- Taleh Kazımov: “Mövcud inflyasiyanın 70%-i idxal olunur”
- Dövlət Vergi Xidməti 4 ayda 6 milyard manatdan çox vergini dövlət büdcəsinə köçürüb
- Taleh Kazımov: “Yelo Bankla bağlı heç bir problem görmürük”
- Risksiz gəlir illüziyası: Bitkoin, inflyasiya və real sərvət müqayisəsi-Tamerlan Bayramov yazır
- Taleh Kazımov: “İnflyasiya proqnozları yuxarı reviziya olunsa da, hədəf diapazonunda qalacaq”
- Mərkəzi Bank faiz qərarını açıqladı
- 2026-cı ilin ilk dörd ayında dövlət büdcəsindən 96,5 milyon manat geri qaytarılıb
- Azərbaycan kibertəhlükəsizlik üzrə beynəlxalq reytinqdə 21 pillə irəliləyib
Author: Aynure Gdp
2025-cü ilin oktyabr ayında “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti ümumi dəyəri 20 milyon manat olan istiqraz buraxılışını 27 oktyabr tarixində dövlət qeydiyyatına aldırmışdır. Şirkət istiqrazları “kütləvi təklif” üsulu ilə satışa çıxarıb. Eyni gündə, “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti də istiqraz buraxılışı həyata keçirib. Şirkət 20 milyon ABŞ dolları dəyərində olan 20,000 ədəd istiqrazı qapalı yerləşdirmə üsulu ilə buraxmışdır. Hər bir istiqrazın nominal dəyəri 1,000 ABŞ dolları təşkil edir və ümumi buraxılışın həcmi 20 milyon ABŞ dolları olaraq müəyyən edilib. Qeyd edək ki, 2025-ci ilin oktyabrın 3-dən 30-dək olan dövr ərzində yerli səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən manat və xarici…
“Azərmaş Group” MMC-nin 2024-cü ilin maliyyə göstəriciləri, 2023-cü il ilə müqayisədə əhəmiyyətli bir artım nümayiş etdirib. Şirkətin satış gəlirləri 2024-cü ildə 63 milyon 657 min 809 manata çatmışdır, bu isə 2023-cü illə müqayisədə 104.1% artım deməkdir. GDP şirkətin maliyyə hesabatına istinadla xəbər verir ki, xalis mənfəət də 83.6% artaraq 9 milyon 335 min 410 manat olmuşdur. Bu artım şirkətin gəlir artımını səmərəli şəkildə idarə etdiyini və xərclərin nisbətən aşağı tempdə artdığını göstərir. Ümumi mənfəət marjası isə təxminən eyni səviyyədə qalmışdır, 2024-cü ildə bu göstərici 26.1%, 2023-cü ildə isə 26.4% olmuşdur. Bu, şirkətin fəaliyyətindəki sabit gəlirliliyi göstərir. Şirkətin cəmi aktivləri 2024-cü…
Nvidia şirkətinin səhmləri, 57 milyard ABŞ dolları məbləğində rekord rüblük gəlir açıqlamasından sonra 5% artaraq investorlar arasında böyük marağa səbəb olub. GDP xəbər verir ki, bu nəticə şirkətin bazar dəyərinə 200 milyard dollar əlavə edərək, texnologiya sektorunda güclü mövqeyini daha da möhkəmləndirib.
2025-ci ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış investisiya qiymətli kağızları ilə bağlı məlumat açıqlanıb. Bu dövr ərzində 14 yeni qiymətli kağız buraxılışı qeydiyyata alınıb. Onlardan 8-i səhm buraxılışı, 6-sı isə istiqraz buraxılışlarından ibarət olub. GDP xəbər verir ki, səhm buraxılışları əsasən “qapalı yerləşdirmə” üsulu ilə həyata keçirilib. Oktyabr ayında qeydiyyata alınmış ən böyük səhm buraxılışı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur. Şirkət 545 milyon 7 min 995 ədəd, nominal dəyəri 2 manat olan səhmlər buraxaraq, ümumi dəyəri 1 milyard 90 milyon 15 min 990 manat olan emissiya həyata keçirib. Digər əhəmiyyətli səhm buraxılışı isə “AZERFLOAT” Qapalı Səhmdar Cəmiyyətinə aiddir.…
2022-ci ildən etibarən Azərbaycanın xarici ticarət dövriyyəsi təqribən 50 milyard ABŞ dolları səviyyəsində sabitləşib. GDP xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycanda 2018-ci ildən başlayaraq vergi, gömrük və əmək bazarı sahəsində islahatlara start verilib və 2019-2025-ci illərdə ölkə iqtisadiyyatının inkişafında çox mühüm keyfiyyət və struktur dəyişiklikləri baş verib: “Bu dövr ərzində qeyri-neft qaz sektorunun iqtisadiyyatda payı 2018-ci ildəki 58 %-dən, cari ilin son tarixinə 70 %-dək yüksəlib. 2022-2025-ci illərdə orta illik hesabla ümumdaxili məhsulun 3,3 % artması gözlənilir və bu da strategiya ilə müəyyən…
Azərbaycanda pul siyasəti üzrə islahatlar çərçivəsində ölkədə ilk dəfə olaraq banklararası bir gecəlik təminatsız əqdlər üzrə faiz dərəcəsi – AZIR indeksi Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizinin parametrlərinə reaksiya verməyə başlayıb və davamlı olaraq uçot dərəcəsinə yaxın idarə olunub. GDP xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib. O xatırladıb ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) milli valyutada AZIR indeksinə bağlı üzən faizli istiqrazların yerləşdirilməsinə başlayıb və 50 milyon manatlıq ilk buraxılışı açıq təklif üsulu ilə uğurla yerləşdirib: ” Bu, Azərbaycanın…
Dekabrın 15-də, saat 17:00-da “PAŞA Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. GDP xəbər verir ki, yığıncaq müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən keçiriləcək. Yığıncağın gündəliyi açıqlanmayıb. Xatırladaq ki, “PAŞA Bank” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 28,2 %-i “Bless” MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 74 korporativ istiqraz emissiyası təsdiq edilib. GDP xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib. Bundan başqa, onun sözlərinə görə, 10 ayda qiymətli kağızlar bazarındakı əməliyyatların ümumi məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 7 % artaraq 55 milyard manat təşkil edib: “Dövr ərzində dövlət qiymətli kağızları ilə aparılan əməliyyatların dəyəri 8,9 milyard manat olub. Hesabat dövründə qiymətli kağızların dövlət qeydiyyatı üzrə 17 milyard manat həcmində emissiya həyata keçirilib”, – deyə o qeyd edib.
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 300 073 mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışla təmin edib. GDP Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,1 % azdır. Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 57 614-ü (19,2 %) ilkin, 242 459-u (80,7 %) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 11,9 % çox və 4,9 % azdır. Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 58 587, mənzil üzərində 78 092, torpaq sahəsi 152 521, qeyri-yaşayış binası üzərində 2 592, qeyri-yaşayış sahəsi üzərində 7 564, əmlak kompleksi üzrə 616, çoxmərtəbəli yaşayış binası üzərində 98 və çoxillik əkmələr üzərində 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı…
