Author: Aynure Gdp

Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yeni qaydada müəyyənləşdiriləcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınacaq. Qeyd edək ki, əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. Beləliklə, sadələşdirilmiş verginin ödəyicisi olmaq…

Read More

Gələn ildən Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsi artırılır. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, aksiz dərəcəsi minik avtomobillərinin mühərrikin həcmi 2000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 0,30 manat, mühərrikin həcmi 3000 kubsantimetrədək olduqda 600 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 5 manat, mühərrikin həcmi 5000 kubsantimetrədək olduqda 18600 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 35 manat, mühərrikin həcmi 5000 kubsantimetrdən çox olduqda 53600…

Read More

Fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Beləliklə ki, mövcud qanunvericilikdə fiziki şəxslərin mənzil kirayə verilməsindən əldə olunan gəlirdən 14% verginin ödənilməsi nəzərdə tutulurdusa, yeni dəyişikliklərdə bu hədd 10%-ə endirilir. Kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə kirayəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 10 faiz dərəcə ilə vergini ödəyəcək…

Read More

Rəsmi iş elanları, tanışlıqla tapılan işçilər, yorucu zənglər, vasitəçilər və vaxt itirən proseslər.  Bir platforma bu sistemi kökündən dəyişdirməyə başlayana qədər əmək bazarı uzun illərdir eyni qaydada işləyirdi. Lamar — əmək bazarında inqilab yaradan, insanları birbaşa bir-biri ilə əlaqələndirən yeni nəsil mobil platformadır. Bu tətbiq klassik iş elanlarından çox daha irəli gedərək həm iş axtaranlara, həm də xidmət göstərənlərə real vaxtda və lokasiya əsaslı şəkildə tapılma imkanı yaradır. Hər kəs üçün yeni imkan: Bacarığını pula çevir Lamar yalnız iş axtarmaq üçün deyil — bacarığını nümayiş etdirmək üçün bir arenadır. • Sən təmirçi ola bilərsən, usta, dizayner, sürücü, repetitor və ya…

Read More

ICE Futures birjasında Brent neftinə olan fyuçers müqavilələrinin kotirovkaları ani olaraq 2,25% aşağı düşərək, hər barrel üçün 61,96 dollar olub. GDP xəbər verdi ki,bu növ neft 22 oktyabrdan bəri 62 dollardan aşağı qiymətə satılmamışdı. Qiymətlər üçüncü gün ardıcıl olaraq aşağı düşür. Reuters agentliyi bildirir ki, ABŞ Rusiya və Ukrayna arasında dünya neft bazarında təklifi artıra biləcək sülh sazişinə israr edir, eyni zamanda faiz dərəcələri ilə bağlı qeyri-müəyyənlik investorların risk meyilliyini məhdudlaşdırır.

Read More

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən yaşayış kompleksində daha 207 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib. GDP Fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1 və 2 otaqlı olmaqla, aylıq ödənişləri 597 manatdan başlayır. Yeni mənzillər seçim üçün noyabrın 28-si saat 15:00-dan açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər. Müraciətlərin qəbulu və mənzil seçimi Elektron hökumət portalına (e-gov.az) inteqrasiya edilmiş Elektron ipoteka və kredit zəmanət sistemi üzərindən həyata keçirilir. İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 8 457 kirayə müqaviləsi bağlanıb.

Read More

Azərbaycanın Mərkəzi Asiya blokuna qoşulması ABŞ və Avropa üçün yeni geosiyasi imkanlar açır. “Bu blok qərb ölkələri ilə əlaqələri gücləndirir ki, bu da energetika, tənzimləyici minerallar və Rusiya ilə Çinin strateji nəzarətinin qarşısının alınması sahələrində əməkdaşlıq üçün yeni imkanlar açır”,- deyə Forbes məqaləsində qeyd olunur. Xüsusi diqqət Azərbaycanın energetika və nadir torpaq elementləri sahəsindəki strateji potensialına yönəldilib. Forbes qeyd edir ki, ölkə əhəmiyyətli neft, qaz və nadir torpaq metal ehtiyatlarına malikdir – bu resurslar qlobal sənaye və regional iqtisadiyyat üçün açıcı əhəmiyyət kəsb edir. Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, Azərbaycan “dünyada ən yüksək enerji özünəyetərlilik göstəricilərindən birinə malikdir, xam neft…

Read More

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2026-cı il üçün ehtiyac meyarının həddi 300 manat məbləğində təsdiq ediləcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində əksini tapıb. Beləliklə, gələn il üçün ehtiyac meyarı 15 manat artırılacaq. Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Read More

Bakı Fond Birjası (BFB) yaxın günlərdə bazar iştirakçılarına interaktiv statistik həll təqdim edəcək. Bu yenilik treyderlərə, analitiklərə və data mütəxəssislərinə bazar göstəricilərini daha dərindən təhlil etmək, məlumatları real vaxtda izləmək və qərarvermə prosesini optimallaşdırmaq imkanı yaradacaq. GDP xəbər verir ki, bunu BFB-nin İdarə Heyəti sədrinin müavini Oqtay Qasımov Bakıda keçirilən IX Beynəlxalq Bank Forumunun ikinci günündə bildirib. Onun sözlərinə görə, yenilənmiş veb-səhifədə istifadəyə verilən “Bazara baxış” bölməsi vətəndaşlara və investorlara bazarda bu gün ticarətdə olan qiymətli kağızlar, mövcud istiqrazlar və ümumi bazar seqmentləri barədə operativ məlumat təqdim edir. Qasımov qeyd edib ki, təqdim olunacaq yeni analitik həllər bazar iştirakçılarının məlumatlara…

Read More