- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
2025-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın aqrar məhsullarının ixracının dəyəri 190,4 milyon ABŞ dolları və ya 27,1% artaraq, 892,1 milyon dollara çatmışdır. GDP bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki,digər tərəfdən, aqrar-sənaye məhsullarının ixracı isə təxminən sabit səviyyədə qalaraq, cəmi 0,9 milyon dollar və ya 0,3% artıb və 288,2 milyon dollar təşkil edib. Bu iki əsas qrupun cəmi olan ümumi aqrar və aqrar-sənaye məhsulları ixracı da məhz aqrar məhsulların güclü performansı sayəsində yüksəliş trendini davam etdirib. Ümumi ixracın dəyəri 211,1 milyon dollar və ya 21,3% artaraq 1,2 milyard ABŞ dollarına yüksəlib. Nəticə etibarilə, 2025-ci ilin on bir aylıq dövründə qeydə alınan ümumi 21,3%-lik ixrac artımının qeyri-bərabər…
2025-ci ilin yanvar-noyabr aylarında ölkənin qeyri-neft sektoru üzrə ümumi ixracı 3,3 milyard ABŞ dolları təşkil edib. GDP İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, bu 2024-cü ilin eyni dövründəki 3,1 milyard dollar səviyyəsi ilə müqayisədə 200 milyon dollarlıq və ya təxminən 6,45% artım deməkdirş Artımın əsas drayverinin yeyinti məhsulları ixracı olduğu müşhidı edilir. Hesabat dövründə yeyinti məhsulları üzrə ixrac 19,4% təşkil edərək əhəmiyyətli artım nümayiş etdirib. 2025-ci ilin yanvar-noyabrında yeyinti məhsullarının ixrac dəyəri 1,1 milyard ABŞ dollarına çatıb. 2024-cü ilin eyni dövründə bu göstərici 923 milyon dollar olmuşdur. Müəllif:Aynur Qəniyeva
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov ölkədə kapital bazarlarının rəqəmsallaşma səviyyəsinin yüksək olduğunu bildirib. O, “Rahat deyə bilərəm ki, rəqəmsallaşma istiqamətində kapital bazarlarının infrastrukturu təkmildir” – deyə vurğulayıb. Kazımov qeyd edib ki, əlavə işlər görülməli olsa da, digər inkişaf etmiş kapital bazarları ilə müqayisədə Azərbaycanın infrastrukturu kifayət qədər rəqəmsaldır. Bunu sübut etmək üçün o, keçən il keçirilən ABB-nin İPO-sunda səhmlərə sifarişlərin 84%-nin mobil əlavə vasitəsi ilə verildiyini misal çəkib. Mərkəzi Bankın sədri öz təcrübəsini bölüşərək bildirib ki, keçmişdə investorlar hesab açmaq və əməliyyat aparmaq üçün 3-5 gün vaxt sərf etməli olduğu halda, indi bu proses mobil əlavə vasitəsi ilə maksimum…
İnnovasiya lideri Bakcell danışıq dəqiqələri, internet, SMS paketləri, rouminq və digər üstünlüklərlə bol yeni “GO” tariflərini təqdim edir. 0.99 AZN-dən başlayan “Go” tariflərindən birinə qoşulmaqla abunəçilər, həmçinin “WhatsApp”, “Facebook”, “Instagram”, “TikTok” və “YouTube” platformalarında istifadə üçün əlavə internet bonusları əldə edəcəklər. Məsələn, “GO 11.99” tarifi çərçivəsində “Bakcell” abunəçiləri 5 GB internet, 300 ölkə daxili danışıq dəqiqəsi, bütün istiqamətlər üzrə 150 SMS və “WhatsApp”da limitsiz yazışmaq imkanı qazanacaqlar. Sözügedən tarifə qoşulmaq üçün sadəcə *905#YES kodunu yığmaq kifayətdir. Qeyd edək ki, cari tariflərdən yeni “GO” tariflərinə keçid tamamilə ödənişsizdir. “GO” tarifləri barədə ətraflı məlumatı rəsmi sayt, həmçinin Bakcell mobil tətbiqindən əldə edə…
Binance öz qlobal əməliyyatlarını Kayman adalarından Əbu-Dabiyə köçürəcək
İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən yaşayış kompleksində daha 188 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib. GDP Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır. Yeni mənzillər seçim üçün dekabrın 15-i saat 15:00-dan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər. Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir. İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 8 495 kirayə müqaviləsi bağlanıb.
