Author: Aynure Gdp

Azərbaycanın aparıcı şirkətlərindən biri olan AZCON Holding-in İdarəetmə Şurasının sədri və Baş İcraçı Direktoru, Fuad Məmmədov, Çinin qabaqcıl investisiya bankı China International Capital Corp-un (CICC) Asiya-Avstraliya regionu üzrə vitse-prezidenti Roza Jamulbek-in rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. GDP xəbər verir ki.görüşdə Çin dövlət müəssisələri, investisiya fondları və aparıcı sənaye şirkətləri ilə potensial əməkdaşlıq imkanları müzakirə edilib. Tərəflər, xüsusilə hava nəqliyyatı, ictimai nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahələrində birgə təşəbbüslərin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Müzakirələr zamanı Azərbaycanın regional nəqliyyat-logistika mərkəzi kimi potensialı, eləcə də ölkədə davam edən infrastruktur layihələri və rəqəmsal transformasiya prosesləri də qeyd olunub. Çin tərəfi…

Read More

2025 və 2024 illərin oktyabr aylarında keçirilmiş dövlət istiqrazları hərraclarının nəticələri müqayisə edildikdə, dövlət borc alətləri bazarında həm tələb-təklif dinamikasında, həm də gəlirlilik səviyyələrində ciddi dəyişikliklərin baş verdiyi müşahidə olunur. GDP Mərkəzi Bankın 2025-ci ilin oktyabr ayına dair Statistik Bülleteninə istinad xəbər verir ki,yerləşdirilmiş istiqrazların həcmi üzrə 59.39 milyon manatlıq, yəni 66.8% həcmində azalma müşahidə olunur. Beləki, 2024-cü ilin oktyabr ayında keçirilmiş dörd hərrac üzrə ümumi yerləşdirilmiş istiqraz həcmi 238.53 milyon manat təşkil etmişdir. 2025-ci ilin eyni dövründə isə bu rəqəm cəmi 79.07 milyon manata enmişdir. Gəlirlilik üzrə orta ölçülmüş faiz dərəcələri də 2025-ci ildə aşağı düşmüşdür. Əgər 2024-cü ildə orta…

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbəri Taleh Kazımov Çinə işgüzar səfər çərçivəsində Çin Xalq Bankının (ÇXB) sədri Pan Qonşenq ilə görüş keçirib. GDP xəbər verir ki,Kazımov öz rəsmi sosial media hesabından yayımladığı açıqlamada, görüş zamanı monetar siyasət və maliyyə sabitliyi, ödəniş sistemləri, QR və mobil ödəniş həlləri, eləcə də ödəniş xidmətləri təchizatçılarının fəaliyyətinin tənzimlənməsi kimi mövzuları müzakirə etdiklərini bildirib. Tərəflər həmçinin rəqəmsal valyuta sahəsində tənzimləmə təcrübələri ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycan və Çin mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Read More

OPEC+ ölkələrinin nazirləri onlayn formatda keçirilən iclasda 2026-cı il üzrə neft hasilatı səviyyələrinə dair əvvəlcədən qəbul edilmiş qərarları təsdiq ediblər. GDP xəbər verir ki, beləliklə, növbəti il ərzində hasilat göstəriciləri mövcud kvotalar çərçivəsində saxlanılacaq. Bu barədə təşkilatın yaydığı press-relizdə məlumat verilir. Nazirlər həmçinin iştirakçı ölkələrin maksimal hasilat imkanlarının müəyyən edilməsi üçün tətbiq olunacaq mexanizmi təsdiqləyiblər. Həmin mexanizm 2027-ci il üzrə hasilat səviyyələrinin müəyyənləşdirilməsi üçün baza göstəricisi kimi istifadə olunacaq. Bazar günü onlayn şəkildə bir araya gələn səkkiz OPEC+ ölkəsinin nazirləri də gözlənildiyi kimi, 2026-cı ilin birinci rübündə neft hasilatının artırılmasının dayandırılması barədə əvvəlki qərarı qüvvədə saxlayıblar. Bununla, gələn ilin ilk…

Read More

Avropa Yenidəurma və İnkişaf Bankının (AYİB) 2025-2026-cı illəri əhatə edən keçid hesabatında qeyd olunan məlumatlar əsasında aparılan müqayisə göstərir ki, Azərbaycanın regional inteqrasiya göstəriciləri sahələr üzrə fərqli dinamika nümayiş etdirir. Bəzi sahələrdə ölkə aydın şəkildə liderdir, digərlərində isə inkişaf üçün geniş potensial mövcuddur. Azərbaycan Gürcüstan, Moldova və Ukrayna ilə müqayisədə bir sıra strateji istiqamətlərdə üstünlüyə malik olsa da, müəyyən sektorlarda geriləmə problemləri diqqəti cəlb edir. Azərbaycanın Lider Olduğu Sahələr Liman fəaliyyətləri üzrə üstünlük Azərbaycan 6.12 bal nəticə ilə Şərqi Avropa və Qafqaz regionunun mütləq lideridir. Bu göstərici Gürcüstanın 4.18, Ukraynanın 3.60 və Moldovanın 3.53 balından əhəmiyyətli dərəcədə yüksəkdir. Bu fərq “Bakı Beynəlxalq…

