- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
PAŞA Bank ASC müştəri yönümlü xidmət modelinin təkmilləşdirilməsi məqsədilə “Customer First. Leading Together” adlı xüsusi tədbir təşkil edib. GDP xəbər verir ki, bu barədə bankın CEO-su Cavid Quliyev rəsmi sosial şəbəkə hesabında məlumat verib. Cavid Quliyevin sözlərinə görə, tədbirin əsas məqsədi qlobal təcrübələri müzakirə etmək, bankın yol xəritəsini dəqiqləşdirmək və xidmət modelini daha da inkişaf etdirmək olub. Tədbirin əsas qonağı Amazon şirkətinin nümayəndəsi Cherise Barsell çıxışı zamanı Amazon-un müştəri məlumatlarının toplanması, analiz edilməsi və qərarvermə prosesinə təsiri barədə konkret nümunələr təqdim edib. Digər spiker, PASHA Hospitality şirkətinin CEO-su Matt Balcik, qonaqpərvərlik sektorundakı yüksək xidmət mədəniyyətini bankçılıqla müqayisə edərək fərdiləşdirmə və operativliyin bir-birini tamamlayan əsas xidmət elementləri olduğunu vurğulayıb.…
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov gömrük-biznes əməkdaşlığının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən məmnunluq bildirərək, səmərəli və konstruktiv dialoqun münbit biznes mühitinin yaradılmasında, habelə iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb. Hazırda biznes nümayəndələri ilə müxtəlif platformalar üzərində işgüzar münasibətlərin qurulduğu və qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində atılan birgə addımların şəffaflığın, xidmət keyfiyyətinin artırılması, idxal-ixrac əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsində mühüm rol oynadığı qeyd olunub. Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev isə dövlət-özəl dialoqunun uğurla inkişaf etdiyini vurğulayaraq, sahibkarlar tərəfindən qaldırılan məsələlərin operativ şəkildə həllində ikitərəfli şuraların və Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında yaradılan…
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına işgüzar səfəri başlayıb. GDP Mərkəzi Banka istinadla xəbər verir ki, səfər çərçivəsində Mərkəzi Bankın nümayəndə heyətinin Çin Xalq Respublikasının maliyyə sektoru üzrə nəzarət qurumları ilə bir sıra ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur. Görüşlərdə makroiqtisadi sabitliyin təmin olunması, maliyyə texnologiyalarının inkişafı, həmçinin tənzimləmə sahəsində yeni əməkdaşlıq istiqamətlərinin müzakirəsi planlaşdırılır. Qeyd edək ki, səfərin məqsədi Azərbaycan və Çin arasında maliyyə sektorunda əməkdaşlığın genişləndirilməsi, tənzimləmə və nəzarət mexanizmlərinin inkişaf etdirilməsi, həmçinin qarşılıqlı təcrübə mübadiləsinin dərinləşdirilməsidir.
İnnovasiya lideri Bakcell rəqəmsal ödənişlər üzrə qlobal lider olan Visa ilə tərəfdaşlığa başlayır. Bu əməkdaşlıq çərçivəsində Bakcell abunəçilərinə xüsusi üstünlüklər, daha rahat rəqəmsal ödəniş imkanı və yeni innovativ həllər təqdim ediləcək. Tərəfdaşlığın ilk addımı olaraq Bakcell və Visa abunəçilər üçün xüsusi kampaniyaya start verib. Kampaniya ərzində abunəçilər Bakcell tətbiqi üzərindən, Visa kartı ilə, Apple Pay və Google Pay vasitəsilə minimum 5 AZN balans artırdıqda bonus internet hədiyyəsi qazanacaqlar. Təqdim olunan bonus internet həcmi artırılan məbləğə uyğun olaraq, 5 AZN – 9.99 AZN – 1 GB; 10 AZN – 14.99 AZN – 2 GB; 15 AZN və yuxarı – 5 GB…
Azərsun Kağız və Karton İstehsalat Korporasiyası ASC 103 milyon manat dəyərində səhm emissiyası həyata keçirib. GDP xəbər verir ki, Mərkəzi Bankın məlumatına görə, qeydiyyata alınan emissiya çərçivəsində, korporasiya 103 milyon nominal dəyəri 1 manat olan adi səhmi qapalı yerləşdirmə üsulu ilə təqdim edib. Emissiya 31 yanvar 2025-ci il tarixində rəsmi qeydiyyata alınıb. Qeyd edək ki, Azərsun Kağız və Karton İstehsalat Korporasiyası MMC (VÖEN: 2901075111) təşkilati-hüquqi formasını dəyişərək, 9 yanvar 2025-ci il tarixində ASC-yə çevrildiyini elan edib. Şirkətin MMC-dən ASC-yə keçməsinin səbəbi, ehtimal ki, səhm emissiyasının həyata keçirilməsi ilə bağlıdır.
