Author: Aynure Gdp

EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionunun inkişaf etməkdə olan bazarlarının bankları ABŞ hökumətinin tarif siyasətinin sərtləşdirilməsi və bununla əlaqədar ticarət və maliyyə sahəsində qeyri-müəyyənlik səbəbindən müxtəlif, lakin ümumiyyətlə məhdud təsirlə üzləşirlər. GDP xəbər verir ki, bu barədə beynəlxalq reytinq agentliyi “Fitch Ratings”in hesabatında bildirilir. Qurum bəyan edib ki, təsir səviyyəsi, ilk növbədə, region ölkələrinin iqtisadiyyatlarının ABŞ-də tarif siyasətinin sərtləşdirilməsindən nə dərəcədə zərər çəkəcəyindən, o cümlədən bu ölkələrdəki banklara təsirindən, həmçinin qlobal bazarlardakı volatillik səviyyəsindən asılıdır. “Fitch Ratings” qeyd edib ki, ABŞ-yə ixrac yolu ilə birbaşa təsir əhəmiyyətsiz olaraq qalır. “Neft ixrac edən ölkələr neft qiymətlərinin düşməsindən zərər çəkəcəklər. Bu…

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirdiyinə görə, AMB kreditləşmənin davam etdirilməsi üçün tələb olunan vəsaitin bankların öz marjalarından istifadə edərək təmin edilməsini gözləyir. Sədr bankların hazırda 6-8% arasında çox yüksək marjalarla işlədiyini qeyd edib. “Mən bankirlərə ədalət naminə harada səhvdirlərsə, ‘səhvsiniz’ deyirəm, harada haqlıdırlarsa, ‘haqlısınız və sizin tərəfinizi saxlayacam’ deyirəm,” – Kazımov vurğulayıb. O, bankların “böyük marja şəraitində” deyil, “aşağı marja, böyük həcm” prinsipi ilə işləməyi öyrənməli olduqlarını bildirdi və bu istiqamətdə banklar ilə işlərin aparıldığını qeyd edib. AMB sədrinin sözlərinə görə, hökumət hesablarındakı vəsaitlərin bank sektoruna buraxılması…

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında manatın dəyərinin formalaşma mexanizmi və bank sektorunda likvidlik məsələləri barədə geniş açıqlama verib. GDP-nin məlumatına görə, Kazımov bildirib ki, keçmişdə Mərkəzi Bank fərqli pul siyasəti həyata keçirirdi və bank sektorunda izafi likvidlik mövcud idi. “Vəsaitlər hesablarda qalırdı, heç bir dəyər formalaşmırdı. Mərkəzi Bank öz pul siyasətini dəyişdirdikdən sonra həyata keçirdiyi islahatların nəticəsi olaraq artıq hər bir manatın dəyəri formalaşıb,” – deyə AMB sədri qeyd edib. Taleh Kazımov manatın dəyəri anlayışına aydınlıq gətirib: “Bəzən manatın qiyməti nədir sualına ‘manatın qiyməti 1.7-dir’ cavabı verilir. Bu,…

Read More

Pekində Dövlət Neft Fondu ilə Çinin İnvestisiya Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Bu, Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində bu ölkənin sədri Si Cinpinin iştirakı ilə baş tutub. Sənədi Fondun İcraçı direktoru İsrafil Məmmədovla Korporasiyasının sədri və icraçı direktoru Can Çinson imzalayıblar.

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bank sektorunda likvidlik vəziyyətini şərh edib. GDP xəbər verir ki, Kazımov bank sektorunun likvidliklə bağlı problemləri olması barədə fikirlərə qəti şəkildə etiraz edib. “Bank sektorunun likvidliklə bağlı problemləri var fikri yanlışdır. Elə bir şey yoxdur. Bu sözü mən 1 ildən çoxdur eşidirəm,” – deyə AMB sədri bildirib. Taleh Kazımov əlavə edib ki, əgər maliyyə sektorunda likvidlik problemi olsaydı, artıq çoxdan böhranlar baş vermiş olardı. AMB sədrinin sözlərinə görə, bank sektorunda likvidlik vəziyyəti normal səviyyədədir.

