- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasına işgüzar səfərdə olub. GDP Mərkəzi Banka istinadla xəbər verir ki, səfər çərçivəsində ARMB nümayəndə heyəti Koreya Mərkəzi Bankının sədri Çanq Yonq Ri ilə görüş keçirib. Görüşdə monetar siyasət və maliyyə sabitliyi, ödəniş sistemlərinin inkişafı, dayanıqlı maliyyə məsələləri geniş müzakirə edilib. Tərəflar həmçinin maliyyə sektorunda innovativ texnoloji həllərin və yanaşmaların tətbiqi sahəsində qarşılıqlı təcrübələri mübadilə ediblər. Görüşdə Azərbaycan və Koreya mərkəzi bankları arasında əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən mərkəzi bankçılıq sahəsində bilik və təcrübə mübadiləsinin artırılması imkanları müzakirə olunub. Bu görüş iki ölkənin maliyyə qurumları arasında…
Norm Azərbaycanda sənaye tullantılarının təkrar istifadəsi istiqamətində növbəti addımı ataraq, neft-qaz sənayesində qazma əməliyyatlarından əldə edilən emal olunmuş qazma şlamı üzərində sənaye sınaqlarını müvəffəqiyyətlə tamamlayıb. Azeri M-I tərəfindən təchiz olunan, təqribən 1000 ton emal olunmuş qazma şlamı Norm Sement zavodunda klinker istehsalı zamanı alternativ xammal kimi istifadə edilib. Laboratoriya, emissiyaya nəzarət və əməliyyat testləri materialın sobada emalı üçün tələb olunan keyfiyyət, təhlükəsizlik və ətraf mühitlə bağlı bütün standartlara cavab verdiyini təsdiqləyib. Sınaq Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilmiş Ətraf Mühitə Təsirin Qiymətləndirilməsinə (ƏMTQ) müvafiq şəkildə həyata keçirilib və bütün mərhələlərdə tənzimləyici qaydalara, eləcə də ətraf mühitin…
A-Qroup Sığorta Şirkəti ASC-nin 2025-ci ilin ilk doqquz ayında xalis mənfəətin 34,24% artaraq 1,657 milyon manata çatması hesabat dövrünün əsas uğurlarından biri kimi qiymətləndirilə bilər. Bu nəticə həm əməliyyat xərclərinin optimallaşdırılması, həm də investisiya fəaliyyətinin gücləndirilməsi ilə bağlıdır. GDP xəbər verir ki, A-Qroup Sığorta Şirkəti ASC-nin xalis mənfəətdəki əhəmiyyətli artım əsasən iki faktorun təsirindən formalaşıb:– Əsas sığorta xərclərinin 5,63% azalması nəticəsində əməliyyat yükü yüngülləşib və sığorta fəaliyyətinin rentabelliyi yüksəlib.– İnvestisiya gəlirlərinin 125,22% kimi yüksək templə artması isə şirkətin maliyyə aktivlərini daha səmərəli idarə etdiyini və investisiya bazarındakı əlverişli şəraitdən maksimum yararlandığını göstərir. Faiz/dividend gəlirlərinin 119,38% artması və investisiya zərərinin 82,72%…
2025-ci ilin oktyabr ayında banka daxil olmalar üzrə əməliyyatların sayı cüzi – cəmi 1,8% artsa da, ümumi məbləğin 27,6%-lik yüksəlişi daxili dövriyyədə nəzərəçarpan canlanmanın baş verdiyini göstərir. GDP Mərkəzi Banka istinadla xəbər verir ki, xüsusilə diqqəti cəlb edən məqam isə bir əməliyyatın orta məbləğinin 480,2 manatdan 602,2 manata yüksəlməsi, yəni 25,4% artmasıdır. Bu dinamika daha iri həcmli ödənişlərin bank sisteminə daxil olmasının gücləndiyini, yüksək məbləğli tranzaksiyaların payının artdığını göstərir. Bunun əksinə olaraq, bankdan kənara köçürmələr üzrə tam fərqli tendensiya müşahidə olunur. Xaricə və ya digər maliyyə təşkilatlarına yönələn əməliyyatların sayı 31,2% azalaraq kəskin geriləmə nümayiş etdirib. Ümumi köçürmə məbləğinin də…
Fitch Ratings 2025-2027-ci illər üçün neft və qaz qiymətləri proqnozunu aşağı salıb
