonunda qızıl bahalaşır
- Mərkəzi Bank sədri Bakı Fond Birjasının kollektivi ilə görüşüb
- Bakı Fond Birjasınının ümumi dövriyyəsi 34,8% azalıb
- Yaxın Şərqdəki gərginlik Asiya bazarını çökdürdü
- Qızıl bazarında yeni dövr: 22% artım və 5500 dollar gözləntisi
- Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik
Author: Aynure Gdp
2025-ci ilin yanvar–avqust aylarında fəaliyyət göstərən bankların xalis mənfəəti 774.3 mln. manat təşkil etmişdir. Bu göstərici 2025-ci ilin yanvar–iyul aylarının nəticələri ilə müqayisədə 91.5 mln. manat və ya 13.4% artmışdır. Ötən ilin müvafiq dövrü (2024-cü ilin yanvar–avqust ayları) ilə müqayisədə isə xalis mənfəət 2.0 mln. manat və ya 0.26% yüksəlmişdir. GDP Mərkəzi Banka istinadla xəbər verir ki, hesabat dövründə bankların əməliyyat mənfəəti 1,187.5 mln. manat olmuşdur ki, bu da iyul ayı ilə müqayisədə 101.6 mln. manat və ya 9.4% artım deməkdir. 2024-cü ilin yanvar–avqust ayları ilə müqayisədə isə əməliyyat mənfəətində 39.3 mln. manat və ya 3.4% artım qeydə alınmışdır. Banklar…
31 avqust 2025-ci il tarixinə fəaliyyət göstərən bankların cəmi aktivləri 55,672.4 mln. manat təşkil etmişdir. Bu göstərici ötən ilin müvafiq dövrü – 31 avqust 2024-cü il ilə müqayisədə 6,104.7 mln. manat və ya 12.3% artıb.Lakin bankların cəmi aktivləri 31 iyul 2025-ci il ilə müqayisədə 27.7 mln. manat və ya 0.05% azalmışdır. GDP Mərkəzi Banka istinadla xəbər verir ki, bank sektorunun cəmi öhdəlikləri 31 avqust 2025-ci il tarixinə 48,595.3 mln. manat olmuşdur ki, bu da 31 iyul 2025-ci illə müqayisədə 94.4 mln. manat və ya 0.19% azalma deməkdir. Bununla yanaşı, ötən ilin eyni dövrünə nisbətən öhdəliklər 5,339.3 mln. manat və ya…
Anım Günü münasibətilə Azərbaycan Respublikası Mərkəzi Bankının rəhbərliyi və kollektivi Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad edib. Bu məqsədlə Zəfər parkını ziyarət edən Bank nümayəndələri şəhidlərin əziz xatirəsini dərin hörmətlə anaraq Zəfər abidəsinin önünə gül dəstələri düzüblər. Ziyarət zamanı şəhidlərin xalqımız və dövlətimiz üçün göstərdikləri qəhrəmanlıq və fədakarlıq bir daha xatırlanıb, onların əziz xatirəsi ehtiramla yad edilib.
Lufthansa aviaqrupu genişmiqyaslı kadr azaldılması planlaşdırır. Reuters-in mənbələrinin məlumatına görə, yaxın illərdə təxminən 20% inzibati vəzifələrin ləğv edilməsi barədə amüzakirələr aparılır. Bu, bir neçə min əməkdaşa təsir edə bilər. GDP xəbər verir ki, hazırda Lufthansa Qrupunda təxminən 103 min nəfər işləyir. Lufthansa aviaşirkətinin baş direktori Yens Ritter xərclərin artması səbəbilə bir sıra Almaniya aeroportlarından uçuşların azadılması barədə xəbərdarlıq edib. Bremen, Drezden, Köln, Leypsiq, Münster, Nürnberq və Ştutqart kimi şəhərlərə uçuşlar təhlükə altındadır. Ritter hökuməti vədinə əməl etməməkdə ittiham edərək kəskin tənqid edib. O, bildirib: “2026-cı il üçün büdcə layihəsində Almaniyadan hava daşımaları üçün heç bir güzəşt nəzərdə tutulmaması çox təəssüffləndiricidir”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzaya vurduğu ziyana görə 100 milyard dollar təzminat ödəməli olduğunu bildirib. Ərdoğan Qəzzadakı maddi dağıntıların miqyasına diqqət çəkərək əlavə edib ki, İsrail hökuməti bölgəyə vurduğu ziyana görə iqtisadi məsuliyyət daşımalıdır. O həmçinin vurğulayıb ki, digər dünya dövlətləri də Türkiyə kimi İsrailə qarşı sanksiyalar tətbiq etməlidir.
