- “PAŞA Maliyyə Holdinqi”nin rəhbəri Fərid Məmmədov: “Növbəti IPO-ların “PAŞA Bank”la yanaşı, “PAŞA Maliyyə Holdinqi”nə daxil olan digər şirkətlər tərəfindən olacağını düşünürük”
- Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
- Mərkəzi Bankın nümayəndə heyəti Qazaxıstanda SREP və SupTech mövzularını müzakirə edib
- Kreditlər artıq yeni qaydalarla veriləcək-Mərkəzi Bankdan kreditlərlə bağlı yeni dəyişiklik
- Bankların aktivləri 60 mlrd. manata çatır
- Azərikard kart hesablarında yaranmış problemlə bağlı açıqlama yayıb
- ABB kartlarından əlavə vəsait silinməsi ilə əlaqədar istifadəçilərinə müraciət edib
- Mərkəzi Bank:”Təminatsız pul bazarında qısamüddətli faizlər uçot dərəcəsinə yaxındır”
Author: Aynure Gdp
2025-ci ilin oktyabr ayında unikal müddətli əmanətçilərin sayı sentyabr ayı ilə müqayisədə bu artım daha yüksək temp göstərmişdir. Belə ki, oktyabr ayında əmanətçi sayı sentyabr ayının göstəricisinə nisbətən 2.7% və ya rəqəmsal olaraq 4,812 nəfər artaraq, yeni rekord səviyyəyət çatmışdır. GDP xəbər verir ki,Mərkəzi Banka istinadla xəbər verir ki, bununla belə, ilin əvvəlindən olan ümumi artım göstəricilərinə nəzər salsaq, daha əhəmiyyətli bir vəziyyət açıq-aydın görünür. Hələ sentyabr ayında ilin əvvəlindən artım 30,638 əmanətçi və ya 20.4% təşkil edirdisə, oktyabr ayında bu rəqəm 35,450 əmanətçi 23.6%-ə qalxaraq, cəmi bir ay ərzində ümumi artımda 3.2 faizlik və ya 4,812 nəfərlik əlavə bir…
Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfəri çərçivəsində Çin Kapital Bazarlarının Tənzimlənməsi Komissiyasının (ÇKBTK) sədri Vu Qinq ilə geniş görüş keçirib. Görüşdə tərəflər iki ölkənin kapital bazarının mövcud vəziyyəti və inkişaf perspektivləri, habelə tənzimləyici-nəzarət mexanizmlərində aparılan yeniliklər barədə fikir mübadiləsi aparıblar. Xüsusi diqqət kapital bazarında innovativ alətlərin tətbiqinə və müasir texnoloji trendlərə yönəldilib. Müzakirələr zamanı investorların hüquqlarının qorunması, kiçik investorların kapital bazarlarına cəlb edilməsi kimi mühüm məsələlər də araşdırılıb. Tədbir çərçivəsində Azərbaycan Mərkəzi Bankı ilə ÇKBTK arasında gələcək əməkdaşlığın istiqamətləri, o cümlədən birgə layihə və təşəbbüslərin həyata keçirilməsi imkanları da müzakirə…
“AccessBank” QSC-nin İdarə Heyətinə yeni üzv seçilib. GDP xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Teymur Ağakişiyev Tofiq oğlu müvafiq vəzifəyə seçilib və dekabrdan vəzifənin icrasına başlayır. Teymur Ağakişiyev bank sektorunda uzunmüddətli təcrübəyə malikdir. 2025-ci ilin aprelindən “AccessBank” Baş əməliyyat direktoru vəzifəsində çalışır . Əvvəllər “Expressbank” ASC-də 16 ildən artıq fəaliyyət göstərərək müxtəlif vəzifələrdə çalışıb.İdarə Heyətinin sədrinin müavini və Maliyyə direktoru, Baş əməliyyat direktoru kimi vəzifələrdə çalışıb. O, həmçinin “Expresspay” layihəsinin təşəbbüskarı olub. Daha əvvəl “Premium Bank” ASC və “Media Holding (Lider TV & Radio) kimi iri şirkətlərdə çalışıb. Bununla da “AccessBank”ın İdarə Heyətinin üzvlərinin sayı sədrlə birlikdə beşə…
Türkmənistan prezidenti Serdar Berdimuhamedov virtual aktivlərə dair qanunu imzalayaraq ölkədə kriptovalyuta mayninqi və kriptobirjaların fəaliyyətini leqallaşdırıb. GDp xəbər verir ki, yeni qanuna əsasən, rəqəmsal valyuta hasilatı (mayninq) ilə məşğul olmaq hüququ artıq fərdi sahibkarlara və hüquqi şəxslərə verilir. Lakin bu fəaliyyətlə məşğul olanların Mərkəzi Bankda mütləq dövlət qeydiyyatından keçməsi tələb olunur. Qanunda xüsusi qadağalar da nəzərdə tutulub. Xüsusilə, üçüncü şəxslərin avadanlıqlarının onların icazəsi olmadan mayninq məqsədi ilə istifadəsi qadağan edilib. Kriptovalyuta reklamları ilə bağlı da bir sıra tələblər müəyyən edilib. Belə ki, bütün reklam materiallarında investorları risklər barədə xəbərdar edən, virtual aktivlərin dövlət tərəfindən təmin edilmədiyini və pul itkisi ehtimalını…