Read More

2025-ci ildə BƏƏ dollar milyonçularının axını baxımından liderlərdən birinə çevrilib. Zəngin investorlar kirayə gəlirindən verginin sıfır olması, sabit valyuta və kirayə mənzillərə yüksək tələbat fonunda kapitalını ölkəyə köçürürlər. GDP xəbər verir ki, Ərəb Əmirliklərinin Mərkəzi Bankın əsas faiz dərəcəsinin 16,5% səviyyəsində qalması, əmanətlərin real gəlirliliyinin azalması və ƏDV-nin 22%-ə qədər artırılması fonunda rus investorların marağı da xarici aktivlərə, əsasən BƏƏ-yə doğru yönəlir. BƏƏ-də investisiya üçün daşınmaz əmlakın orta göstəriciləri: kirayə gəlirliliyi: ildə 8-13% ABŞ dolları ilə tikili mərhələsində olan obyektlərin dəyər artımı: 30%-ə qədər kirayə gəlirindən vergi: 0% bir sıra layihələrdə 4-5 ilədək müddətə kredit Tələbat həm icarədarlar, həm də…

Read More

2025-ci ilin oktyabr ayında dövriyyədə olan ödəniş kartlarının sayı   21,701 min ədəd olduğu halda, 2024-cü ilin oktyabr ayında bu göstərici   19,162 min ədəd təşkil edib ki, bu da  2,539 min ədəd və 13.3%-lik artım deməkdir. GDP Mərkəzi Bankın 2025-ci ilin oktyabr ayına dair Statistik Bülleteninə istinad xəbər verir ki, debet kartlarının sayı isə 16,676.5 min ədəd-dən 19,344.8 min ədəd-ə yüksəlmişdir ki,  bu da mütləq artım 2,668.3 min ədəd və ya 16.0% artıb. Ancaq kredit kartlarının sayında azalma qeydə alınıb: 2024-cü ildə 2,485.5 min ədəd olan kredit kartlarının sayı 2025-ci ilin oktyabr ayında 2,356.2 min ədəd-ə düşərək, 129.3 min ədəd…

Read More

PAŞA Bank, sahibkarlara maliyyə yükünü yüngülləşdirmək və bizneslərini daha da inkişaf etdirmək üçün yeni refinans biznes krediti məhsulunu təqdim edib. GDP xəbər verir ki, bu yeni kredit məhsulu, sahibkarlara digər banklarda mövcud olan biznes kreditlərini daha sərfəli şərtlərlə tamamlamağa və qalan vəsaiti öz bizneslərinin inkişafına yönəltməyə imkan verir. Refinans biznes krediti məhsulunun əsas üstünlükləri: 250,000 AZN-dək kredit imkanı İllik 13%-dən başlayan faiz dərəcələri Girovsuz kredit şərtləri Bu məhsul, xüsusilə mövcud biznes kreditinin bitməsinə 3 ay və ya daha az müddət qalan sahibkarlara yönəldilib. Bu sayədə sahibkarlar, maliyyə çətinlikləri ilə qarşılaşmadan mövcud borclarını daha uyğun şərtlərlə ödəyə və artıq olan vəsaiti…

Read More

Reuters agentliyi bildirir ki, spott bazarında gümüşün qiyməti ticarətin bərpasından sonra unsiyası 54.53 ABŞ dolları səviyyəsinə qalxaraq tarixi maksimuma çatmışdır. UBS təhlilçiləri öz proqnozlarını yaxşılaşdıraraq indi qiymətli metalın 2026-cı ildə unsiyası 60 ABŞ dolları civarında işlənməsini gözləyirlər. Onların sözlərinə görə, “unsiyası 65 ABŞ dolları qədər tullanma ehtimalı var”, lakin bu, davamlı olmaya bilər. Cari həftə ərzində gümüşün dəyəri 7.8% artmışdır. Qızılın qiyməti cümə günü 0.4% qalxaraq onsuna 4171.76 ABŞ dolları səviyyəsinə yüksəlib. Bu, 14 noyabrdan bəri qeydə alınan ən yüksək göstəricidir. Qiymətli metal həftə ərzində 2.6%, aylıq bazarda isə 4.2% bahalaşmışdır.

Read More