Author: Aynure Gdp

Pərakəndə bitcoin investorları, Maykl Seylorun Strategy fondunda yatırım edənlər, hazırda zərər içindədir. Fondun səhmləri son maksimum göstəricilərdən 60% aşağı düşüb və kriptovalyuta bazarındakı ümumi eniş fonunda vəziyyət daha da ağırlaşır. Şirkət bazar panikasını azaltmaq və qiymətlər bir qədər də düşərsə, bitkoinlərin satılmasının qarşısını almaq məqsədilə bazar ertəsi 1.4 milyard dollar həcmində ehtiyat yaratdığını açıqlayıb. Bu ehtiyat dividend və faiz ödənişlərini qarşılamaq üçün nəzərdə tutulub. Lakin bir çox investor üçün artıq ciddi itkilər yaranıb. Strategy-nin üç birja fondu — MSTX, MSTU və MSTP — xüsusilə ağır zərər görüb. Bitcoin üzrə ikiqat leveraged (yüksəldilmiş riskli) strategiya tətbiq edən bu fondlar 2025-ci ildə…

Read More

2025-ci ildə rezident maliyyə institutlarının kart əməliyyatlarının sayı 220,304.1 min ədəd təşkil edərək, 2024-cü ilə nisbətən 46,972.1 min ədəd və ya 27.1% artmışdır. Əməliyyat həcmi isə 12,873.7 min manat təşkil edərək, 2024-cü ilə müqayisədə 1,710.1 min manat və ya 15.3% artmışdır. Visa Kartları: Visa kartları üzrə əməliyyatların sayı 39,289.5 min ədəd və ya 38.6%, həcmi isə 1,587.5 min manat və ya 25.6% artmışdır.     Visa kartı bazar payını əhəmiyyətli dərəcədə artıraraq 2025-ci ildə 64.08%-ə yüksəlmişdir ki, bu da 2024-cü ilə nisbətən 5.36% artımın göstəricisidir. Visa-nın bazar payının artması, həm əməliyyat sayında, həm də ümumi bazar strukturunda onun dominantlığının güclənməsini…

Read More

Ləğv prosesində olan “Muğanbank” ASC 1 dekabr 2025-ci il tarixindən etibarən fəaliyyətini yeni ünvanda davam etdirəcək. Bankın ləvedicisi olan Əmanətlərin Sığortalanması Fondu (ƏSF) tərəfindən yayımlanan rəsmi məlumatına əsasən, qurumun yeni ünvanı Bakı şəhəri, Xocalı prospekti 36A (ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi) kimi müəyyən edilib. Müştərilərə qeyd edilən tarixdən etibarən bankın yeni ünvanı ilə əlaqə saxlamaq tövsiyə olunur.

Read More

Sərfəli mobil operator “Nar” “Özəl sektorun KSM siyasətində QHT-lərin iştirakı: təcrübə və yanaşmalar” adlı konfransda korporativ sosial məsuliyyət (KSM) sahəsində milli təcrübənin inkişafı və şirkətlərlə QHT-lər arasında əməkdaşlıq imkanlarının müzakirəsində iştirak edib. Tədbir Azərbaycan Milli QHT Forumu və “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil edilib. Üç gün davam edən tədbirdə aparıcı şirkətlər, banklar, biznes assosiasiyaları və müxtəlif sahələr üzrə ixtisaslaşmış QHT nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı KSM-in sadəcə sosial aksiyalar deyil, biznes idarəetməsinin strateji hissəsi olduğu vurğulanıb. Tədbir çərçivəsində təşkil edilən konfransda “Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin direktoru Hökumə Kərimova şirkətin…

Read More

2025-ci ilin Noyabr ayında Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatları 65,5 milyon dollar və ya 0,6% artaraq 28 noyabr 2025-ci il tarixində 11 milyard 433.8 milyon dollara çatıb. GDP Mərkəzi Banka istinadən xəbər verir ki, 31 Oktaybr 2025-ci il tarixində Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 11 milyard 368,3 min dollar təşkil etmişdi. 2025-ci ilin 11 ayı ərzində (yanvar-noyabr) Mərkəzi Bankın rəsmi valyuta ehtiyatları 474,3 milyon dollar artıb.

Read More

İtaliyanın Baş naziri Cordciya Meloni ölkənin mərkəzi bankının 2452 ton qızıl ehtiyatının idarəetməsi üzərində nəzarəti dövlət səviyyəsinə qaytarmaq niyyətindədir. GDP xəbər verir ki,bu addam avrozonanın maliyyə strukturu üçün potensial təhlükə kimi qiymətləndirilir. Məlumatlara görə, İtaliya dünyanın ən böyük üçüncü qızıl ehtiyatına malikdir. Bu ehtiyatın əksəriyyəti Romada, qalan hissəsi isə ABŞ-nin Fort-Noks həmyerlilərində, İngiltərənin London və İsveçrənin Bern şəhərlərində saxlanılır. Rəsmi olaraq, bütün qızıl İtaliya Bankının balansında qeyd olunur. Hazırda Avropa Mərkəzi Bankı (AMB) sistemi daxilində fəaliyyət göstərən milli mərkəzi banklar, o cümlədən İtaliya Bankı, avrozonanın pul-kredit siyasətini həyata keçirir və rəsmi ehtiyatları idarə edir. Bu banklar milli hökumətlərdən müstəqil qərarlar…

Read More

2025-ci ilin oktyabrında Azərbaycanda banklar və mübadilə məntəqələrində nağd xarici valyuta ilə mübadilə əməliyyatlarında ABŞ dollarının alış həcmi 31.05% artaraq 174,490.8 min ABŞ dollarına çatıb. Bu, ABŞ dollarının tədarükünün artdığını göstərir. GDP Mərkəzi Banka istinadən məlumat verir ki, banklar və mübadilə məntəqələri tərəfindən ABŞ dollarının alışı artsa da, həmin qurumlar tərəfindən ABŞ dollarının satış həcmi 39.32% azalarak 132,023.0 min ABŞ dollarına düşüb. Bu isə satışa olan tələbin azaldığını göstərir. Bankların və mübadilə məntəqələrinin dollar satışının azalması, əhalinin, fiziki və hüquqi şəxslərin ABŞ dolları alışına marağının azaldığını göstərir. Bu tendensiya, valyuta bazarındakı dəyişiklikləri və ölkədəki iqtisadi vəziyyəti əks etdirir. Avro ilə…

Read More

Azərbaycan Respublikasının Mərkəzi Bankının Baş Direktoru Fuad İsayev Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMMA) rəhbərliyi, ona üzv olan və digər bank olmayan kredit təşkilatlarının (BOKT) rəhbər heyəti ilə görüş keçirib. GDP xəbər verir ki, görüşdə cari ilin doqquz ayı üzrə BOKT-lərin fəaliyyətinin maliyyə nəticələri, requlyativ çərçivənin təkmilləşdirilməsi və sektorun sağlamlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib. Müzakirələr zamanı maliyyələşmə imkanlarının genişləndirilməsi, dövlət fondları ilə əməkdaşlıq, təşkilatların regionlarda, işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında fəaliyyət perspektivləri, qanunvericiliyin tələbləri və digər aktual mövzular ətraflı şəkildə müzakirə edilib. Mərkəzi Bankın nümayəndələri tərəfindən BOKT-lərin institusional gücləndirilməsi, fəaliyyət istiqamətlərinin genişləndirilməsi və dayanaqlılığının təmin olunması çərçivəsində…

Read More