Azərbaycan Respublikasının Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına işgüzar səfəri çərçivəsində Çin Milli Maliyyə Tənzimləməsi Administrasiyasının rəhbəri, nazir Li Yunze ilə görüşüb. GDP xəbər verir ki, görüşdə hər iki ölkənin iqtisadiyyatında baş verən son yeniliklər və həyata keçirilən islahatlar ətraflı müzakirə edilib. Tərəflər, bank və sığorta sektorlarındakı inkişaf meyilləri, risk-əsaslı nəzarət konsepsiyası və nəzarət texnologiyalarının təkmilləşdirilməsi, o cümlədən süni intellekt əsaslı həllərin nəzarət proseslərində tətbiqi mövzularına xüsusi diqqət ayırıblar. Bundan əlavə, sığorta sektorunda innovativ yanaşmalar və yeni həllərin tətbiqi ilə bağlı təcrübə mübadiləsi aparılıb. Görüşün əsas mövzularından biri də Azərbaycan və Çin maliyyə nəzarəti…
2025-ci ilin sentyabr və oktyabr aylarında bankların depozit portfeli və fiziki şəxslərin əmanətləri ilə bağlı statistik göstəricilər, ümumi depozitlərdə artım olduğunu, xüsusilə fiziki şəxslərin depozitləri artıb. GDP Mərkəzi Banka istinadla xəbər verir ki, 2025-ci ilin sentyabr ayında bankların ümumi depozitləri 36,587.8 milyon manat olmuş, bu isə 2024-cü ilin oktyabr ayında qeydə alınan 34,373.9 milyon manatla müqayisədə 2,213.9 milyon manat və ya 6.44% artım deməkdir. Hüquqi şəxslərin depozitləri 806.5 milyon manat artaraq 21,210.8 milyon manata yüksəlmiş və bu artım 3.95%-ə bərabər olmuşdur. Fiziki şəxslərin depozitləri isə daha sürətlə artaraq 1,407.5 milyon manat artmış və 15,377.0 milyon manata çatmışdır ki, bu da…
Ölkənin ən çox vergi ödəyən irihəcmli beton istehsalçısı “Norm” şirkətinin Beton üzrə Texniki Məsləhətçisi Dr. Fikret Bayramov, “Lifli betonların təkamülü” adlı elmi əsərin həmmüəlliflərindən biri kimi Türkiyədə nəşr edilən kitabda yer alıb. Kitabın birinci müəllifi Türkiyənin nüfuzlu təhsil ocaqlarından biri olan İstanbul Teknik Universitetinin (İTÜ) professoru, Prof. Dr. Mehmet Ali Taşdemirdir. Əsər, onun rəhbərliyi altında Türkiyədə dörd qurumda uzun illər ərzində aparılan elmi tədqiqatların və sənayedəki tətbiqinin nəticələri əsasında yazılıb. Nəşir prosesi, Türkiyənin qabaqcıl sement zavodlarından “Akçansa”nın təşəbbüsü və sponsorluğu ilə Türk Mühəndis və Memarlar Palataları Birliyinin İnşaat Mühəndisləri Palatası İstanbul Şöbəsi tərəfindən həyata keçirilib. “Lifli betonların təkamülü” adlı kitab,…
2024-cü ilin oktyabrından 2025-ci ilin oktyabrınadək olan bir illik dövrdə Azərbaycan bank sektorunda davamlı artım müşahidə olunmuşdur. GDP Mərkəzi Banka istinadla xəbər verir ki, bankların cəmi aktivləri 49,697.8 milyon manatdan 56,341.9 milyon manatadək yüksələrək 6,644.1 milyon manat və ya 13.37% artıb. Eyni dövrdə öhdəliklər 43,254.6 milyon manatdan 49,182.0 milyon manatadək artaraq 5,927.4 milyon manat (13.70%) yüksəlib. Bankların balans kapitalı isə 6,443.2 milyon manatdan 7,159.9 milyon manatadək yüksəlib ki, bu da 716.7 milyon manat və ya 11.12%-lik artım deməkdir. Aktivlər sentyabr ayının 56,138.0 milyon manat səviyyəsindən oktyabrda 56,341.9 milyon manatadək yüksəlib ki, bu da 203.9 milyon manat və ya təxminən 0.36%…
Azərbaycan-Qətər Birgə Biznes Şurasının Doha şəhərində ilk iclası keçirilib. İclasda Azərbaycanı təmsil edən İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin başlçılıq etdiyi nümüyəndə heyəti ölkənin əlverişli biznes və investisiya mühitini, habelə ikitərəfli əməkdaşlıq imkanlarını təqdim edib. Elnur Əliyev öz rəsmi Linkedin səhifəsində paylaşdığı yazılı açıqlamasında iclasla bağlı dəyərləndirməsini bildirib. Birinci müavin qeyd edib ki, Birgə Biznes Şurasının iki ölkə arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsi üçün səmərəli mexanizm rolunu oynayacağına inanılır. Tədbir iki ölkə arasında qarşılıqlı investisiyaların, ticarət və birgə layihələrin inkişafına təkan vermək məqsədi daşıyır.