Maliyyə Nazirliyinin məlumatına görə, 2025-ci ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Həmin dövrdə xəzinədarlıq orqanları tərəfindən 1 milyon 436 mindən çox ödəniş tapşırığı yerinə yetirilib. Büdcə gəlirlərinin icrasında da yüksək göstəricilər qeydə alınıb. Nazirlik büdcə prosesindəki bu müsbət tendensiyanı təsdiqləyir, bu da dövlət maliyyəsinin sabit və effektiv idarə olunmasını əks etdirir.
Azərbaycanda təchizat zəncirinin maliyyələşdirilməsi kontekstində qanunvericilik və requlyativ baza hazırlanır. GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Bank fəaliyyətinə nəzarət departamentinin direktor müavini Müşviq Kərimov Bakıda keçirilən “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə bildirib. Onun sözlərinə görə, bununla bağlı bir sıra məhsullar – faktorinq, əks-faktorinq və forfeytinq mövcuddur. “Sahibkarlar debitor borc sənədini yükləməklə digər təminatlar olmadan vəsait cəlb edə bilərlər. Bu istiqamətdə işlər görülür və hazırda digər dövlət qurumları ilə razılaşma mərhələsindədir. Qeyd olunan mexanizm qısa müddətdə maliyyə əlçatanlığını artıracaq, orta və uzun müddətdə isə maliyyələşmənin dəyərini azaldacaq”, – deyə AMB rəsmisi əlavə edib. Bundan başqa,…
“Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov açıqlayıb ki, şirkət artıq paytaxt metrosunda tətbiq olunan açıq dövrəli ödəniş sistemi tezliklə avtobuslarda da işlədiləcək. GDP xəbər verir ki, metrodakı modelin uğurundan sonra bu texnologiyanın nəqliyyatın digər növlərinə də genişləndirilməsi nəzərdə tutulur. Emil Zeynalov qeyd edib ki, dünyada özünü sübut etmiş bu sürətli və ağıllı sistem şəhər sakinlərinə gediş haqqını birbaşa bank kartları ilə ödəmək rahatlığı yaradır. “Bu əlamətdar hadisə Bakını texnologiyalarımızın gündəlik səfərləri asanlaşdırdığı 300 şəhərlik qlobal şəbəkənin parçası edir,” – deyə o vurğulayıb. Açıq dövrəli ödəniş sisteminin üstünlüyünü onun sadəliyi, sürəti və inklüzivliyində görən Mastercard nümayəndəsi qeyd edib ki, sistem…
“Ödəniş əməliyyatlarının aparılmasına və ödəniş alətlərinə dair Qayda”da dəyişikliklər edilib. GDP xəbər verir ki,bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımov müvafiq qərar imzalayıb. Sənədə əsasən, ödəniş kartları vasitəsilə aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı və ötürülməsinə, həmçinin kart emissiyasına və ekvayrinqinə texniki xidmət göstərilməsi üzrə fəaliyyəti həyata keçirən ödəniş sistemlərinin operatorları və banklar arasında kartlar vasitəsilə ölkə daxilində aparılmış əməliyyatlar üzrə məlumatların ötürülməsi, emalı və klirinqi Mərkəzi Bank tərəfindən həyata keçiriləcək. Qərarda yeni anlayışlar da müəyyənləşdirilib: AZQR kod – Azərbaycan Respublikasının ərazisində mal, iş və xidmətlərin dəyərinin ödənilməsi üçün formalaşdırılan QR kod; statik AZQR kod – tərkibi aparılacaq ödəniş əməliyyatlarının məzmununa uyğun…
