Author: Aynure Gdp

Rəqəmsal fırıldaqçılıq hallarının böyük əksəriyyəti vətəndaşların psixoloji cəhətdən manipulyasiya edilməsi yolu ilə həyata keçirilir. Bu məlumatı Azərbaycan Mərkəzi Bankının (AMB) ödəniş sistemləri və məhsulların inkişafı üzrə mütəxəssisi Elvin Cuvarov IX Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı bildirib. O qeyd edib ki, Daxili İşlər Nazirliyi, Mərkəzi Bank, banklar və finteklərdən ibarət ekspert qrupu yaxın gələcəkdə genişləndirilməsi nəzərdə tutulan pilot layihə üzərində işləyir. Cuvarovun sözlərinə görə, Daxili İşlər Nazirliyinə daxil olan şikayətlər əsasında təhlil göstərir ki, fırıldaqçılığın üç əsas növü var və onların təxminən 80-90%-i “müştərinin manipulyasiya olunması” kateqoriyasına aid edilir. Bu, həmçinin sosial mühəndislik adlanır. Mütəxəssis fırıldaqçılığın əsas kateqoriyalarını belə izah edib:…

Read More

25-ci ilin noyabr ayında Aqrar Sığorta Fondu tərəfindən ölkədə ilk dəfə olaraq meyvə bağlarında doludan keyfiyyət itkisi üzrə sığorta ödənişi həyata keçirilib. GDP xəbər verir ki, Tərtər rayonun Kəbirli kəndində yerləşən “Aqropat” MMC şirkətinə məxsus meyvə bağları 2025-ci ilin may ayında dolu yağması nəticəsində ciddi təsirə məruz qalıb. Dolu nəticəsində təsərrüfatda həm miqdar, həm də keyfiyyət itkisi baş verib. Qeyd edək ki, dolu nəticəsində yaranan keyfiyyət itkisi riski Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2020-ci il tarixli qərarı ilə təsdiqlənmiş “Aqrar sığorta Qaydaları”nda nəzərdə tutulur. Dolu nəticəsində məhsullarda yaranan keyfiyyət itkisi – dolunun vurduğu zədələr nəticəsində meyvənin qabıqlarının çapılması, qaralması,…

Read More

IX Beynəlxalq Bankçılıq Forumunda çıxış edən Bank Respublika ASC-nin İnformasiya Təhlükəsizliyi Departamentinin direktoru Xətai Gəncəliyev sektorda mərkəzləşdirilmiş anti-fraud sisteminin tətbiqi ilə bağlı mövcud vəziyyət və qarşıda duran çətinliklərdən danışıb. GDP -nin məlumatına görə, Xətai Gəncəliyev bildirib ki, digər banklar kimi Bank Respublika da mərhələli şəkildə mərkəzləşdirilmiş fırıldaqçılıqla mübarizə sisteminə keçid prosesini həyata keçirir. Lakin bu istiqamətdə bir sıra mövcud və potensial çətinliklər mövcuddur. Onun sözlərinə görə, ən əsas problemlərdən biri bulud həllərinə dair mövcud məhdudiyyətlərlə bağlıdır. Birinci və əsas çətinlik kimi bulud həllərinə qoyulan məhdudiyyətlər göstərildi. Direktor bildirdi ki, bazarda mövcud olan əsas təchizatçılar (vendorlar) demək olar ki, yalnız bulud…

Read More

2025-cü ilin oktyabr ayında “Azercell Telekom” Məhdud Məsuliyyətli Cəmiyyəti ümumi dəyəri 20 milyon manat olan istiqraz buraxılışını 27 oktyabr tarixində dövlət qeydiyyatına aldırmışdır. Şirkət istiqrazları “kütləvi təklif” üsulu ilə satışa çıxarıb. Eyni gündə, “Bakcell” Məhdud Məsuliyyətli Cəmiyyəti də istiqraz buraxılışı həyata keçirib. Şirkət 20 milyon ABŞ dolları dəyərində olan 20,000 ədəd istiqrazı qapalı yerləşdirmə üsulu ilə buraxmışdır. Hər bir istiqrazın nominal dəyəri 1,000 ABŞ dolları təşkil edir və ümumi buraxılışın həcmi 20 milyon ABŞ dolları olaraq müəyyən edilib. Qeyd edək ki,  2025-ci ilin oktyabrın 3-dən 30-dək olan dövr ərzində yerli səhmdar cəmiyyətləri və məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən manat və xarici…