ABŞ-da səhm bazarlarını canlandırmaq məqsədilə maraqlı bir iqtisadi sxem həyata keçirildiyi iddia edilir. GDP xəbər verir ki, bu sxemin əsas mərhələləri aşağıdakı kimi təqdim olunur: Birinci mərhələdə, ABŞ hökumətinin dəstəyi ilə “OpenAI” şirkəti “Stargate” adlanan dünyanın ən böyük Süni İntellekt (AI) klasterinin tikintisini elan etdi. Qeyri-birja şirkəti olmasına baxmayaraq, “OpenAI”‑in bazar dəyərinin 30% artdığı bildirilir. İkinci mərhələdə, “OpenAI” ilə “Oracle” şirkəti arasında 300 milyard dollar dəyərində tərəfdaşlıq elan olundu. Bu elandan sonra “Oracle”‑ın səhmləri tarixində ən yüksək göstəricilərə qalxdı. Üçüncü mərhələdə, “Oracle” şirkətinin bu layihə üçün çox böyük miqdarda “Nvidia” çiplərinə ehtiyac duyduğu açıqlandı. Bu xəbər “Nvidia” səhmlərinin sürətli artımına…
Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti İsveçrə Milli Bankına (İMB) işgüzar səfər edib. GDp xəbər verir ki, Səfər çərçivəsində AMB nümayəndələri İMB tərəfindən təşkil olunmuş, risklərin idarə olunması mövzusuna həsr olunmuş tədbirdə iştirak ediblər. Tədbirdə Mərkəzi Asiya ölkələrinin mərkəzi banklarından da nümayəndələr iştirak edib. Tədbirin əsas məqsədi risklərin idarə olunması sahəsində qabaqcıl beynəlxalq təcrübələrin müzakirəsi, öyrənilməsi və maliyyə institutları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi olub. Tədbirdə çıxış edən AMB-nin Risklərin İdarə Edilməsi Departamentinin direktoru Məhəmməd Məhərrəmli təqdimatla çıxış edərək, Azərbaycan Mərkəzi Bankının risklərin idarə edilməsi sahəsindəki öz təcrübəsindən və bu sahədəki müasir çağırışlardan bəhs edib. Bu səfər və iştirak, AMB-nin beynəlxalq…
Azərbaycanda bərpa olunan enerji mənbələri (BOEM) hesabına qənaət edilmiş qazdan hidrogen istehsalında istifadə etmək olar. GDP xəbər verir ki, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) BOEM sahəsində baş bankiri Sandro Museridze Bakıda keçirilən “Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya” tədbiri çərçivəsində bildirib. S.Museridze xatırladıb ki, EBRD Azərbaycana uzunmüddətli aşağı karbonlu strategiya hazırlamaqda kömək edir. “Enerji sistemini modelləşdirmək üçün biz enerji təhlükəsizliyini və davamlı inkişafı təmin edəcək, eləcə də karbon emissiyalarını azaldacaq ssenariləri nəzərdən keçiririk. Hazırda Azərbaycanda quraşdırılmış gücün 80 %-dən çoxu neft və qazla işləyir. Yalnız iki BOEM-in əlavə edilməsi ilə ildə təxminən 300 min kubmetr qazı azad etmək mümkündür.…
Azərbaycan Respublikası Milli Depozit Mərkəzi (MDM) ilə dünyanın aparıcı qlobal depozitar və klirinq təşkilatlarından biri olan “Clearstream” şirkətinin nümayəndələri arasında görüş keçirilib. GDP xəbər verir ki, görüşdə MDM-i Müşahidə Şurasının sədri Elçin Əlizadə və İdarə Heyəti sədrinin müşaviri Müşfiq Əhmədli, “Clearstream”i isə Qlobal Məhsullar üzrə Baş Meneceri Yan Vilyems təmsil edib. Görüş zamanı depozitar xidmətlər sahəsində qarşılıqlı əməkdaşlığın perspektivləri və Azərbaycan kapital bazarının beynəlxalq maliyyə bazarlarına inteqrasiyası məsələləri müzakirə olunub. Tərəflər qarşılıqlı hesablaşma mexanizmlərinin yaradılması, o cümlədən MDM-in “Clearstream”də, “Clearstream”in isə MDM-də nominal saxlayıcı hesablarının açılması imkanları ilə bağlı müzakirələr aparıb. Bu, “Clearstream”in geniş beynəlxalq investor bazasının Azərbaycan fond bazarına…
Türkiyə və ABŞ dinc nüvə enerjisi sahəsində strateji tərəfdaşlıq memorandumu imzalayıb