Avropa Mərkəzi Bankı (AMB) Deutsche Bank-ı maliyyə balansını saxtalaşdırıb, riskləri aşağı göstərib və tənzimləyicini yanıltmaqda ittiham edib. AMB-nin son açıqlamasında, Almaniyanın ən böyük banklarından biri olan Deutsche Bank-ın, maliyyə vəziyyətini düzgün əks etdirmədiyi və öz balansını manipulyasiya etdiyi qeyd edilib. Deutsche Bank-ın balansında həmçinin Şimali Axın-2 kimi strateji layihələrdən tutmuş, demək olar ki, çökmüş enerji şirkəti Uniper-ə qədər olan böyük kreditlər yer alır. Bu faktlar, AMB-nin bankın maliyyə dayanıqlılığı haqqında təqdim etdiyi məlumatların yanıltıcı olduğunu vurğulayan əsas arqumentlərdən biri olub.
Fransa Çin marketpleysi Shein-in fəaliyyətini qadağan edib.
25 noyabr 2025-ci il yarixində Azərbaycan Beynəlxalq Bankı ASC-nın səhmləri üzrə 43 mindən çox səhm alınıb-satılıb, ümumi ticarət həcmi 12,553.59 manat dəyərində olub. GDP Bakı Fond Birjasına istinadla xəbər verir ki, səhmlərin qiymət 0.29 manat ilə 0.30 manat arasında formalaşıb, günlük ən yüksək qiymət 0.30 manat, ən aşağı qiymət isə 0.29 manat təşkil edib. Ticarət günü ərzində səhmlərin orta çəkili qiyməti 0.292 manat səviyyəsində qeydə alınıb. Səhmlərin 77%-i (33,347 səhm) 0.29 manat qiymətindən, qalan 23%-i isə (9,776 səhm) 0.30 manat qiymətindən satılıb. 25 noyabr tarixində bankın səhmlərinin ticarət həcmi və ümumi dəyərində kəskin azalma baş verib. Xüsusilə, ümumi ticarət həcmi…
İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının (İSB) Himayəçilər Şurasının növbəti iclası keçirilib. İclasda maliyyə və təşkilati məsələlərlə yanaşı, İSB-nin Risk Komitəsi haqqında Əsasnamə təsdiqlənib. Risk Komitəsinin yaradılmasının əsas məqsədi risklərin operativ və dəqiq qiymətləndirilməsini təmin etmək və bu risklərə uyğun qərarların qəbulu üçün zəruri əsaslar yaratmaqdır. Komitə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və idarə olunması proseslərinə nəzarət edəcək, həmçinin strategiya və siyasətlərin formalaşdırılmasını təmin edərək risklərin effektiv idarə olunmasına cavabdehlik daşıyacaq. İclasda həmçinin Risk Komitəsinin tərkibi də formalaşdırılıb. Komitənin sədri Azərbaycan Respublikası Mərkəzi Bankının əməkdaşı Məhəmməd Məhərəmli seçilib. Komitənin üzvləri isə “Qala Sığorta” ASC-dən Famil Əliyev və “Paşa Sığorta” ASC-dən Araz…
24 noyabr 2025-ci il tarixində “Azərbaycan Beynəlxalq Bankı ASC” səhmlərinin qiymətləri əsasən 0.2900 manat ilə 0.3000 manat arasında dəyişib. GDP Bakı Fond Birjasının 24 noyabr tarixinə açıqladığı ticarət məlumatlarına görə, ticarət ssesiyası ərzində “Azərbaycan Beynəlxalq Bankı ASC” səhmlərinin orta qiyməti isə 0.2901 manat olub. Əməliyyatların ümumi həcmi 70,275.18 manat təşkil edib, ümumi səhmlərin sayı isə 242,211 olub. Qiymət dəyişiklikləri 0.2900 manat və 0.3000 manat arasında baş verib, ortalama qiymət isə çəkili orta hesabla 0.2901 manat təşkil edilib.