Read More

“Azərmaş Group” MMC-nin 2024-cü ilin maliyyə göstəriciləri, 2023-cü il ilə müqayisədə əhəmiyyətli bir artım nümayiş etdirib. Şirkətin satış gəlirləri 2024-cü ildə 63 milyon 657 min 809 manata çatmışdır, bu isə 2023-cü illə müqayisədə 104.1% artım deməkdir. GDP şirkətin maliyyə hesabatına istinadla xəbər verir ki, xalis mənfəət də 83.6% artaraq 9 milyon 335 min 410 manat olmuşdur. Bu artım şirkətin gəlir artımını səmərəli şəkildə idarə etdiyini və xərclərin nisbətən aşağı tempdə artdığını göstərir. Ümumi mənfəət marjası isə təxminən eyni səviyyədə qalmışdır, 2024-cü ildə bu göstərici 26.1%, 2023-cü ildə isə 26.4% olmuşdur. Bu, şirkətin fəaliyyətindəki sabit gəlirliliyi göstərir. Şirkətin cəmi aktivləri 2024-cü…

Read More

2025-ci ilin oktyabr ayında dövlət qeydiyyatına alınmış investisiya qiymətli kağızları ilə bağlı məlumat açıqlanıb. Bu dövr ərzində 14 yeni qiymətli kağız buraxılışı qeydiyyata alınıb. Onlardan 8-i səhm buraxılışı, 6-sı isə istiqraz buraxılışlarından ibarət olub. GDP xəbər verir ki, səhm buraxılışları əsasən “qapalı yerləşdirmə” üsulu ilə həyata keçirilib. Oktyabr ayında qeydiyyata alınmış ən böyük səhm buraxılışı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur. Şirkət 545 milyon 7 min 995 ədəd, nominal dəyəri 2 manat olan səhmlər buraxaraq, ümumi dəyəri 1 milyard 90 milyon 15 min 990 manat olan emissiya həyata keçirib. Digər əhəmiyyətli səhm buraxılışı isə “AZERFLOAT” Qapalı Səhmdar Cəmiyyətinə aiddir.…

Read More

2022-ci ildən etibarən Azərbaycanın xarici ticarət dövriyyəsi təqribən 50 milyard ABŞ dolları səviyyəsində sabitləşib. GDP xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycanda 2018-ci ildən başlayaraq vergi, gömrük və əmək bazarı sahəsində islahatlara start verilib və 2019-2025-ci illərdə ölkə iqtisadiyyatının inkişafında çox mühüm keyfiyyət və struktur dəyişiklikləri baş verib: “Bu dövr ərzində qeyri-neft qaz sektorunun iqtisadiyyatda payı 2018-ci ildəki 58 %-dən, cari ilin son tarixinə 70 %-dək yüksəlib. 2022-2025-ci illərdə orta illik hesabla ümumdaxili məhsulun 3,3 % artması gözlənilir və bu da strategiya ilə müəyyən…

Read More

Azərbaycanda pul siyasəti üzrə islahatlar çərçivəsində ölkədə ilk dəfə olaraq banklararası bir gecəlik təminatsız əqdlər üzrə faiz dərəcəsi – AZIR indeksi Azərbaycan Mərkəzi Bankının (AMB) faiz dəhlizinin parametrlərinə reaksiya verməyə başlayıb və davamlı olaraq uçot dərəcəsinə yaxın idarə olunub. GDP xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib. O xatırladıb ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) milli valyutada AZIR indeksinə bağlı üzən faizli istiqrazların yerləşdirilməsinə başlayıb və 50 milyon manatlıq ilk buraxılışı açıq təklif üsulu ilə uğurla yerləşdirib: ” Bu, Azərbaycanın…

Read More