Author: Aynure Gdp

Dekabrın 15-də, saat 17:00-da “PAŞA Bank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. GDP xəbər verir ki, yığıncaq müvafiq telekommunikasiya vasitəsi ilə məsafədən keçiriləcək. Yığıncağın gündəliyi açıqlanmayıb. Xatırladaq ki, “PAŞA Bank” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. Bankın səhmlərinin 56,8 %-i daxil olduğu “PAŞA Holdinq” MMC-yə, 28,2 %-i “Bless” MMC-yə, 10 % Arif Paşayevə, 5 %-i isə Mircamal Paşayevə (Bankın Müşahidə Şurasının sədri) məxsusdur.

Read More

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 74 korporativ istiqraz emissiyası təsdiq edilib. GDP xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib. Bundan başqa, onun sözlərinə görə, 10 ayda qiymətli kağızlar bazarındakı əməliyyatların ümumi məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 7 % artaraq 55 milyard manat təşkil edib: “Dövr ərzində dövlət qiymətli kağızları ilə aparılan əməliyyatların dəyəri 8,9 milyard manat olub. ​Hesabat dövründə qiymətli kağızların dövlət qeydiyyatı üzrə 17 milyard manat həcmində emissiya həyata keçirilib”, – deyə o qeyd edib.

Read More

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 300 073 mülkiyyət hüququnu qeydiyyata alaraq çıxarışla təmin edib. GDP Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,1 % azdır. Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 57 614-ü (19,2 %) ilkin, 242 459-u (80,7 %) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 11,9 % çox və 4,9 % azdır. Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 58 587, mənzil üzərində 78 092, torpaq sahəsi 152 521, qeyri-yaşayış binası üzərində 2 592, qeyri-yaşayış sahəsi üzərində 7 564, əmlak kompleksi üzrə 616, çoxmərtəbəli yaşayış binası üzərində 98 və çoxillik əkmələr üzərində 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı…

Read More

2026-cı ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində saxlanılması olacaq. GDP xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisin bu gün keçirilən plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin I oxunuşun müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, inflyasiyanın hədəf daxilində idarə edilməsi həm iqtisadi artımın davamlılığı, həm də maliyyə sabitliyi üçün zəmin yaradacaq: “​Bu məqsədlə monitar sferada islahatlar davam etdiriləcək, inflyasiyanın amilləri və maliyyə bazarlarında gedən proseslərin təhlili dərinləşdiriləcək. ​Mərkəzi Bank pul siyasətini həyata keçirməklə, əsasən inflyasiyanın tələb amillərinin idarə olunmasına önəm verəcək. ​Təklif amillərinin effektiv idarə…

Read More

Azərbaycanda rəqəmsal ödəniş ekosisteminin mərkəzi komponentlərindən olan Ani Ödənişlər Sisteminin funksional imkanlarından daha effektiv formada istifadə edilməlidir. GDP xəbər verir ki, bunu “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin sədri Zakir Nuriyev rəhbərlik etdiyi qurumun “Mastercard” beynəlxalq kart təşkilatı ilə əməkdaşlığı çərçivəsində Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda bildirib. “Belə ki, digər ödəniş sistemlərinin dövriyyəsinin cəlb edilməsi, alternativ ödəniş aləti olaraq QR-kodun tətbiqi ilə yanaşı daha innovativ ödəniş alətlərinin və texnologiyalarının tətbiqi təmin edilməli, NFC texnologiyasından istifadə edilməsi diqqətdə saxlanılmalıdır”, – deyə o qeyd edib. Bundan başqa, Z.Nuriyev deyib ki, diqqəti çəkən digər bir məqam isə card-to-card tipli ödəniş əməliyyatları ilə bağlı qanunvericilikdə…

Read More

Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə innovasiyalarının tətbiqini sürətləndirmək məqsədilə Xüsusi Tənzimləmə Rejimində (sandbox) əhəmiyyətli yeniliklər həyata keçirir. AMB-nin sədr müavini Vüsal Xəlilov Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda etdiyi çıxışında bildirib ki, hazırda I qəbul mərhələsi üzrə 2 iştirakçının sınaq müddəti uzadılıb, II qəbul dövrü üzrə isə bir neçə layihənin yaxın günlərdə sınaq mühitinə qəbul ediləcəyi gözlənilir.Xəlilov açıdı ki, innovativ məhsulların tənzimləmə mühitinə daha çevik inteqrasiyasını təmin etmək üçün “Pre-Sandbox” modeli hazırlanır. Həmçinin, xüsusi tənzimləmə rejiminə müraciətlərin davamlı açıq müraciət modeli əsasında qəbulu üçün işlər yekun mərhələdədir. “Bu yanaşma gələcəkdə maliyyə innovasiyalarının sınaq mühitinə daha çevik və fasiləsiz şəkildə qəbulunu…

