Author: Aynure Gdp

ABB-nin İdarə heyətinin sədri Abbas İbrahimov Naxçıvan Muxtar Respublikasına işgüzar səfər çərçivəsində filiala baş çəkib. Səfər zamanı bölgənin sosial-iqtisadi inkişafında bankın rolu müzakirə olunub, tərəfdaşlarla görüşlər keçirilib və maliyyələşdirilən layihələrin gedişatına yerində nəzarət edilib. ABB sədri bildirib ki, səfər çərçivəsində regionun inkişafına töhfə verə biləcək yeni təşəbbüslər də dəyərləndirilib. İbrahimov qeyd edib ki, bank Naxçıvana bu günə qədər təxminən 100 milyon manat dəyərində kredit qoyuluşu edib və bunun 65 faizdən çoxu biznes kreditlərindən ibarətdir. “Bu da regionda sahibkarlığın, istehsalın və məşğulluğun inkişafına birbaşa dəstək deməkdir. Səfərimiz faydalı və məhsuldar oldu. Naxçıvanın iqtisadi potensialını daha da gücləndirmək üçün yerli bizneslərlə işbirliyini…

Read More

2026-cı ildən etibarən Azərbaycan qeyri-neft-qaz sektorunun özəl bölməsində fiziki şəxslərin gəlir vergisi, sosial sığorta və tibbi sığorta haqları üzrə yeni mərhələli model tətbiq etməyə başlayır. Bu islahat paketi rəsmi məşğulluğun genişləndirilməsi, əmək bazarında şəffaflığın artırılması, biznesin xərclərinin optimallaşdırılması və sosial müdafiənin gücləndirilməsi məqsədlərini daşıyır. Eyni zamanda ölkənin vergi sisteminin regiondakı müasir tendensiyalara uyğunlaşdırılmasını hədəfləyir. Aylıq gəliri 2500 manatadək olan şəxslər üçün vergi dərəcəsi 3 illik mərhələli keçidlə formalaşacaq: 2026: 3% 2027: 5% 2028 və sonrası: 7% Mövcud 200 manatlıq vergi güzəşti isə qüvvədə saxlanılır. Bu yanaşma aşağı gəlir qruplarını daha güclü sosial müdafiə ilə təmin edir və onların rəsmi məşğulluqdan…

Read More

Dövlət Vergi Xidmətinin (DVX) məlumatına görə, 2026-cı il yanvarın 1-dən etibarən müəyyən edilmiş sektorda muzdlu iş üzrə işçilərin sosial sığorta haqlarının hesablanması zamanı aylıq gəlirin 8000 manatadək olan hissəsi üçün cari tariflər qüvvədə qalacaq. GDP -yə Vergi Xidmətindən verilən məlumata əsasən, əmək haqqının 8000 manatdan yuxarı olan məbləği üçün sosial sığorta haqlarının ümumi dərəcəsi 25 faizdən 21 faizə endiriləcək. Bununla da, işçilərin 8000 manatdan artıq əmək haqqından tutulan ayırmaların dərəcəsi 10 faiz, işəgötürənin ödədiyi ayırmaların dərəcəsi isə 11 faiz təşkil edəcək. Beləliklə, 2026-cı ildən etibarən yüksək gəlirli işçilərin sosial sığorta haqlarının hesablanması zamanı 8000 manatdan yuxarı hissəyə görə tariflər 4…

Read More

“PASHA Holding” MMC və “PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PASHA Yatırım Bankası A.Ş.”nin baş icraçı direktoruna müavin təyin edilib. GDP  xəbər verir ki, Fərid Əliyev “PASHA Bank Türkiye”nin baş icraçı direktorunun müavini və baş maliyyə inzibatçısı təyin edilib. Onun bankçılıq və maliyyə sahəsində biznes təcrübəsi 17 ildir. F.Əliyev 2019-cu ilin yanvarından holdinqin digər törəmə bankı “Kapital Bank” ASC-də çalışırdı. 2020-ci ilin martından bankın Xəzinədarlıq departamentinin direktoru kimi çalışıb. Yenilənmiş məlumata əsasən F.Əliyev 2025-ci ilin noyabrından Türkiyədəki vəzifəsinin icrasına başlayıb. Daha öncələr isə “Ziraat Bank Azərbaycan” ASC və “PAŞA Bank” ASC-də müxtəlif vəzifələrdə çalışıb. O, Qafqaz Universitetində Biznesin İdarə Olunması üzrə…