2025-ci ilin yanvar–noyabr dövrü üzrə investisiya şirkətlərinin ümumi əməliyyat həcmləri bazarın strukturunda müşahidə olunan əsas tendensiyaları aydın şəkildə ortaya qoyur. Ümumi bazar həcmi 123,8 milyard manat təşkil etmiş və bu həcm müxtəlif şirkətlər arasında fərqli səviyyələrdə paylanmışdır. “PAŞA Kapital İnvestisiya Şirkəti” 40,9 milyard manatlıq əməliyyat həcmi ilə bazarın 33,10%-ni təşkil edərək sektorun lideri mövqeyinə yüksəlib. Onu illərdir bazarın ən böyük oyunçularından olan “ABB İnvest” izləyir. Şirkətin ümumi həcmi 34,9 milyard manat olmuş, bununla bazar payı 28,19% səviyyəsində qeydə alınmışdır. Üçüncü yerdə qərarlaşan CPM-İnvest 5,8 milyard manatlıq əməliyyat həcmi və 4,71% bazar payı ilə bazardakı mövqeyini əvvəlki illərlə müqayisədə daha da gücləndirib.…
2025-ci ilin yanvar–noyabr ayları üzrə investisiya şirkətlərinin ümumi əməliyyat həcmlərində 2024-cü illə müqayisədə ən böyük dəyişiklik “PAŞA Kapital”ın nəticələrində özünü göstərir. Şirkət 2025-ci ildə əməliyyat həcmini 23,3 milyard manatdan 41 milyard manata yüksəldərək 76,14% artım əldə etmiş və bazarda aparıcı mövqeyə sahib olmuşdur. Oxşar yüksəliş CPM-İnvest tərəfindən də nümayiş etdirilib: şirkət həcmini demək olar ki, iki dəfə artıraraq 96,8% artımla 5,8 milyard manata çatdırmışdır. Bu tendensiya göstərir ki, iri portfelli və aktiv investisiya strategiyaları yürüdən şirkətlərin bazardakı payı əhəmiyyətli şəkildə yüksəlib. Digər tərəfdən, uzun illərdir bazarın ən böyük oyunçusu olan “ABB İnvest” üçün 2025-ci il geriləmə ilə xarakterizə olunur. Şirkət…
2025-ci ilin ilk 11 ayı üzrə Bakı Fond Birjasının fəaliyyət göstəriciləri 2024-cü ilin eyni dövrü ilə müqayisədə bazarda həm struktur, həm də dinamik dəyişikliklərin baş verdiyini göstərir. GDP Bakı Fond Birjasına isrtinadla xəbər verir ki, sözügedən dövrdə Birjanın ümumi ticarət həcmi 63,7 mlrd manatdan 58,2 mlrd manata düşərək təxminən 8,7% azalma nümayiş etdirib. Bu azalma əsasən REPO və ARMB notları seqmentindəki geriləmə ilə bağlıdır. Ümumi əməliyyat sayı isə daha kəskin 57,6% səviyyəsində azalaraq 63 min əməliyyatdan 26,8 min əməliyyata enib. Bu dəyişikliklər bazarda iştirakçı davranışlarının və likvidliyin struktur xarakterli dəyişdiyini göstərir. Dövlət Qiymətli Kağızları (DQK) bazarında 2025-ci ilin yanvar -noyabr…
Mərkəzi Bankın sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikasına işgüzar səfəri çərçivəsində Koreya Maliyyə Nəzarət Xidmətinin (KMNX) sədri Li Çanjin ilə görüşüb. GDP Mərkəzi Banka istinadla xəbər verir ki, görüşdə hər iki ölkənin maliyyə sektorunun vəziyyəti, aparılan islahatlar və inkişaf perspektivləri müzakirə edilib. Tərəflər, bank, kapital bazarı və sığorta sektorlarında texnoloji həllərin və qabaqcıl nəzarət metodologiyalarının tətbiqi barədə təcrübə və məlumat mübadiləsi aparıblar. Görüşün əsas mövzularından biri də Azərbaycan Mərkəzi Bankı ilə Koreya Maliyyə Nəzarət Xidməti arasında gələcək əməkdaşlıq imkanları və birgə təşəbbüslər olub. Tərəflər bu sahədə qarşılıqlı əlaqələri genişləndirmək və təcrübə mübadiləsini daha da dərinləşdirmək istəyini bildiriblər.…
Azərbaycanda kiçik və orta biznesin maliyyələşdirilməsi sahəsində aparıcı banklardan biri olan TuranBank, nüfuzlu Invest in Visions (IIV) fondu ilə yeni kredit sazişi imzalayıb. GDP xəbər verir ki, Saziş “IIV Mikrofinanzfonds” və “IIV Financial Infrastructure Funds, FCP RAIF – DKM Mikrofinanzfonds” vasitəsilə həyata keçirilib və əməliyyat tanınmış Incofin İnvestisiya Fondu ilə əməkdaşlıq çərçivəsində strukturlaşdırılıb. Sazişə əsasən, beynəlxalq maliyyə qurumu TuranBank-a 3 il müddətinə, 15 milyon ABŞ dolları ekvivalentində yerli valyutada sindikat kredit ayırıb. Yerli valyutada maliyyələşdirmə borcalanların valyuta risklərini azaldır və ölkədə kiçik və orta sahibkarların maliyyə dayanıqlığını gücləndirir. “Bu investisiya ilə biz Azərbaycandakı sahibkarların inkişafına birbaşa dəstək veririk. Yerli valyutada…