Read More

 Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov bildirib ki, biz  Hökumət Ödəniş Portalı (HÖP) ödənişlərinin də mərhələli şəkildə AÖS-ə keçirilməsi üzərində işləyirik. Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda çıxış edən Xəlilov, bu göstəricinin ödəniş kartları və POS-terminal infrastrukturunun genişlənməsi, internet və mobil bankçılıq xidmətlərindən istifadənin artması ilə əlaqədar olduğunu qeyd edib. “2025-ci ilin ilk 10 ayı ərzində ölkədə nağdsız ödənişlərin xüsusi çəkisi 67%-ə yüksəlib. Ani Ödənişlər Sistemi (AÖS) üzrə əməliyyat həcmlərinin əhəmiyyətli dərəcədə artması qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyimizi göstərir” – deyə sədrin müavini vurğulayıb. Xəlilov açıqlayıb ki, hazırda sistemin funksional imkanlarının genişləndirilməsi istiqamətində işlər davam etdirilir:…

Read More

Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov bildirib ki, etibarlılıq, təhlükəsizlik və dayanıqlılıq bank sektorunun əsas prioritetləri olaraq qalır. GDP xəbər verir ki, Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda çıxış edən Xəlilov, maliyyə xidmətlərinin sürətlə rəqəmsallaşması ilə əlaqədar kibertəhlükəsizliyin gücləndirilməsinin aktual olduğunu vurğulayıb. Mərkəzi Bankın maliyyə sabitliyi mandatına uyğun olaraq əsas diqqətin bank sektorunun təhlükəsiz və dayanıqlı fəaliyyətini təmin edən tənzimləmə çərçivələrinin təkmilləşdirilməsinə, risk əsaslı nəzarət mexanizmlərinin gücləndirilməsinə, həmçinin rəqəmsal əməliyyatların davamlılığı və kibertəhlükəsizlik üzrə standartların yenilənməsinə yönəldiyini bildirən sədrin müavini dedi: “Bu istiqamətlər həm strateji sənədlərimizdə, həm də gündəlik nəzarət və monitorinq fəaliyyətlərimizdə öz əksini tapır və sektorun…

Read More

 Kapital Bank, müştəri davranışlarını təhlil edərək köçürmə xidmətlərində fərdi yanaşma əsasında müxtəlif limitlər tətbiq edir. GDP xəbər verir ki, bankdan verilən məlumata görə, bu yanaşma çərçivəsində 10 milyona yaxın Kartın sahibi olan müştərilərə Birbank kartları arasında edilən köçürmələr tamamilə limitsiz və komissiyasız həyata keçirilir. Bu, Birbank istifadəçilərinin bir kartdan digərinə istədiyi qədər vəsaiti heç bir məhdudiyyət olmadan köçürə bilməsi deməkdir. Digər yerli bankların kartlarına köçürmə edən müştərilər üçün isə gündəlik 10.000 manatadək olan məbləğlər üzrə komissiya ödənişindən azad edilib.

Read More

Məhəmməd Məhərrəmli İcbari Sığorta Bürosunun Risklərin İdarə Edilməsi Komitəsinin sədri təyin edilib. GDP xəbər verir ki,o, bu vəzifəni Mərkəzi Bankdakı əsas vəzifəsi – Risk İdarəetmə Departamentinin direktoru olaraq fəaliyyəti ilə paralel həyata keçirəcək. Məhəmməd Məhərrəmli risk idarəetmə sahəsində zəngin təcrübəyə malikdir. O bank sahəsində peşəkar karyerasına 2014-cü ildə Beynəlxalq Bankda (ABB) Baş Risk Analitiki kimi başlayıb. Burada o, 3 il 7 ay ərzində bazar və likvidlik risklərinin idarə edilməsi, portfel təhlili, Stress Testlər və Value-at-Risk (VaR) metodlarından istifadə, həmçinin Bazel tələblərinə uyğun risk çərçivələrinin işlənib hazırlanması ilə məşğul olub. Daha sonra o, PAŞA Bank-da Bazar Riskləri Departamentinin rəhbəri, AccessBank Azərbaycan-da isə…

Read More