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında milli valyutanın məzənnəsini formalaşdıran amilləri açıqlayıb. Kazımovun sözlərinə görə, manatın məzənnəsi yalnız tədiyyə balansından deyil, üç əsas amildən asılıdır: tədiyyə balansı, fiskal büdcə siyasəti və bazar gözləntiləri. “Tədiyyə balansı, xüsusilə cari əməliyyatlar balansı manatın məzənnəsinə birbaşa təsir göstərir. Sadə dillə desək, tədiyyə balansı profisitdə olanda ölkəyə valyuta daxil olur, defisitdə olanda isə ölkədən valyuta çıxır,” – deyə AMB sədri qeyd edib. Taleh Kazımov vurğulayıb ki, fiskal siyasət, yəni büdcə gəlir və xərclərinin idarə edilməsi də valyuta bazarında tələb-təklifi formalaşdıran mühüm amillərdən biridir. Mərkəzi…

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında Ümumi Daxili Məhsulun artım və inflyasiya arasındakı əlaqəni açıqlayıb. “Bizim hesablamalarımız onu göstərir ki, 5%-lik Ümumi Daxili Məhsulunun əldə edilməsi üçün iqtisadiyyatımızda 4%-lik inflyasiya olmalıdır,” – deyə Taleh Kazımov bildirib. AMB sədrinin sözlərinə görə, bu göstərici plus-minus 2 faiz bəndi həcmində dəyişə bilər. Qeyd edək ki, Mərkəzi Bank qeyri-neft sektorundakı sabit artımı dəstəkləmək və eyni zamanda inflyasiyanı nəzarətdə saxlamaq məqsədi ilə monetar siyasət alətlərindən, o cümlədən faiz dəhlizi parametrlərindən istifadə edir.

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında banklararası valyuta bazarında aktivliyin azaldığını bildirib. GDP xəbər verir ki, Kazımovun sözlərinə görə, banklar öz müştəri sahəsində tələb və təklifi qarşıladıqları üçün banklararası valyuta bazarı əvvəlki dövrlə müqayisədə daha az aktivdir. “Banklararası bazar 2023-cü ildə daha çox aktiv idi, indi daha az aktivlik müşahidə edirik”, – deyə AMB sədri qeyd edib. Taleh Kazımov həmçinin bildirib ki, avro və türk lirəsi kimi digər valyutalarla bağlı əməliyyatlarda daha çox aktivlik müşahidə olunur, nəinki manat və dollar əməliyyatlarında. Onun sözlərinə görə, bu vəziyyət gözləniləndir. AMB sədrinin…

Read More

Aprelin ilk ongünlüyündə 7.68% olan orta günlük səviyyə ilə qeyd olunan 1D AZIR indeksi, ikinci ongünlükdə 7.21%-ə düşüb. Bu azalmanın arxasında isə ölkə bank sisteminin likvidlik mövqeyinə təsir edən bir sıra daxili amillər durub. Xüsusilə, 11 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının depozit formasında sistem əhəmiyyətli banklara yerləşdirilməsi üzrə hərracın keçirilməsi, bank sisteminin likvidlik mövqeyinə müsbət təsir göstərib. Bunun nəticəsində isə pul bazarında likvidliyin artması 1D AZIR indeksinə aşağı yönəlmiş təzyiq yaratmışdır.

Read More

Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyəti pul-siyasəti parametrlərində dəyişiklik etməmək qərarı qəbul edib. Qərara əsasən, uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, yuxarı həddi isə 8.25% səviyyəsində saxlanılacaq. Mərkəzi Bankdan edilən açıqlamada qeyd olunub ki, bu qərar mövcud iqtisadi şərait, inflyasiya proqnozları və beynəlxalq bazar tendensiyaları nəzərə alınmaqla müəyyənləşdirilib.

Read More