Read More

Azərbaycanda 2019-cu ildən qüvvədə olan, qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanlar üçün nəzərdə tutulmuş gəlir vergisi ilə bağlı güzəştin müddətinin 2026-cı il yanvarın 1-də başa çatması ilə əlaqədar fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergilər yeni qaydada tutulacaq. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, 2026-cı ildə aylıq gəliri 2 500 manata qədər olanlar 3%, 2027-ci ildə 5%, 2028-ci ildən isə 7% vergi ödəyəcəklər. Aylıq gəliri 2 500 manatdan 8 000 manata qədər olanların vergisi 2026-cı ildə 75 manat + 2 500 manatdan 8 000 manata qədər hissənin 10 %-i…

Read More

(®) Bakcell-in meqa lotereyasında süni intellektin seçimi ilə daha bir avtomobil qalibi məlum olub. Həftəlik tirajın nəticələrinə görə 7-ci “Zeekr 001” qalibi Fizuli Həsənov olub. Bakcell-in meqa lotereyasında hər gün “iPhone 17”, hər həftə isə “Zeekr 001” qaliblərini müəyyən edilir. Lotereya 31 dekabr tarixinədək davam edəcək və qarşıdakı həftələrdə daha 6 “Zeekr 001” avtomobilinin qalibləri bəlli olacaq. Sən də cəmi 1 AZN ilə növbəti lüks avtomobil qalibi ola bilərsən! Lotereyada qalib olmaq üçün sadəcə “Şans” paketlərini əldə etmək kifayətdir: 1 AZN-lik “Şans” paketi – 3 şans → *3#YES • 5 AZN-lik “Şans” paketi – 25 şans →*25#YES Qeyd edək ki,…

Read More

Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yeni qaydada müəyyənləşdiriləcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınacaq. Qeyd edək ki, əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. Beləliklə, sadələşdirilmiş verginin ödəyicisi olmaq…

Read More

Gələn ildən Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, aksiz dərəcəsi minik avtomobillərinin mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 0,30 manat, mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 5 manat, mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 35 manat, mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 53600…

Read More

Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Beləliklə ki, mövcud qanunvericilikdə fiziki şəxslərin mənzil kirayə verilməsindən əldə olunan gəlirdən 14% verginin ödənilməsi nəzərdə tutulurdusa, yeni dəyişikliklərdə bu hədd 10%-ə endirilir. Kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə kirayəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 10 faiz dərəcə ilə vergini ödəyəcək…

Read More

Rəsmi iş elanları, tanışlıqla tapılan işçilər, yorucu zənglər, vasitəçilər və vaxt itirən proseslər.  Bir platforma bu sistemi kökündən dəyişdirməyə başlayana qədər əmək bazarı uzun illərdir eyni qaydada işləyirdi. Lamar — əmək bazarında inqilab yaradan, insanları birbaşa bir-biri ilə əlaqələndirən yeni nəsil mobil platformadır. Bu tətbiq klassik iş elanlarından çox daha irəli gedərək həm iş axtaranlara, həm də xidmət göstərənlərə real vaxtda və lokasiya əsaslı şəkildə tapılma imkanı yaradır. Hər kəs üçün yeni imkan: Bacarığını pula çevir Lamar yalnız iş axtarmaq üçün deyil — bacarığını nümayiş etdirmək üçün bir arenadır. • Sən təmirçi ola bilərsən, usta, dizayner, sürücü, repetitor və ya…

Read More